ui.jpg

"Ermənistan Kollektiv Təhlüləsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) baş katiblik növbəsini heç kəsə güzəştə getməyəcək".

Missiya.Az xəbər verir ki, bu sözləri "tert.am"-a açıqlamasında Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov KTMT üzvləri və ölkəsi arasında yaranan qalmaqala münasibət bildirərkən deyib.

"Belarus nümayəndələrinin yoxluğunu nəzərə alaraq, baş katibin təyin edilməsi ilə bağlı məsələ aprel sammitinə qədər təxirə salınıb", -deyə Ermənistan rəsmisi bildirib. 

Eduard Şarmazanov deyib ki, əlifba sırasına görə təşkilata baş katibin təyin edilmə növbəsi, Ermənistan nümayəndə heyyətindədir. "Əlbəttə ki, təyinat əlifba sırası üzrə irəliləyəcək".

Şarmazanov erməni analitikləri hakimiyyətə qarşı kəskin münasibətə görə tənqid edib. O,  Ermənistanın KTMT-dakı mövqeyi ilə bağlı analitiklərin yazdığı fikirlərin həqiqətə uyğun olmadığını deyib. "Ajiotaja və məxfiliyə heç bir ehtiyac yoxdur. Sadəcə bayram günləri idi. Bəzi ciddi analitiklər fikirlərini bildirməyə başladılar. Onların fikirlərinin həqiqətlə heç bir əlaqəsi yoxdur. Mən analitiklərdən xahiş edirəm ki, xalqı çaşdıran məlumatlar yaymasınlar".

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_f587375405bb3b_587375405bb78.thumb.jpg
Eduard Şarmazanov - Ermənistan parlamentinin vitse-spikeri 

Qeyd edək ki, Ermənistan 2016-ci il ərzində KTMT-na 2 dəfə rəhbərlik etməyə cəhd göstərib. Amma hər iki cəhdi uğursuzluqla nəticələnib. Çünki birinci iclasa Nursultan Nazarbayev, ikinci iclasa isə Belarus prezidenti Aleksandr Lukaşenko gəlməyəyib. Təşkilatın daxili nizamnaməsinə əsasən isə üzvlərdən birinin iştirak etmədiyi iclasda, strateji vəzifə təyinatı edilə bilməz.

Ermənistanın təşkilatda çox zəif mövqeyə malik olması ölkədə birmənalı qarşılanmayıb. Əksər analitiklər KTMT üzvlərinin Serj Sarkisyanı saymadığını, amma İlham Əliyevlə əməkdaşlıq üçün rəqabət apardığını yazıblar.

Məqalə müəllifləri yazıqlarını əsaslandırmaq üçün Belarus prezidenti Aleksadr Lukaşenkonun  bir neçə həftə əvvəl Azərbaycana səfərini və bu günlərdə Rusiya prezidenti Vladimir Putinin İlham Əliyevi etibarlı partnyor adlandırdığını misal göstəriblər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_c864bd3119eaf68766a8049371a1eb401b54c7f1.jpg
KTMT-na üzv olan ölkələrin rəhbərləri 

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun iddialı açıqlamasında isə belə nəticə çıxarmaq olar ki, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Belarus prezidenti ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında münasibətlər gərginləşəcək. Çünki təşkilat üzvlərindən Qazaxıstan və Belarus iclaslara gəlməməklə Ermənistanın hərbi bloka rəhbərlik etməsini istəmədiklərini açıq şəkildə etiraf ediblər. Digər üzvlər isə Ermənistanın təşkilata rəhbərliyi məsələsində susmaqla kifəyətlənirlər. Çünki üzvlərin hər biri Ermənistanın işğalçı dövlət olduğunu bilirlər. Ona görə də iqtisadi və siyasi cəhətdən Ermənistandan dəfələrə üstün olan Azərbaycanla münasibətləri pozmaq istəmirlər.

Elvin Məmmədov
Missiya.Az

27 İyul 2017 Qonşusunun döydüyü qadın: "Maşından düşüb üstümə gəldi..." - VİDEO
27 İyul 2017 Şəmkirdə baş vermiş dəhşətli intiharın təfərrüatı - VİDEO
27 İyul 2017 Salyanda baş verən dəhşətli qəzanın görüntüləri - VİDEO
26 İyul 2017 Reyd zamanı gərgin anlar: "Ay qardaş, nazirliyə gedirəm..." - VİDEO
26 İyul 2017 Yetim Eyvaz müğənni oğlu barədə ŞOK AÇIQLAMA
25 İyul 2017 Mehriban Əliyevanın nəvəsi ilə yeni FOTOSU
25 İyul 2017 Bakıdan İrəvana qayıdan erməni qadın: "Məni fahişəlikdə günahlandırdılar"
25 İyul 2017 Növbəti doğuş terroru - “Şıxlinskaya”da
25 İyul 2017 Tünzalə Ağayeva hansı mükafatları pulla alıbmış? - ŞOK AÇIQLAMA
25 İyul 2017 Tanınmış aparıcının oğlunun şirkəti qarət olundu - Bakıda
25 İyul 2017 Avtomagistralda bir neçə dəqiqədə 3 qəza baş verib - VİDEO
25 İyul 2017 Olimpiadada azərbaycanlının erməniyə qarşı bu hərəkəti alqışlarla qarşılandı - VİDEO
24 İyul 2017 Əyalət kimi Avropa şəhəri və atasız qalan azərbaycanlı qız - Kişinyovdan reportaj
24 İyul 2017 Azərbaycanlı gənclərdən möhtəşəm ifa - VİDEO
24 İyul 2017 Məşhur aparıcı yeni verilişə başlayır - VİDEO
24 İyul 2017 Azərbaycanda qadın ərini öldürərək basdırdı - FOTO
22 İyul 2017 Bakıda imtahan keçirilən universitet binasında yanğın başlayıb
22 İyul 2017 Bilgəh çimərliyində faciə: 20 yaşlı oğlan öldü
22 İyul 2017 Naz neçə minə soyunacağından danışdı:"Sadəcə alt paltarlarını..." - VİDEO
22 İyul 2017 Bakıda maraqlı hadisə - Avtomobilin nömrəsinə “seks” yazıldı - FOTO