b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_prezident.jpg

"Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur."

Missiya.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında deyib.

"İndi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracağıq. Bu, bizə nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir. Digər tərəfdən, şəhər daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək. Şəhərin görkəmi daha da yaxşılaşacaq. Tikinti materialları sektoru canlanacaq. Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni, burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmət göstərəcək".

Prezident İlham Əliyev Bakı şəhərinin indi dünyanın ən gözəl şəhərlərindən biri olduğunu deyib:

"Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Biz bilirik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olmuşdur. Ona görə, biz bir neçə hədəfi güdmüş oluruq və şəhərimizin gözəlləşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək. Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hamı etiraf edir. Mən istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəyə uyğun olsun və biz buna nail olacağıq".

27 İyul 2017 Bu gün böyük müharibə başlaya bilər - ABŞ-dan XƏBƏRDARLIQ
26 İyul 2017 Kağız pulların sonu yaxınlaşır - Bitkoin Azərbaycanda da tətbiq oluna bilərmi?
26 İyul 2017 Türkiyə və Azərbaycanın Ermənistanla bağlı dünyanı qorxuya salan PLANI
25 İyul 2017 Bu dondurmaların istehsalı dayandırıldı - SİYAHI
24 İyul 2017 Mətbuat Şurası prezidentə məktub göndərib
24 İyul 2017 MN: “Ermənistan hərbi ittifaqda olduğu ölkələri aldatmaq istəyir”
20 İyul 2017 İlham Əliyev: “Azərbaycanda söz azadlığı təmin olunur”
19 İyul 2017 DTX vətən xainlərinin adlarını açıqladı
18 İyul 2017 Zakir Həsənov döyüş hazırlığını yoxladı - FOTO
18 İyul 2017 Putin Sarkisyanı İlham Əliyevin ayağına gətirir - BİZİM ŞƏRH
17 İyul 2017 Türkiyə raketlərini Ermənistana tuşlayır - S-400-lər SƏRHƏDDƏ
14 İyul 2017 Elmira Süleymanovaya "Şərəf" ordeni verildi
14 İyul 2017 Prezident dövlət büdcəsinə dəyişiklikləri təsdiqlədi
14 İyul 2017 Kremldən İrəvana böyük zərbə: Ermənistanı qorxuya salan Qarabağ plan
12 İyul 2017 Prezident məmurlara səsləndi: Heç kimə güzəşt edilməyəcək
11 İyul 2017 Mehriban Əliyeva nüfuzlu təşkilatın mükafatına layiq görüldü
11 İyul 2017 Bakı və Ankaranın gözlənilməz QARABAĞ PLANI
10 İyul 2017 İlham Əliyev: “Türkiyə gücləndikcə Azərbaycan da güclənir”
07 İyul 2017 Ermənilər işğal altındakı əraziləri yandırır
05 İyul 2017 Hərbi əməliyyatlar təcili dayandırılsın - BƏYANAT