b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_ddfdddfdg.jpg

Ağ Ev və Kreml Azərbaycanı mürəkkəb bölgədə sabitlik lövbəri hesab edir və Bakını konfrontasiya deyil, dialoqun aparılması üçün platforma kimi qəbul edir.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iyulun 10-da Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Uoltersin başçılıq etdikləri nümayəndə heyətləri arasında baş tutmuş danışıqları şərh edərkən deyib.

“Fikrimcə, bu, indiki mərhələdə Azərbaycan rəhbərliyinin ölçülüb-biçilmiş və çox düşünülmüş siyasətinin nəticəsidir. İlk növbədə söhbət əlbəttə ki, Prezident İlham Əliyevin təkcə çoxvektorlu deyil, həm də Azərbaycanı Avrasiya regionunun bir növ Cenevrəsinə çevirən siyasətin yürüdülməsindəki rolundan gedir. Yəni prinsipcə bütün tərəflər, indiki halda ABŞ və Rusiya  Azərbaycana etimad və hörmətlə yanaşır və Bakıda yüksək səviyyəli görüşlərin keçirilməsində heç bir problem görmürlər” , - diplomat bildirib.

Onun sözlərinə görə, söhbət təkcə hərbçilərin görüşlərindən deyil, həm də mədəniyyətlərarası dialoq üzrə tədbirlərdən gedir:

“Bu, çox pozitiv inkişafdır. Nə üçün vacibdir? Çünki bu, öz növbəsində, bütün tərəflərin sabitlik lövbərinin dəyişməz olaraq qalmaqda davam etməsinə marağını artırır. Bu maraq təkcə Azərbaycanın coğrafi koordinatları ilə deyil, həm də ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətlə bağlıdır”.

Səfir qeyd edib ki, Bakı və Vaşinqton arasında münasibətlər həmişə strateji xarakter daşıyıb və daşıyır:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-ABŞ münasibətləri strateji xarakter daşıyır. Maraqlar dəyişmir. ABŞ administrasiyası Bakı ilə kifayət qədər konstruktiv və uzunmüddətli ikitərəfli əlaqələrə köklənib”.

E.Süleymanov əlavə edib ki, ikitərəfli münasibətlərin müsbət inkişaf dinamikası bu gün də müşahidə olunur:

“Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Donald Tramp dəfələrlə məktub mübadiləsi aparıblar. Məktublarda çox vacib məqamlar qeyd edilib, əməkdaşlıq, enerji layihələrinin dəstəklənməsi, Azərbaycanın strateji rolu, Amerika tərəfinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda sülh yolu ilə həllinə nail olmağa can atması vurğulanıb.

Oxu.Az



01 İyun 2020 Pandemiya bitir: Azərbaycan müharibəyə hazırlaşır? - Rus ekspertdən savaş anonsu
21 May 2020 Putin Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı tapşırıq verdi
15 May 2020 II Elizabet İlham Əliyevə məktub göndərdi
14 May 2020 "Başqa ölkələrdə nazir dərhal istefa verərdi" - Siyavuş Novruzov Nazirlikdəki həbslərdən danışdı
13 May 2020 İlham Əliyev yeni təyin edilən icra başçısını videoformatda qəbul etdi - FOTO
07 May 2020 Prezident karantinin yenidən sərtləşdirilmə ehtimalından danışdı
05 May 2020 Siyavuş Novruzov yeni həbs dalğasının anonsunu verdi: "Onlar da həbs olunmalıdır"
04 May 2020 İlham Əliyevin təşəbbüsü ilə daha bir Zirvə görüşü keçiriləcək
01 May 2020 Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlandı - RƏSMİ
30 Aprel 2020 Nazirlikdən 190 manat yardımla bağlı ən son məlumat
29 Aprel 2020 Koronavirus böhranından qazancla çıxan ölkələr də var
27 Aprel 2020 Türk Şurasının Baş Katibliyi “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb
22 Aprel 2020 87 yaşlı kəlbəcərli Prezidentə təşəkkür məktubu yazdı
20 Aprel 2020 Azərbaycanda ordudan tərxis başladı
15 Aprel 2020 “Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır” - XİN
14 Aprel 2020 Prezident İlham Əliyev videokonfrans şəklində müşavirə keçirib - FOTO
09 Aprel 2020 Baş nazir Azərbaycanda ötən ilin işsizlik səviyyəsini açıqladı
06 Aprel 2020 Deputatlar Elman Rüstəmovla bağlı məsələni səsə qoyacaqlar
31 Mart 2020 İrandan Dağlıq Qarabağda keçirilən seçkilərə REAKSİYA
27 Mart 2020 Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi - FƏRMAN