b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_xfdgfhgjhgjh.jpg

Ermənistan baş nazirinin “Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi formatın dəyişdirilməsi deyil, bərpa ediməsidir” mülahizəsinin izahına ehtiyac duyulur. Belə ki, onu əsaslandıran hər hansı sənəd və qərarlar mövcud deyil.

 Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin şərhində deyilir:

“Bu xüsusda, danışıqlar prosesinin formatının dəyişilməz olduğunu birmənalı şəkildə  əks etdirən Minsk Qrupu həmsədrlərinin son bəyanatını bir daha vurğulamaq istərdik. Oxşar bəyanatla Avropa İttifaqının yüksək vəzifəli şəxsləri də çıxış etmişlər. Beynəlxalq ictimaiyyətin bu mövqeyi Ermənistan üçün ciddi siqnaldır, həmçinin Azərbaycanın əsaslı mövqeyinə dəstəyi nümayiş etdirir. Bununla belə, danışıqlar prosesinin reallıqlarını izah etmək üçün aşağıdakı məsələlərə yer ayırmağa ehtiyac var.

Birincisi, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləmiş və erməni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Bu qətnamələr münaqişənin nizama salınmasının hüquqi əsasını təşkil edir.
 
İkinci, ATƏT-in 1992-ci il 24 mart tarixində Helsinkidə Nazirlər Şurasının Əlavə Görüşünün gəldiyi nəticələrə nəzər salaq. Məlum olduğu kimi, bu sənəddə ATƏT-in Fəaliyyətdə olan Sədrinə Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həlli üzrə Minsk şəhərində sülh konfransının çağırılması tapşırılır və bu xüsusda sənəddə qeyd edilir: “Konfransda iştirak edən ölkələrlə məsləhətləşmələrdən sonra Dağlıq Qarabağın seçkili və digər nümayəndələri maraqlı tərəf qismində sədr tərəfindən Konfransa dəvət oluna bilər”. 

Şərhdə vurğulanır ki, burada əks olunan Dağlıq Qarabağın seçkili və digər nümayəndələri, məhz ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki, erməni və azərbaycanlı icmasını nəzərdə tutur və sənəddə icmalar maraqlı tərəflər qismində qeyd olunur:

“Xatırladırıq ki, ATƏT-in Minsk Qrupunun həmsədlərinin son bəyanatında da hər iki icmaya məhz maraqlı tərəf qismində istinad edilir. Maraqlı tərəflərin Minsk Konfransına çağırılması məsələsinə gəldikdə isə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarıldıqdan sonra çağırılacaq sülh konfransına maraqlı tərəflər qismində ölkəmizin Dağlıq Qarabağ bölgəsinin hər iki icmasının dəvət olunmasına, əlbəttə müvafiq razılaşmadan sonra baxıla bilər.

Üçüncü, 1994-cü il ATƏT-in Budapeşt qərarından dəqiq sitat gətiririk: “Münaqişənin davam etməsini və onun əhatə etdiyi insan fəlakətini pisləyərək, iştirakçı dövlətlər Rusiya Federasiyasının ATƏM-in Minsk Qrupu ilə əməkdaşlığı çərçivəsində vasitəçiliyi ilə münaqişə tərəflərinin 1994-cü ilin 12 may tarixli atəşkəs razılaşmasını təsdiq etməsini alqışladılar. Onlar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq olduqlarını təsdiq etdilər və Təhlükəsizlik Şurasının ATƏM-in münaqişənin sülh yolu ilə həllinə yönələn səylərinə göstərdiyi siyasi dəstəyi alqışladılar”. Sammitin qərarında istinad edilən 1994-cü ilin 12 may tarixində əldə edilmiş atəşkəs razılaşması, ATƏT-in yuxarıda qeyd olunmuş 1992-ci il 24 mart tarixli Helsinki Nazirlər Şurasının qərarına uyğun olaraq münaqişənin tərəfləri qismində Azərbaycan və Ermənistan tərəfindən, eləcə də münaqişənin tənzimləbnəsində “maraqlı tərəflər” qismində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının rəhbərləri tərəfindən təsdiqlənib. Beləliklə də bu qərarda hər hansı bir şəkildə Dağlıq Qarabağa ayrıca tərəf kimi istinad edilmir. Üstəlik, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə dəstək ifadə olunur. Həmçinin, atəşkəsin əldə olunması ilə bağlı razılıqdan danışarkən  razılaşmanın xüsusi əlavəsi kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması barədə vaxt cədvəli hazırlandığını erməni tərəfinə xatırlatmaq istərdik. Bu cədvələ uyğun olaraq işğalçı Ermənistan qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalı idi.

