b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fdgfhgjghjhjhgffdfdfdfdfdfdf.jpg

"Mayın 18-də ailəmizlə birlikdə Pir Həsən ziyarətgahına getmişdik. Orada bizə dedilər ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da ziyarətə gəlib. Mehriban xanımın ziyarətdən çıxdığını görən kimi yaxınlaşıb salamlaşdıq və onu evimizə qonaq dəvət etdik. Xanım da dəvətimizi qəbul edib bizə qonaq gələcəyinə söz verdi".

Missiya.Az xəbər verir ki, bu fikirləri "Report"un çəkiliş qrupuna mayın 21-də Birinci vitse-prezident Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ailəsində qonağı olduğu Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyev deyib.

T.Əliyev bildirib ki, Birinci vitse-prezidentin onun evində qonaq olması ailəsi üçün ən böyük hədiyyədir: "Mayın 21-də bir də gördük ki, Mehriban xanım bizə qonaq gəldi. Çay süfrəsi açdıq, süfrə arxasında səmimi söhbət etdik. Yemək süfrəsi açmağımız üçün təklif etsək də, tələsirdilər deyə, ancaq çay içdilər. Çox sadə insandır. Söhbət əsnasında kəndimiz haqqında məlumat verdim. Biz uzun müddətdir ki, Kürdəxanıda yaşayırıq. Yəni, əslimiz də buralıdır. Kəndimizin yollarının bərpa olunmasına ehtiyac olduğunu dedim".

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fgdfgfhgfhg.jpg

O, M.Əliyevaya təqdim etdiyi hədiyyədən də danışıb: "Təsəvvür edin ki, Mehriban xanım o qədər səmimi insandır ki, bizim dəvəti qəbul edib evimizə qonaq gəlmişdi. Təxminən, bir saat süfrə arxasında söhbət etdik. Mehriban xanıma dini kitablar hədiyyə etdim. Biz onu şikayət və problemlərimizi demək üçün deyil, sadəcə ailəmizin qonağı olması üçün çağırmışdıq. Ona görə heç bir şəxsi problemimizi dilə gətirmədik".

Görüşdə iştirak edən ailənin daha bir üzvü T.Əliyevin yeznəsi Emin Heydərov isə "Report"a deyib ki, M.Əliyevanın onların evinə qonaq gəlməsi həmin günü yaddaqalan edib: "Birinci vitse-prezident həyətə daxil olan zaman bizimlə salamlaşıb görüşdü. O qədər sadə bir insandır ki, sanki bizimlə bir süfrə arxasında əyləşib söhbət etdiyimiz şəxs Birinci vitse-prezident deyil. Yəni, elə bir səmimi mühit yaranmışdı ki, sıxılmırdıq. Mehriban xanımın evimizə qonaq gəlməsi yaddaqalan bir gün oldu".

Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Telman Əliyevin ailəsində qonaq olublar. Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirib ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq ediblər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_7b70f5469d7f.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_8c7cd52cb1af.jpg

 

25 İyun 2019 Bütün dünyanın gözü ORA DİKİLDİ: əgər razılaşmasalar, yer-yerindən oynayacaq
24 İyun 2019 İranlı admiraldan ABŞ-a XƏBƏRDARLIQ
21 İyun 2019 Ankaradan Vaşinqtona şillə kimi cavab
20 İyun 2019 Ağ Evdə Qarabağ danışıqları: Məmmədyarov Boltonla nələri danışdı?
19 İyun 2019 Əli Həsənov: "Sivilizasiyalar arasında dialoq dövlətin yürütdüyü ali siyasi kursdur"
18 İyun 2019 Zakir Həsənov: "Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir"
14 İyun 2019 Əli Əhmədov: "Bütün nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir"
12 İyun 2019 Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
10 İyun 2019 Azərbaycan XİN cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib
03 İyun 2019 Vanqadan PROQNOZLAR: Avropa müsəlmanların əlinə keçəcək, yeni din yaranacaq və...
31 May 2019 Deputat Azərbaycan ordusuna çağırış etdi: “Paşinyanı snayperlə vurun!”
30 May 2019 Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB - Prezident kürəkənindən SENSASİON SÖZLƏR
29 May 2019 "Futbol siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir" - Hikmət Hacıyev
24 May 2019 Azərbaycan ABŞ vətəndaşını bağışladı
16 May 2019 “Onları zibil kimi kənara atacaqlar” – “Orduxan biabırçılığı” və Azərbaycanın uğuru
13 May 2019 XİN Mnatsakanyana cavab verdi
10 May 2019 Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? - AÇIQLAMA
08 May 2019 Gürcüstanla sərhəd qalmaqalı səngimir - Cavabımız necə olmalıdır?
07 May 2019 Əli Həsənov AzTV və İTV-nin türkdilli ölkələrdə yayımına icazə verilməsini təklif edib
06 May 2019 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib