ghgjhhj.jpg

Tanınmış jurnalist Nicat Dağların bloqunda "Dövlətə düşmən kəsilmək və müxalifətçiliyin yeni “standartları”" başlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:

Hakimiyyətə qarşı mübarizə aparmaq, siyasi müxalifətdə dayanıb iqtidarı dəyişməyi hədəfləmək, heç də o demək deyil ki, prosesi mütləq mənada dövlətin dayaqlarını sarsıtmağa xidmət edən davaranışlarla müşayət etdirməlisən…

Müxalifətçilik dövlətə və xalqa xəyanət anlamı kəsb etmir! Müxalifətçiliyin heç vaxt ağzına gələni danışmaq, hakimiyyətdə olanları təhqir etmək, hər şeyi qara rəngdə görmək, milli maraqları şəxsi maraqlara qurban vermək kimi “konsepsiyası” olmayıb – yoxdur və olmayacaq! Amma təəssüf ki, bizim ölkəmizdə hakimiyyət uğrunda mübarizənin yeni “standartlarını” müəyyənləşdirməyə həvəslənənlər var. Ciddi cəhdlə çalışırlar ki, müxalifətçiliyin normativlərinə dövlətə və milli maraqlara xəyanət elementləri də əlavə olunsun…

Demokratiya – qət olunan məsafə…

“Demokratiya, vətəndaşın şəxsiyyət vəsiqəsi təqdim etmədən qət edə bildiyi məsafə ilə ölçülür” – Bu fikrin müəllifini xatırlamıram, demokratiya ilə bağlı hansısa kitabda oxumuşdum. Diqqətçəkən yanaşmadır. Sərbəstliyin səviyyəsi kontekstini əhatə edir. Bu xüsusda Azərbaycandakı vəziyyəti təhlil etsək, görərik ki, burada istənilən şəxsin heysiyyatına toxunmaqdan başlayaraq istinad nöqtəsi olmayan xəbər yaymağa, ciddi sübutlar olmadan ağır ittihamlar dilə gətirməyə, toyuq oğrusunu və ya dövlətə xəyanət yolunu tutmuş adamı “siyasi məhbus” kimi sırımağa qədər uzun bir məsafə qət etmək mümkündür – şəxsiyyəti təsdiq edən sənədə-filana ehtiyac yoxdur. Məsələn, biri sosial şəbəkələrdə “Dümbələk” adında profil yaradır və başlayır istədiyi adamın ünvanına təhqirlər yağdırmağa. Bununla yanaşı, təxribatçı paylaşımlar edir, cəmiyyətdə gərginlik yaratmağa xidmət edən çağırışlar yayır, heç bir əsası olmayan, mənbəsi bilinməyən, havadan götürülmüş xəbərlərə söykənib, “ay camaat, başqa yolumuz yoxdur, çıxın küçələrə” şəklində şivən qoparır. Dədəsi-nənəsi, gerçək kimliyi də, dediyim kimi, bilinmir. Bax elə bu da, bir fərdin şəxsiyyəti təsdiq edən sənəd təqdim etmədən klaviaturadan və ya Youtube videosundan başlayaraq başqa bir şəxsin ləyaqətinə toxunmağa, eləcə də ölkədə çaxnaşma yaratmaq hədəfinə hesablanmış çağırşlar etməyə qədər qət etdiyi uzun məsafənin göstəricisidir…

Boş iddialar, uydurulan nağıllar…

Bu sırada daha böyük məsafədə hərəkət sərbəstliyinə isə şübhəsiz ki, Əli Kərimli malikdir. Adam xəyanətkarı, dövləti cinayətlərdə əli olanları da mələk şəklində təqdim edib, boş iddialara, cəzadan qurtulmaq üçün uydurulan nağıllara əsaslanan bəyanatlar, çağırışlar yayır. Sosial şəbəkələrdə yayılan istənilən qondarma material onun üçün mitinqə çağırış bəhanəsidir. Ən adi məişət probleminə dair kiminsə Facebook-da paylaşdığı statusu belə az qala  “ölkənin faciəsi” kimi qələmə verir, məsuliyyətini dərk etməyən iki-üç avaranın çəkib yaydığı videolar ətrafında hay-həşir qoparır. Axı müxalifət partiyasının sədri olmaq o demək deyil ki, bütün gününü sosial şəbəkələrdə keçirməli, kanalizasiya xəttindəki sızma hallarından bəhs edən paylaşımları da mitinqə çağırış üçün istifadə etməlisən. Sanki mərəzə çevrilib –  hər gün ittiham etməli, hər gün Facebookda nəsə tapıb “həngamə” qoparmalıdır… Yeri gəlmişkən, bu xəstəlik Aslan İsmayılovda da var. Prezidentin köməkçisi Əli Həsənovdan hər gün nəsə paylaşmasa, ürəyi dayanarmış kimi görünür…

