b_550_325_16777215_00_images_xeber_sekilleri_15dekabr2016_komite.jpg

“Azərbaycan Silahlı  Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin geri qaytarılması məqsədilə müvafiq beynəlxalq qurumların təkidli müraciətlərinə Ermənistanın rəsmi orqanları cavab verməkdən imtina edir”.

Missiya.Az xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət  Komissiyasından bildirilib.

 Məlumata görə, qarşı tərəf konkret olaraq heç bir əsas və dəlil gətirmədən, müxtəlif bəhanələrlə meyitin geri qaytarılması ilə bağlı prosedurun başlanması vaxtını qəsdən uzadır:

 “Təəssüflər olsun ki, hətta beynəlxalq vasitəçilər belə  Ermənistanın bu qeyri-humanist hərəkətinə hələlik heç bir təsir göstərə bilmir. Bununla belə tərəfimizdən aidiyyatı dövlət təşkilatları və beynəlxalq qurumlarla birlikdə bu istiqamətdə tədbirlər davam etdirilir.

 İctimaiyyətə əlavə məlumat veriləcək”.

 Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Müdafiə Nazirliyi əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edib.

27 İyul 2017 İkinci çevriliş və sui-qəsdlər - Türkiyəni bu tarixdə vuracaqlar
26 İyul 2017 Lapşin İsrailə ektradisiya olunmaq üçün ərizə yazdı
26 İyul 2017 Azərbaycana İŞİD xəbərdarlığı - RƏSMİ
25 İyul 2017 Ərdoğan dünya müsəlmanlarına çağırış etdi
24 İyul 2017 ABŞ üçün ən böyük təhdid Rusiyadır
24 İyul 2017 Emin Ağalarov: “Tramp haqqında sual verməyin”
23 İyul 2017 Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırdı
22 İyul 2017 Putin: "İlham Əliyevlə görüşməsəm problem ola bilər"
22 İyul 2017 İlham Əliyev və Vladimir Putin Qarabağ münaqişəsini müzakirə ediblər
21 İyul 2017 İlham Əliyev Putinlə görüşəcək
20 İyul 2017 İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub
19 İyul 2017 Çavuşoğlu Bakıda Ermənistana xəbərdarlıq etdi
18 İyul 2017 İlham Əliyevin Latviyaya rəsmi səfəri başa çatdı
17 İyul 2017 Azərbaycan-Latviya biznes forumu keçirilib - FOTO
16 İyul 2017 Ərdoğan: Biz dostumuzu da, düşmənimizi də tanıyırıq
15 İyul 2017 Prezidentdən sərt xəbərdarlıq: “Cəzanız cərimə ilə bitməyəcək…”
14 İyul 2017 AKP: İlham Əliyevə və Azərbaycan xalqına minnətdarıq
14 İyul 2017 Ərdoğan: "Türkiyə Qərbdən öndədir"
14 İyul 2017 Siyavuş Novruzov: "Azərbaycandakı səfirliklərdə erməni mənşəli diplomatlar..."
13 İyul 2017 Prezident məmurlara vaxt verdi - Cəza tədbirləri görüləcək - VİDEO