b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_00000000000000000000000000000000000000.jpg

Ermənistanda Rusiya-Türkiyə, Rusiya-ABŞ yaxınlaşmasının rəsmi İrəvanın Qarabağ siyasəti üçün təhlükəsi barədə qorxular günbəgün artır.

Missiya.Az xəbər verir ki, bu qorxunu “tert.am”-a müsahibəsində NATO-nun Şərqi Avropa strategiyası məsələləri üzrə elmi işçi, Böyük Britaniya Universiteti yanında kəşfiyyat, təhlükəsizlik və strateji tədqiqatlar bölməsinin regional təhlükəsizlik məsələləri üzrə eksperti Eduard Abramyan açıq etiraf edib.  

Abramyan bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin aktivləşdirilməsi ilə bağlı razılaşmanı istisna etmək olmaz.

"Məsələ ondadır ki, Rusiya-Türkiyə yaxınlaşması üçün əsas maneələrdən biri - Qarabağ münaqişəsidir. Deməli bu məsələ barədə razılaşma realdır”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_------------------------.jpg
Eduard Abramyan - ekspert

Erməni eksperti əsas narahat edən məsələlərdən biri isə ABŞ-ın yeni prezidenti Donlad Trampın andiçmədən sonra yürüdəcəyi siyasətdir. Onun fikrincə Tramp yaxın 6 ay ərzində ABŞ-ın yeni Qara Dəniz və Cənubi Qafqaz siyasətini müəyyən edəcək.  

"Digər tərəfdən əsas ciddi qorxu ABŞ-ın yeni hökuməti ilə Putin arasında kəskinləşən münasibətlərdə ortaq nöqtəni tapmağa çalışması ilə bağlıdır”.

Eduard Abramyan Ermənistanın çıxılmaz vəziyyətdə qalacağını və baş verənlərə  mane ola bilməyəcəyini də etiraf edib. "Hər halda, Rusiya - Türkiyə əməkdaşlığını və ondan yaranan təhlükəli nəticələrə mane olmaq mümkün deyil. Ermənistan istənilən ssenariyə hazır olmaq qalır”.

Qeyd edək ki, Rusiya və Türkiyə arasında 2015-ci ilin noyabr ayında baş verən təyyarə qalmaqalı zamanı Ermənistan hakimiyyəti böyük sevinc içərisində idi. Rəsmi İrəvan iki ölkə arasında münasibətlərin pozulmasını Qarabağ münaqişəsinin həllinin uzanması ilə nəticələnəcəyini və Rusiyanın Türkiyəyə təziq etmək üçün Ermənistanla daha çox yaxınlaşacağını proqnozlaşdırırdı. Düzdür bir müddət Moskva Ankaraya təziq etmək üçün Ermənistana ehtiyacı olduğunu rəsmi səfərlə, yeni silahlar göndərməklə və Ermənistan leyhinə bəyanatlarla hiss etdirdi. Bir müddətdən sonra iki ölkə arasında barışıq əldə olundu. Hazırda isə Türkiyə Rusiya üçün Ermənistandan daha önəmli ölkədir. Çünki İrəvandan fərqli olaraq, Ankara regional münasibətlərə təsir gücünə malikdir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx.jpg
Türkiyə və Rusiya prezidentləri arasında görüş

Ermənistanın Trampla bağlı qorxuları anlaşılandır. Çünki Tramp seçki kompaniyası dövründə bir neçə dəfə Ermənistan əleyhinə bəyanatlar verib və seçki kompaniyasının lobbilər tərəfindən maliyyələşdirilməsini (erməni lobbisi ABŞ prezidentlərin seçilməsinə küllü miqdarda pul yatırır -red.) qadağan edəcəyini açıqlayıb. Həmçinin erməni mətbuatı Azərbaycan hakimiyyətinin içərisində Trampa yaxın insanların olduğunu etiraf edib. Sarkisyan rejimi Tramp-Ərdoğan-Putin üçbuçağının Dağlıq Qarabağ münaqişəsinə təsirinin və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinin həyəcanını yaşayırlar. 


Elvin Məmmədov
Missiya.Az

27 İyul 2017 Qonşusunun döydüyü qadın: "Maşından düşüb üstümə gəldi..." - VİDEO
27 İyul 2017 Şəmkirdə baş vermiş dəhşətli intiharın təfərrüatı - VİDEO
27 İyul 2017 Salyanda baş verən dəhşətli qəzanın görüntüləri - VİDEO
26 İyul 2017 Reyd zamanı gərgin anlar: "Ay qardaş, nazirliyə gedirəm..." - VİDEO
26 İyul 2017 Yetim Eyvaz müğənni oğlu barədə ŞOK AÇIQLAMA
25 İyul 2017 Mehriban Əliyevanın nəvəsi ilə yeni FOTOSU
25 İyul 2017 Bakıdan İrəvana qayıdan erməni qadın: "Məni fahişəlikdə günahlandırdılar"
25 İyul 2017 Növbəti doğuş terroru - “Şıxlinskaya”da
25 İyul 2017 Tünzalə Ağayeva hansı mükafatları pulla alıbmış? - ŞOK AÇIQLAMA
25 İyul 2017 Tanınmış aparıcının oğlunun şirkəti qarət olundu - Bakıda
25 İyul 2017 Avtomagistralda bir neçə dəqiqədə 3 qəza baş verib - VİDEO
25 İyul 2017 Olimpiadada azərbaycanlının erməniyə qarşı bu hərəkəti alqışlarla qarşılandı - VİDEO
24 İyul 2017 Əyalət kimi Avropa şəhəri və atasız qalan azərbaycanlı qız - Kişinyovdan reportaj
24 İyul 2017 Azərbaycanlı gənclərdən möhtəşəm ifa - VİDEO
24 İyul 2017 Məşhur aparıcı yeni verilişə başlayır - VİDEO
24 İyul 2017 Azərbaycanda qadın ərini öldürərək basdırdı - FOTO
22 İyul 2017 Bakıda imtahan keçirilən universitet binasında yanğın başlayıb
22 İyul 2017 Bilgəh çimərliyində faciə: 20 yaşlı oğlan öldü
22 İyul 2017 Naz neçə minə soyunacağından danışdı:"Sadəcə alt paltarlarını..." - VİDEO
22 İyul 2017 Bakıda maraqlı hadisə - Avtomobilin nömrəsinə “seks” yazıldı - FOTO