b_550_325_16777215_00_images_xeber_sekilleri_24may2018_3609.jpg

Mərkəzi Bank dünən 200 manat dəyərində yeni əskinasın qapalı təqdimat mərasimini keçirib. Yeni əskinasın buraxılması cəmiyyətdə bəzi müzakirələrə, söz-söhbətə səbəb olub. 200 manatlıq əskinasın inflyasiya səviyyəsinin yüksəlməsinə, hətta növbəti devalvasiya dalğasına səbəb olacağı fikirlərini səsləndirilənlər də var.

Missiya.Az xəbər verir ki, təqdimat mərasimində iştirak etmiş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov modern.az-a açıqlama verib.

V.Əhmədov bildirib ki, Mərkəzi Bankın həyata keçirdiyi son siyasət heç bir inflyasiya və devalvasiyadan xəbər vermir:

"Çünki Mərkəzi Bank pul kütləsinə lazımi səviyyədə nəzarət mexanizmi həyata keçirir. Neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var. Ona görə də manatın devalvasiyasından hələlik söhbət gedə bilməz. Yəni 200 manatlıq əskinasın buraxılması növbəti devalvasiya, pul kütləsinə hər hansı şəkildə təsir səbəbi deyil. Hətta dünən Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu barədə müzakirələrimiz oldu. Sədr də qeyd etdi ki, hazırda Azərbaycanın kifayət qədər ehtiyatları var və narahat olmağa dəyməz”.

Deputat yeni əskinasların hansı zərurətdən buraxılmasına da aydınlıq gətirib:

"Əskinasların buraxılması Cümhuriyyətin 100 illiyi və mərhum Heydər Əliyevin 95 illiyilə əlaqədardır. 2 datanı birləşdirib 200 manatlıq əskinas, o cümlədən xatirə medalları buraxıldı. Əskinaslardan başqa, üzərində Heydər Əliyevin şəkilləri olan xatirə medalları buraxılır”.

V.Əhmədov bu gündən etibarən 200 manatlıq əskinasların dövriyyəyə buraxılacağını bildirib:

"Hər ikisi bu gündən dövriyyəyə buraxılacaq. Pul kütləsinə nəzarət mexanizmini Mərkəzi Bank həyata keçirir. Məsələn, lazım gələrsə, 50 manatlıq, 100 manatlıq əskinaslar dövriyyədən çıxarılacaq, 300 manatlıq buraxılacaq. Araşdırma aparılır, bu addım planlı şəkildə həyata keçirilir, özbaşınalıq deyil ki, kim necə istəyir elə də etsin”.

24 İyun 2018 Prezidentin köməkçisi deputatla qohum oldu: Nağdəliyevin oğlu evləndi
23 İyun 2018 Bakıda avtobusda dəhşət – Polis sürücü ilə əlbəyaxa oldu – VİDEO
22 İyun 2018 Nizami rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib
22 İyun 2018 Pəhlivan müəllimin “İŞ”tahı - Seymur Verdizadə yazır
22 İyun 2018 Prezident bu iş üçün 9 milyon manata yaxın pul ayırdı
22 İyun 2018 Prezident tapşırıq verdi - Daha bir neçə vəzifəli şəxs həbs olundu
22 İyun 2018 Bakıda üzünü gizlədən qadın insanları belə aldadır – DİQQƏTLİ OLUN! (VİDEO)
22 İyun 2018 Hacı Nurandan bəd xəbər - Almaniyaya aparılır
22 İyun 2018 Zakir Həsənov saytları sərt tənqid etdi: "Niyə yazmırsız ki..." - VİDEO
22 İyun 2018 "Azkoin" ermənilərə görə konfransdan imtina etdi
22 İyun 2018 Ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim tanınmaz halda - FOTO
22 İyun 2018 Arif Qasımovun sakinlərlə növbəti səyyar görüşü
21 İyun 2018 Rüfət Mehdiyevin qızının toyundan görüntülər - Video
21 İyun 2018 Prezident tapşırıq verdi - vəzifəli şəxslər həbs edildi
21 İyun 2018 Bakıda yüzlərlə çörək zibilliyə atıldı – FOTO
21 İyun 2018 Milyarder qızıyla nişanlanan Anar sirlərini açdı: “Arağın küpünə girir” – VİDEO
20 İyun 2018 Naxçıvandakı bölmələrimizin nəzarətində olan erməni postları - VİDEO
20 İyun 2018 Metroda Azərbaycanı şoka salan hadisələr: Öpüşənlər və alt paltarında.... - VİDEO/FOTO
20 İyun 2018 Rozanın geri qaytardığı maşına nə oldu?
20 İyun 2018 Siçovullar milyonlarla pulu yedi - Ölkə şokdadır - FOTO