b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_fghgjhgj.jpg

"Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın". 

Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin II toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, bununla yanaşı, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: "Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir".

Ə.Həsənov qeyd edib ki, hazırda dövlətlərarası əlaqələr müəyyən platformada həyata keçirilir: "Türk Dövlətləri Birliyi Şurasının qəbul etdiyi qərarlar liderlərin iradəsini həyata keçirir. Türk Şurası yaradıldığı 2012-ci ildən bu günə qədər üzv dövlətlərlə qarşılıqlı əlaqələrlə fəaliyyət göstərir. Türk Şurasına üzv dövlətlərin nümayəndələri ilə birlikdə biz qarşılıqlı əlaqələri müzakirə etmişik".

Prezident köməkçisi xatırladıb ki, 4 il öncə Astana görüşündə televiziya sahəsində vahid platformanın yaradılması və bunun inkişaf etdirilməsi müzakirə olunub: "Təəssüflər olsun ki, bu, hələ də kağız üzərində qalır. Çünki vahid platforma əsasında yaradılacaq televiziyanın yerləşəcəyi yer və maliyyə məsələləri hələ də öz həllini tapmayıb". 

"Azərbaycanın Dağlq Qarabağ kimi problemi var və 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimiz var. Yaxşı olardı ki, Türk Şurasına üzv dövlətlərində televiziya vasitəsilə Azərbaycan həqiqətləri də türk qardaşlarımıza çatdırılsın",- Ə.Həsənov vurğulayıb.

Report

09 Dekabr 2019 “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir” – Gürcüstan Prezidenti
04 Dekabr 2019 İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular
03 Dekabr 2019 Sergey Lavrovdan Qarabağ açıqlaması: "Kompromis üçün imkanlar var”
02 Dekabr 2019 Prezident Dilarə Seyidzadəyə orden təqdim edib - FOTO
28 Noyabr 2019 Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır! - Əli Həsənovun yazısı
25 Noyabr 2019 "Müstəqil Azərbaycanda böyümüş gənclər komandası var" - Mehriban Əliyeva
22 Noyabr 2019 Ədliyyə Nazirliyi: "Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"
19 Noyabr 2019 Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı - Türkiyə mətbuatı
18 Noyabr 2019 Aİ rəsmisi: "Şərq Tərəfdaşlığına dair yeni təkliflər irəli sürüləcək"
14 Noyabr 2019 Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi
13 Noyabr 2019 Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib
12 Noyabr 2019 Milli Məclisdə 8 deputat yeri boşdur
08 Noyabr 2019 Bayrağımız - milli qürur mənbəyimiz - Əli Həsənov yazır
06 Noyabr 2019 “Əli İnsanov insanları işdən qovurdu, “qanun mənəm” deyirdi” - Siyavuş Novruzov
05 Noyabr 2019 Rəcəb Tayyib Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
04 Noyabr 2019 ABŞ Azərbaycanın güc strukturlarına “5” qiyməti verdi
01 Noyabr 2019 Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı
30 Oktyabr 2019 İslahatlara qarşı çıxanlar cəzalandırılacaq - Əli Həsənov
29 Oktyabr 2019 Rəsmi Bakı David Tonoyanı “xəstə” adlandırdı
28 Oktyabr 2019 Prezidentdən yeni - SƏRƏNCAM