b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_tyyuyyyuyiui.jpg
Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.
 
Missiya.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəldilər. Məlumat verildi ki, Kürdəxanı qəsəbəsində 6 min nəfər əhali yaşayır. Burada bir məktəb var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu təhsil ocağının siniflərinə baxdılar, müəllim və şagirdlərlə görüşdülər.
 
113 saylı tam orta məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 1971-ci ildə inşa olunub. Sonuncu dəfə burada cari təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Burada tədris 2 növbəlidir. Mehriban Əliyevaya məlumat verildi ki, məktəbin 2-ci korpusu isə 2008-ci ildə inşa olunub. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verdi.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1558439376_61018989_10158467267978496_9156880278050832384_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1558439347_60632735_10158467269528496_6760662803217907712_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1558439373_60485113_10158467267513496_372033842455773184_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1558439340_60495911_10158467267303496_7505906643448627200_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1558439304_60612479_10158467262263496_549451721613508608_n.jpg
 

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq oldular.

Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər.

Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirdi ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq etdilər.

Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olundu və xatirə şəkli çəkdirildi.

 



14 İyun 2019 Gəncədə "Son zəng" - FOTOLAR
14 İyun 2019 Azərbaycanlı idmançı toyunda xanımı ilə “yumruqlaşdı”
14 İyun 2019 Yeznəsini güllələyən “Hozu Rauf” saxlanılıb – VİDEO
13 İyun 2019 Baş redaktor dövlətə xəyanətə görə həbs edildi - DTX-nın əməliyyatı - FOTO
12 İyun 2019 Elman Babayev vəzifəsindən azad edildi
12 İyun 2019 Azərbaycanda tanınmış şair HƏBS EDİLDİ - FOTO
12 İyun 2019 Qonşu ölkə 4 günlük iş həftəsinə keçir
12 İyun 2019 İlham Əliyev “Yanardağ” qoruğunun açılışında - FOTO
11 İyun 2019 Millimiz Bakıda rusvayçı hesabla uduzdu
11 İyun 2019 Metro üçün alınan yeni vaqonlar artıq Bakıdadır - FOTOLAR
11 İyun 2019 Bəxti gətirmiş xalq və ya 9 iyundan başlayan Qurtuluş GÜNÜ
11 İyun 2019 “Heydər Əliyev olmasaydı, dövlət mövcudluğunu itirəcəkdi” – Ramin Əhmədov
11 İyun 2019 Bakıda avtomobil magistral yolda belə “uçdu” – REAL VİDEO
10 İyun 2019 Aeroport yolunda yeddi maşın toqquşdu - VİDEO
10 İyun 2019 Qarabağ qazisindən prezidentə müraciət - FOTO
10 İyun 2019 Yol Polisi avtomobili saxladı - içərisindən çıxanlar hər kəsi heyrətləndirdi
10 İyun 2019 Nüsrət ilk dəfə sərvətini açıqladı - VİDEO
08 İyun 2019 Kriminal avtoritetin qətlinin təfərrüatı - Səbəb qatilin xanımı olub
08 İyun 2019 Məsut Özil evləndi, nikah şahidi Ərdoğan oldu - FOTO
08 İyun 2019 Avro-2020 həyəcanı: Azərbaycan Macarıstana qarşı