b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dssdssdssds.jpg
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Avropa Liqasının oyunu ilə əlaqədar İtaliyanın aparıcı KİV-nə müsahibə verib.
 
Missiya.Az Trend-ə istinadən xəbər verir ki, H.Hacıyev ev sahibi olaraq Azərbaycanın bütün oyunçular, o cümlədən H.Mxitaryanın təhlükəsizliyinə təminat verdiyi halda H.Mxitaryan və "Arsenal" komandasının gəlməmək barədə qərar qəbul etdiyini deyib:
 
"Bu onların öz qərarıdır, idmanın, o cümlədən futbolun siyasiləşdirilməsi və siyasi məqsədlər üçün istifadə edilməsi qəbuledilməzdir".
 
H.Hacıyev əlavə edib ki, futbol UEFA-nın üzv olduğu bütün ölkələrdə təbliğ olunmalı və inkişaf etdirilməlidir.
 
Bu baxımdan Bakıda keçirilən oyunun əhəmiyyətinə toxunan H.Hacıyev bildirib ki, bu oyun UEFA tarixində ən maraqlı oyunlardan biri olacaq və ölkəmizə gələn futbol həvəskarlarının təhlükəsizliyi və rahatlığı üçün bütün tədbirlər görülüb.
 
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandıran H.Hacıyev bu münaqişə, Bakıda keçirilən oyun və H.Mxitaryanın etnik mənşəyi ilə bağlı əlaqənin axtarılmasının tamamilə yanlış olduğunu deyib.
 
O bildirib ki, Azərbaycana qarşı informasiya müharibəsi aparılır və bu da açıq bir şəkildə özünü göstərir.
 
H.Hacıyev Ermənistanın işğalçılıq siyasəti haqqında məlumat verərək münaqişənin həll edilməsi və regionda sülhün təmin edilməsi üçün Ermənistan qoşunlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.
18 İyun 2019 Zakir Həsənov: "Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir"
14 İyun 2019 Əli Əhmədov: "Bütün nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir"
12 İyun 2019 Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
11 İyun 2019 Paşinyandan Qarabağla bağlı senasion addım: ermənilər Bakıya üz tutur?
10 İyun 2019 Azərbaycan XİN cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib
03 İyun 2019 Vanqadan PROQNOZLAR: Avropa müsəlmanların əlinə keçəcək, yeni din yaranacaq və...
31 May 2019 Deputat Azərbaycan ordusuna çağırış etdi: “Paşinyanı snayperlə vurun!”
30 May 2019 Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB - Prezident kürəkənindən SENSASİON SÖZLƏR
24 May 2019 Azərbaycan ABŞ vətəndaşını bağışladı
22 May 2019 Kürdəxanı sakini: "Mehriban xanımın evimizə qonaq olması ən böyük hədiyyədir"
16 May 2019 “Onları zibil kimi kənara atacaqlar” – “Orduxan biabırçılığı” və Azərbaycanın uğuru
13 May 2019 XİN Mnatsakanyana cavab verdi
10 May 2019 Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? - AÇIQLAMA
08 May 2019 Gürcüstanla sərhəd qalmaqalı səngimir - Cavabımız necə olmalıdır?
07 May 2019 Əli Həsənov AzTV və İTV-nin türkdilli ölkələrdə yayımına icazə verilməsini təklif edib
06 May 2019 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
29 Aprel 2019 "Nyu-York Tayms"dan TÜKÜRPƏDƏN ANALİZ: İran-ABŞ müharibəsinə 18 ay qaldı
24 Aprel 2019 Şri-Lanka teraktlarının DƏHŞƏTLİ PƏRDƏARXASI - Növbəti hədəf BU ÖLKƏDİR
23 Aprel 2019 İlham Əliyev: "Vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıb"
22 Aprel 2019 ABŞ hökumətindən İrana hücum barədə xəbərlərə reaksiya