zxvcbvvnbnbnbm.jpg

“Azərbaycan Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyi ilə bağlı Brüsseldə keçirilən tədbirdə ən yüksək səviyyədə təmsil olundu. Deyə bilərəm ki, nəticələr Azərbaycan üçün uğurlu hesab oluna bilər. Sammitdə məqsəd, Avropa ilə həmin ölkələrin 10 il ərzində əməkdaşlığının nəticələrini müzakirə etmək idi. Hesab edirəm ki, Azərbaycan bu 10 il ərzində Avropa ilə daha da yaxınlaşıb və sıx əməkdaşlıq edib”.

Bu sözləri Missiya.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Millət vəkili ölkəmizin Brüsseldə keçirilən nüfuzlu sammitdə iştirakının əhəmiyyətindən danışarkən bildirib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” Proqramını imzalayan ölkələr arasında yeganə dövlətdir ki, ona Avropadan heç nə lazım deyil: “Digər ölkələr həm maddi dəstək, həm də Avropa Birliyinə üzvlük istəyir. Azərbaycan isə hər iki tərəfin maraqlarına cavab verən münasibətlərin qurulmasında maraqlıdır”.

Aydın Mirzəzadə Azərbaycan və Avropa Birliyi arasında imzalanması planlaşdırılan Strateji Tərəfdaşlıq sazişindən də danışıb. Onun sözlərinə görə, hər iki tərəf öz mövqeyini ortaya qoyur: “Azərbaycan ərazi bütövlüyü məsələsini ortaya qoyub və ilkin variantda bu nəzərə alınıb. Bundan başqa, Azərbaycanla Avropa Birliyi arasında vizaların ləğv edilməsi, qarşılıqlı sürətdə bazarların açılması və digər məsələlər müzakirə olunur. Bütün bunlar Azərbaycanın Avropadakı, həmçinin dünyadakı nüfuzunun göstəricisidir”.

Azərbaycanda insan hüquqlarının qorunmasına maksimum səylərin göstərildiyini deyən, Aydın Mirzəzadə vurğulayıb ki, ölkəmiz bu məsələdə üzv olduğu təşkilatların fikirlərini müzakirə etməyə açıqdır: “Azərbaycanda insan hüquqlarının qorunması üçün baza prinsipləri var. İnsan hüquqlarından geniş şəkildə bəhs edilən Konstitusiyamız və qanunlarımız mövcuddur. Ölkəmiz insan hüquqları ilə bağlı “Avropa Xartiyasını” imzalayan dövlətlərdən biridir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_-----------------.jpg

Aydın Mirzəzadə vurğulayıb ki, insan hüquqlarının pozulması bəhanəsi ilə Azərbaycana edilən təzyiqlərin qarşısı həmişə alınacaq: “Xaricdə, elə Avropanın özündə insan hüquqları bəhanəsi ilə Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edilir. Ölkəmiz çalışır ki, insan hüquqları maksimum qorunsun. Azərbaycan sivil dünyanın bir hissəsidir. Biz öz vətəndaşlarına ən çox hüquqlar verən bir ölkəyə çevrilmək istəyirik. Bunun üçün potensialımız, təcrübəmiz var. Ancaq Azərbaycanın daxili işlərinə qarışmaq, üzərimizdə prokuror rolunu oynamaq cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Ümumilikdə, biz dəfələrlə Avropa ölkələrinin özündə insan hüquqlarının kəskin şəkildə pozulduğunun şahidi olmuşuq”.

Millət vəkili prezident İlham Əliyevin Brüssel səfəri zamanı anti-Azərbaycan mərkəzlərdən maliyyələşən bir neçə nəfərin keçirdiyi aksiyadan da danışıb. O, baş verənləri “tərbiyyəsizlik” kimi qiymətləndirib: “Bu tərbiyyəsizlikdən başqa bir şey deyil. Aksiya keçirmək, narazılıq bildirmək olar. Amma bunun sivil, mədəni, əxlaqa zidd olmayan formaları var. Kimlərsə, xaricdən anti-Azərbaycan dairələrin verdiyi pulla əxlaqsız hərəkətlər edirsə, onlar nifrətdən başqa heç nə qazana bilmir. Anti-Azərbaycan mərkəzləri onların özlərindən də müəyyən müddət istifadə etdikdən sonra zibil kimi kənara atacaqlar. Biz buna tarixdə çox rast gəlmişik”.

Elvin Məmmədov
Missiya.Az

 

 

 

19 Sentyabr 2019 Donald Tramp ABŞ kəşfiyyatını hiddətləndirən hərəkət edib
18 Sentyabr 2019 Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
17 Sentyabr 2019 "Tərbiyəsi olmayanlar virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib" - Əli Əhmədov
16 Sentyabr 2019 lham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi
12 Sentyabr 2019 Əli Həsənov: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”
11 Sentyabr 2019 Əli Əhmədov: "Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir"
10 Sentyabr 2019 Putin Əsəddən borcunu ödəməyi tələb edib?- Açıqlama
09 Sentyabr 2019 "Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir" - Əli Həsənov
06 Sentyabr 2019 İlham Əliyev: Risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır
04 Sentyabr 2019 Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək
03 Sentyabr 2019 Siyavuş Novruzov: "İlham Əliyevin səhhətində heç bir problem yoxdur"
02 Sentyabr 2019 İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı - FOTO
30 Avqust 2019 Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
29 Avqust 2019 Bakı dünyanın ən təhlükəsiz 50 şəhərindən biridir - REYTİNQ
28 Avqust 2019 "Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməlidir" - Əli Həsənov
27 Avqust 2019 Türkiyə prezidenti Rusiyada səfərdədir
23 Avqust 2019 Azərbaycan qondarma DQR-in hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır
22 Avqust 2019 Əli Həsənov: "Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi"
21 Avqust 2019 "Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm"- Allahşükür Paşazadə