b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fhfghgjghjhjh.jpg

"1993-cü ilin 15 iyununda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni mərhələ başlandı".

Missiya.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP-ın sədr müavini- icra katibi Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra hər bir ölkə vətəndaşına məlum olan xaos, anarxiya, müstəqilliyin əldə getməsi təhlükəsi yaranmışdı: "Azərbaycan xalqı ölkəmizin düçar olduğu vəziyyətdən xilas olmasının yeganə yolunun Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. İnsanları narahat edən, xalqı vahiməyə salan bütün proseslər dəf edildi, xaos, anarxiya, özbaşınalıq aradan qaldırıldı".

Ə.Əhmədov qeyd edib ki, o zaman Azərbaycanın parçalanması təhlükəsini yaratmış separatizm ləğv edildi, ermənilərin Azərbaycan ərazilərinin dərinliklərinə gəlməsinin qarşısı alındı: "Ən başlıcası isə ölkəni bürümüş siyasi və iqtisadi böhrandan ölkə çıxa bildi, hakimiyyət böhranı da aradan qaldırıldı. İnsanların çörək növbələrinə durması kimi dəhşətli mənzərə qısa müddətdə aradan qaldırıldı və beləliklə Azərbaycanda sözün həqiqi mənasında normal həyat təmin edilmiş oldu".

"Azərbaycanın müstəqilliyi möhkəm və etibarlı bünövrə üzərində qoyuldu", - deyən YAP sədrinin müavini əlavə edib ki, Azərbaycanda dərin Heydər Əliyev islahatları həyata keçirilməyə başlandı: "Bu gün Azərbaycan ən güclü, ən müasir dövlətlər içərisində özünə layiqli yer tutur. Vətəndaşlar özlərini xoşbəxt hesab edirlər ki, müstəqil Azərbaycan vətəndaşlarıdır. Bütün bu uğurlar, nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir. Heydər Əliyev siyasəti onun vəfatından sonra da uğurla həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edir və hesab edirik ki, bu inkişaf uzunmüddətli olacaq və vətəndaşların rifahı daha da yaxşılaşdırılacaq. Bugünkü Azərbaycan vətəndaşlarının həyatındakı inkişafında Heydər Əliyevin neft strategiyası əsas yer tutur". 

19 Sentyabr 2019 Donald Tramp ABŞ kəşfiyyatını hiddətləndirən hərəkət edib
18 Sentyabr 2019 Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
17 Sentyabr 2019 "Tərbiyəsi olmayanlar virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib" - Əli Əhmədov
16 Sentyabr 2019 lham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi
12 Sentyabr 2019 Əli Həsənov: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”
11 Sentyabr 2019 Əli Əhmədov: "Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir"
10 Sentyabr 2019 Putin Əsəddən borcunu ödəməyi tələb edib?- Açıqlama
09 Sentyabr 2019 "Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir" - Əli Həsənov
06 Sentyabr 2019 İlham Əliyev: Risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır
04 Sentyabr 2019 Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək
03 Sentyabr 2019 Siyavuş Novruzov: "İlham Əliyevin səhhətində heç bir problem yoxdur"
02 Sentyabr 2019 İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı - FOTO
30 Avqust 2019 Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
29 Avqust 2019 Bakı dünyanın ən təhlükəsiz 50 şəhərindən biridir - REYTİNQ
28 Avqust 2019 "Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməlidir" - Əli Həsənov
27 Avqust 2019 Türkiyə prezidenti Rusiyada səfərdədir
23 Avqust 2019 Azərbaycan qondarma DQR-in hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır
22 Avqust 2019 Əli Həsənov: "Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi"
21 Avqust 2019 "Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm"- Allahşükür Paşazadə