Xatırladırıq ki, vaxtı ilə hələ 1992-ci ildə Ermənistanın bəzi əsassız iddialarının sülh prosesinə ciddi əngəl törətdiyini diqqətə alaraq, Minsk Qrupunun sədri tərəfindən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının bərabərhüquqluluğuna dair açıqlama verilmişdi: “İtaliya sədrliyi Ermənistanın 24 mart mandatının Dağlıq Qarabağ ermənilərinə azərbaycan tərəfinə münasibətdə formal üstünlük  verməsi, hətta onları “seçilmiş nümayəndələr” adlandırılması ilə bağlı Minsk Qrupunun digər üzvləri arasında hər hansı konsensus əldə edə bilmədi” (ATƏM Kommunikasiya sənədi Noş 279, Praqa, 15 sentyabr 1992). Göründüyü kimi, bu məsələyə hələ 1992-ci ildə, yəni Minsk Qrupunun formalaşdığı ilkin mərhələdə aydınlıq gətirilərək, Dağlıq Qarabağn hər iki icmasının bərabərhüquqlu olduğu  bəyan edilmişdir.

Nəhayət, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Çiraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul etdiyi qərar Ermənistanın öz məsuliyyətini davamlı şəkildə inkarına son qoyaraq təsbit etdi ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi hesabına mövcuddur və Ermənistan bu ərazilər üzərində effektiv nəzarəti həyata keçirir.

Münaqişənin həlli üzrə danışıqların irəliləməsi səylərini heçə endirən bu kimi əsassız iddiaların axtarılmasına sərf edilən vaxt, sülh prosesinin uğuru və bölgənin dayanıqlı inkişafına xələl gətirir. Ermənistan rəhbərliyinin vaxtını nəyə sərf etməkdə maraqlı olduğunu nümayiş etdirməsinin tam məqamıdır”.

25 Aprel 2019 “Yayılan fotoşəkillər 2011-ci ildə çəkilib” – Qoruq idarəsindən bəyanat
25 Aprel 2019 Afəti Rusiyada pul yağışına tutdular - VİDEO
25 Aprel 2019 Türk sürücüdən azərbaycanlı qadın turistə böyük jest - 40 km məsafəni geri dönüb... - VİDEO
24 Aprel 2019 Əli Kərimli və dəstəsi terrorçuları niyə dəstəkləyir? – Ölkəmizə qarşı yeni hücum planı
24 Aprel 2019 Qaz limitinin ləğvi mümkündür? - İqtisadçıdan açıqlama
24 Aprel 2019 İlham Əliyev Çində - FOTO
23 Aprel 2019 Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 2019 Azərbaycanda son 30 ilin ən soyuq apreli - SƏBƏB AÇIQLANDI
23 Aprel 2019 Sürücülük vəsiqələri ilə bağlı - MÜHÜM YENİLİK
23 Aprel 2019 Ukrayna prezidenti Zelenski Bakıda belə yıxıldı - VİDEO
22 Aprel 2019 8 yaşlı idmançımız finalda ermənini məğlub etdi
22 Aprel 2019 Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı
21 Aprel 2019 Bakıda ana qızını evdə oğlanla tutdu, aləm bir-birinə dəydi - VİDEO
19 Aprel 2019 Əməkdar artist xalq artisti Səməd Səmədovu “yıxıb-sürüdü” - VİDEO
19 Aprel 2019 17 yaşlı Yasin 56 min dollar təqaüd alacaq - Hamı bu azərbaycanlıdan danışır
19 Aprel 2019 Yevlaxda QƏRİBƏ hadisə: Sıçan kişini dodağından dişləyib
19 Aprel 2019 Namiq Qaraçuxurlunun səhhəti pisləşdi: əməliyyat olunacaq
19 Aprel 2019 Nöqsanlara yol verən icra hakimiyyətləri - SİYAHI
19 Aprel 2019 Əkrəm İmamoğlunun qolundakı saatın qiyməti təəccübləndirdi - VİDEO
18 Aprel 2019 Fuad Qəhrəmanlının qızına hücum edən şəxs saxlanıldı