b_550_325_16777215_00_images_xeber_sekilleri_12mart2018_5.jpg

Missiya.Az xatırladır ki, Yel çərşənbəsi Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır.

İlaxır çərşənbələrdən Yel və Torpaq çərşənbələri ilə bağlı xalq arasında ziddiyyətli məqamlar var və bəzən hansının əvvəl olması mübahisə yaradır.

Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli "Report"a deyib ki, yel çərşənbəsinin sonuncu olması dini inanclarla bağlı məsələdir: "İnanclara görə, yaradılış prosesində ən son insana ruh, nəfəs verilib. Xalq inanclarında isə ən son oyanan ünsür torpaqdır. Torpağın oyanması ilə həyat yenidən dirçəlir, yaşam prosesi təzələnir. Məhz buna görə də, ilaxır çərşənbələrdən üçüncüsü Yel, dördüncü - sonuncu isə Torpaq çərşənbəsi hesab edilir.

İnsanlar yelin, yəni küləyin xoş və şirin təəsürratlar gətirəcəyinə inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək mümkündür".

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: "Yel əsməyincə yarpaq tərpənməz", "Yelin zarafatı qovmaqla başlanır", "Yelə verdiyin düşmənə qismət olar", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar","Yel bağlayanı el açar", "Yeldən aman diləməzlər", "Külək kimi hərdən bir yana əsmə", "Küləkli havada dənizdə çimməzlər", "Kələknən gələn, küləknən gedər"... İnanclara görə, "Yeli əsdirəni söymək olmazdı, çünki onun arxasında Tanrı dayanır", "Yelə tüpürsən, öz üstünə qayıdacaq. Onu çirkləndirmək mümkün deyil. Əksinə, o - Yel havamızı təmizləyir, yeniləyir, dəyişir". "Çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Bu gün olunan dualar da tez qəbul olur".

Yel çərşənbəsinin geniş yayılmış inanclarından biri də bu çərşənbədə niyyət tutulmasıdır. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edər və Yel babanı çağırardılar. İnancalara görə, əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, deməli, diləyin yerinə yetəcək.

22 İyun 2018 Nizami rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib
22 İyun 2018 Pəhlivan müəllimin “İŞ”tahı - Seymur Verdizadə yazır
22 İyun 2018 Prezident tapşırıq verdi - Daha bir neçə vəzifəli şəxs həbs olundu
22 İyun 2018 Bakıda üzünü gizlədən qadın insanları belə aldadır – DİQQƏTLİ OLUN! (VİDEO)
22 İyun 2018 Hacı Nurandan bəd xəbər - Almaniyaya aparılır
22 İyun 2018 Zakir Həsənov saytları sərt tənqid etdi: "Niyə yazmırsız ki..." - VİDEO
22 İyun 2018 "Azkoin" ermənilərə görə konfransdan imtina etdi
22 İyun 2018 Ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim tanınmaz halda - FOTO
22 İyun 2018 Arif Qasımovun sakinlərlə növbəti səyyar görüşü
21 İyun 2018 Rüfət Mehdiyevin qızının toyundan görüntülər - Video
21 İyun 2018 Prezident tapşırıq verdi - vəzifəli şəxslər həbs edildi
21 İyun 2018 Bakıda yüzlərlə çörək zibilliyə atıldı – FOTO
21 İyun 2018 Milyarder qızıyla nişanlanan Anar sirlərini açdı: “Arağın küpünə girir” – VİDEO
20 İyun 2018 Naxçıvandakı bölmələrimizin nəzarətində olan erməni postları - VİDEO
20 İyun 2018 Metroda Azərbaycanı şoka salan hadisələr: Öpüşənlər və alt paltarında.... - VİDEO/FOTO
20 İyun 2018 Rozanın geri qaytardığı maşına nə oldu?
20 İyun 2018 Siçovullar milyonlarla pulu yedi - Ölkə şokdadır - FOTO
20 İyun 2018 Xalq artisti çoxmərtəbəli binanın damından yıxıldı - ŞOK VİDEO
20 İyun 2018 Həbs qərarı verilən Çağatay Ulusoy tətildə görüntüləndi - FOTO
20 İyun 2018 Milli Qəhrəman Mübariz İbrahimovun anım günü qeyd olundu