b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_vvvvvvvvvvvvvvvvvvvvvvvv.jpg

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Missiya.Az xəbər verir ki, iclasda nitq söyləyən dövlət başçısı ötən ilin iqtisadi uğurlarından, qarşıda duran vəzifələrdən danışıb. Prezident bildirib ki, ötən il ölkədə maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır.

Dövlət başçısının sözlərinə görə, bununla yanaşı, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb, orta təbəqənin maraqları nəzərə alınıb. «Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb».

Bəs dünyada iqtisadi böhranın getdiyi bir vaxtda iqtisadi balans Azərbaycanda necə qorunub saxlanılıb?

Azərbaycanda baş verən müsbət iqtisadi proseslərlə bağlı Missiya.Az-a açıqlama verən iqtisadçı Mürvət Həsənli deyib ki, dünya iqtisadiyyatında durğunluq getdiyi bir vaxtda, dövlət başçısının tapşırığı ilə qeyri-neft sektorunun inkişafına diqqət artırıldı.

«Pambıqçılığa xüsusi diqqətin fonunda bu sahə ilə məşğul olmaq istəyənlər üçün dövlət hər cür şərait yaratdı. Sahibkarların yoxlanılmasının məhdudlaşdırılması fonunda onlara daha rahat, maneəsiz çalışmaq üçün sağlam rəqabətli meydan yaradıldı ki, bu da yeni iş yerlərinin açılmasına siraət etdi. Azərbaycan iqtisadiyyatının strukturunda sənaye aparıcı sahə kimi ön planda oldu. Vergi dərəcələrində ki, elastiklik ilə ÜDM arasındakı optimumu təsbit etmək, Aqrar sektora dövlət dəstəyi (subsidiyalaşdırma) ÜTT prinsipləri və beynəlxalq çağırışlara əsaslanmaqla idxaldan asılılğı minimizə edərək, milli ərzaq təhlükəsizliyini təmin etmək böhranın qarşısının alınması üçün gözəl müxanizm rolunu oynadı».

İqtisadçının sözlərinə görə, dünyada iqtisadi böhranın getdiyi bir vaxtda  aqrar sahənin inkişafı Azərbaycan prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil etdi.

«Ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından bu sahənin inkişaf etdirilməsi həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından xüsusi əhəmiyyət kəsb etdi və etməkdədir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı proqramı”da əsasən regionlarda işsizliyin aradan qaldırılmasına və ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilən bu addımın bəhrəsi 2016-cı ildə də lazımınca hiss olundu. Artıq 2017-ci ildəyik. Ümid edirik ki, ölkəmizin iqtisadi uğurları cari ildə də cənab prezidentin başçılığı ilə davam edəcək. Strateji yol xəritəsi nümunə kimi bütün dünyaya səs salacaq». 

Missiya.Az

28 Aprel 2017 Zərifə Əliyevanın doğum günüdür
27 Aprel 2017 Azərbaycanın 179 naməlum şəhidi var - RƏSMİ
27 Aprel 2017 “Sabah Qarabağda müharibə başlayacaq” - Sarkisyan qorxduğunu etiraf etdi
26 Aprel 2017 YAP Nizami rayon təşkilatının IX konfransı - FOTO
26 Aprel 2017 On dəqiqə ərzində ölkə məhv olacaq - DƏHŞƏTLİ PROQNOZ
25 Aprel 2017 Prezident sahibkarları təltif edib - SİYAHI
25 Aprel 2017 Birinci vitse-prezidentin fəaliyyəti ilə əlaqədar yeni vəzifələr yaradıldı
25 Aprel 2017 Milli Məclisin növbəti plenar iclası keçirilir
24 Aprel 2017 Prezident sərəncam verdi - 1000 manat birdəfəlik yardım
24 Aprel 2017 AŞPA prezidentinin istefası tələb olundu
24 Aprel 2017 Mövqelərimiz yenə minaatanlardan atəşə tutuldu
21 Aprel 2017 Mehriban Əliyeva nazirləri topladı - FOTOLAR
21 Aprel 2017 Zakir Həsənovdan tapşırıq: “Döyüşlərə hazır olun”
20 Aprel 2017 İslam Oyunları nəyə və ya kimə lazımdır? - BİZİM ŞƏRH
20 Aprel 2017 Azərbaycan ordusu öz gücünü nümayiş etdirdi - FOTO
20 Aprel 2017 Bu şəxslər Azərbaycana vizasız daxil olacaq
20 Aprel 2017 Qarabağ qaytarılsa, Azərbaycan Avrasiya İttifaqına qoşula bilərmi?
19 Aprel 2017 Saxta profillər baha başa gələcək
18 Aprel 2017 İTV-yə yeni sədr seçildi - FOTO
18 Aprel 2017 Ölkənin maliyyə qurumlarının rəhbərləri toplantı keçirdi