Düşmənçilik elementləri

Belə görünür ki, Əli Kərimli və ətrafında olanlar üçün vətən, dövlət, dövlətin maraqları, milli təəsübkeşlik kimi anlayışların artıq heç bir dəyəri qalmayıb. Belə olmasaydı millətin qanını içməyə hazır olan separatçıların paylaşımlarına, dövlətə xəyanət yolunu tutduğuna görə mühakimə olunanların uydurmalarına “könül” verməzdilər…

Əməllərində və davranışlarında siyasi mübarizə adına heç nə qalmayıb. Atdıqları addımlarda düşmənçilik elementləri boy verir. Bu adamlar özlərini o qədər itiriblər ki, hətta məşhur portuqaliyalı futbolçu Rolnaldonu “Azərbaycanlı məmurun oğlu” kimi təqdim edirlər. Amma qətiyyən görməzsən ki, ölkədəki hansısa yaxşı hadisə barədə paylaşım edib, dövlət və xalq üçün əhəmiyyətli proseslərə dəstək versinlər. Bunların düşünçəsində siyasi mübarizə tamam alayı nəsnələr üzərindən aparılmalıdır.

Yaxşını “görməmək” vacibatı

Müşahidə olunan odur ki, yaxşını “görməmək”, ən xırda məsələni şişirdib hakimiyyətə qarşı istifadə etmək, aranı qarışdırmaq üçün dövlətin düşmənlərilə də əməkdaşlığa getmək Əli bəyin dəstəsində olanların vacibatına çevrilib. Bu dəstənin adamları hansısa sosial problemi, onun həll olunması, aradan qaldırılması üçün qabartmırlar. Hansısa vətəndaşın üzləşdiyi çətinliklər də onlar üçün əhəmiyyət kəsb eləmir. İnsanların ağır dərdindən də yararlanıb çirkin oyunlar qurur və bunu “mübarizə” predmetinə çevirəcək qədər qanacaqsızlıq edirlər… Bir problemdən bəhs edirlərsə, bunun arxasında mütləq ölkədə narazılıq mühiti yaratmaq, cəmiyyəti çaşdırmaq, vətəndaşları qarşıdurmalara meyilləndirmək marağı dayanır. Bunun adı isə heç bir halda siyasi mübarizə deyil!

Belə müxalifətçilik olmur!

 

19 Sentyabr 2019 Donald Tramp ABŞ kəşfiyyatını hiddətləndirən hərəkət edib
18 Sentyabr 2019 Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
17 Sentyabr 2019 "Tərbiyəsi olmayanlar virtual müxalifətin “siyasi qəhrəmanları”na çevrilib" - Əli Əhmədov
16 Sentyabr 2019 lham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyini nümayəndə heyətini qəbul edib
13 Sentyabr 2019 Hakim partiya bələdiyyə seçkilərinə hazırlığa start verdi
12 Sentyabr 2019 Əli Həsənov: “Bütün sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir”
11 Sentyabr 2019 Əli Əhmədov: "Hakimiyyət iddiasında olan partiyalar xalqın marağından çıxış etməlidir"
10 Sentyabr 2019 Putin Əsəddən borcunu ödəməyi tələb edib?- Açıqlama
09 Sentyabr 2019 "Azərbaycan iqtidarı öz siyasi rəqiblərini düşmən hesab etmir" - Əli Həsənov
06 Sentyabr 2019 İlham Əliyev: Risk və təhdidlərlə mübarizədə xüsusi xidmət orqanları müstəsna rol oynayır
04 Sentyabr 2019 Vüqar Səfərli: İkinci binada yaşayan jurnalistlərə yaxın müddətdə “kupça”lar veriləcək
03 Sentyabr 2019 Siyavuş Novruzov: "İlham Əliyevin səhhətində heç bir problem yoxdur"
02 Sentyabr 2019 İordaniya mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı - FOTO
30 Avqust 2019 Ərdoğanın bu mesajı Rusiyanı narahat etdi
29 Avqust 2019 Bakı dünyanın ən təhlükəsiz 50 şəhərindən biridir - REYTİNQ
28 Avqust 2019 "Hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməlidir" - Əli Həsənov
27 Avqust 2019 Türkiyə prezidenti Rusiyada səfərdədir
23 Avqust 2019 Azərbaycan qondarma DQR-in hesabatı ilə bağlı BMT-də məktub yaymağa hazırlaşır
22 Avqust 2019 Əli Həsənov: "Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi"
21 Avqust 2019 "Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm"- Allahşükür Paşazadə