b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_123312424244.jpg
"2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi".
 
Missiya.Az xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.
 
Z.Həsənov bildirib ki, ermənilər əlacsız vəziyyətdə qalaraq hətta qocaları səfərbər edib cəbhəyə göndərdilər, ancaq onlar da gəlib çıxa bilmədilər.
 
Nazir qeyd edib ki, Azərbaycan Ordusunda həyata keçirilən islahatlar uğurla davam edir:
 
"Bütün əsas istiqamətlərdə ordu inkişaf edir. Bunu beynəlxalq qurumlar da təsdiq edir. İslahatların əsas istiqaməti ordunu yeni müasir silah-texnika ilə təmin etmək, döyüş qabiliyyətini yüksəltmək, infrastrukturu inkişaf etdirmək və s-dir. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk. Müasir təlim mərkəzlərimiz var. Bizim təlimlərimiz müasir, döyüş vəziyyətinə maksimal yaxın vəziyyətdə keçirilir. Getdikcə təlimlərə daha böyük hissə və birləşmələri cəlb edirik”.
 
Z.Həsənovun sözlərinə görə, ordunun döyüş qabiliyyətinin, təcrübəsinin artırılmasında Türkiyə Silahlı qüvvələrinin rolu böyükdür: "Biz Türkiyə ordusunun təcrübəsindən istifadə edirik. Biz Türkiyə Silahlı qüvvələri ilə birgə təlimlər keçirilib. Əgər 2018-ci ildə biz birgə 8 təlim keçirmişdiksə, bu il təlimlərin sayı 13-ə çatdırılacaq”.
 
Nazir əlavə edib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən sosial baxımdan orduya böyük diqqət ayrılır:
 
"Bizim ordunun zabitlərinin əksəriyyəti daim ön xətdədir. Onların ailələri yaxın kəndlərdə kirayədə qalırlar. Biz Prezidentə müraciət etdik və dövlət başçısı buna reaksiya verdi və zabitlər üçün verilən kirayə pulları artırıldı. Bu qərar orduda yüksək qiymətləndirildi".
 
Z.Həsənov vurğulayıb ki, Müdafiə nazirinin əsas vəzifəsi ordunu daim yüksək döyüş vəziyyətində və müharibəyə hazır saxlamaqdır: "Bizim də vəzifəmiz Ali Baş Komandanın tapşırığına əsasən, qanun çərçivəsində ordunu daim yüksək döyüş vəziyyətində saxlamaqdır".
16 İyul 2019 Nazirlik: İşdən qanunsuz çıxarılan 77 nəfər işlərinə bərpa edilib
15 İyul 2019 DSX "Keşikçi dağ"dakı insidentlə bağlı məlumat yaydı
12 İyul 2019 Vilayət Eyvazov: "Son altı ayda 12411 cinayət qeydə alınıb"
11 İyul 2019 Elin Süleymanov: Ağ Ev və Kreml Azərbaycanı sabitlik lövbəri hesab edir
10 İyul 2019 İlham Əliyev: Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir
09 İyul 2019 İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun təkbətək görüşü olub
08 İyul 2019 Zakir Həsənov: "Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir" - VİDEO
04 İyul 2019 Trampın ölümü, nüvə müharibəsi və Putin-Şoyqu görüşü xəbərləri niyə yayıldı?
27 İyun 2019 Milli Məclis əmək pensiyalarının artımına səs verdi
25 İyun 2019 Bütün dünyanın gözü ORA DİKİLDİ: əgər razılaşmasalar, yer-yerindən oynayacaq
24 İyun 2019 İranlı admiraldan ABŞ-a XƏBƏRDARLIQ
21 İyun 2019 Ankaradan Vaşinqtona şillə kimi cavab
20 İyun 2019 Ağ Evdə Qarabağ danışıqları: Məmmədyarov Boltonla nələri danışdı?
19 İyun 2019 Əli Həsənov: "Sivilizasiyalar arasında dialoq dövlətin yürütdüyü ali siyasi kursdur"
14 İyun 2019 Əli Əhmədov: "Bütün nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir"
12 İyun 2019 Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
10 İyun 2019 Azərbaycan XİN cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib
03 İyun 2019 Vanqadan PROQNOZLAR: Avropa müsəlmanların əlinə keçəcək, yeni din yaranacaq və...
31 May 2019 Deputat Azərbaycan ordusuna çağırış etdi: “Paşinyanı snayperlə vurun!”
30 May 2019 Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB - Prezident kürəkənindən SENSASİON SÖZLƏR