b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_svffhfh.jpg
"Keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir. Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var”.
 
Missiya.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində əksini tapıb.
 
Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını vurğulayıb: "Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır”.
 
Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq: "Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın. Biz bununla bərabər, əlbəttə ki, öz hərbi gücümüzü artırırıq. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirib. Bu il və bundan sonrakı illərdə biz ordu quruculuğu üçün nə lazımsa onu da edəcəyik. Bizim hərbi hissələrimizin demək olar ki, mütləq əksəriyyəti yenidən qurulub.
 
Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz gündən-günə artır. Bu gün Novruz bayramını, o cümlədən Cocuq Mərcanlıda qeyd edirlər. Cocuq Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayıtması bizim tarixi nailiyyətimizdir. Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının əyilməz ruhunun təzahürüdür”.
16 İyul 2019 Şəki Xan Sarayındakı qəzada ölən müəllimə - FOTO
16 İyul 2019 Bakı metrosunda siqaret çəkən şəxs saxlanıldı - VİDEO
16 İyul 2019 Sabirabad bazarındakı dəhşətli yanğının təfərrüatı
15 İyul 2019 Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
15 İyul 2019 “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” - VİDEO
14 İyul 2019 Budağı qırılan Xan çinarın tarixi - Gövdəsi 7.3, hündürlüyü 34 metr...
12 İyul 2019 "Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda intibah mərhələsi başladı" - Ramin Əhmədov
12 İyul 2019 Masallıda baş verən dəhşətli qəzanın tükürpərdici məqamları - VİDEO
11 İyul 2019 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
11 İyul 2019 Prezident Rəsulzadənin nəvəsini təltif etdi
10 İyul 2019 Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı olub - VİDEO
10 İyul 2019 İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü
10 İyul 2019 “Pişik sıçanla oynayır və hər an udmağa hazırdır” - Saakaşvili
10 İyul 2019 Mərkəzi Gömrük Hospitalının əməkdaşları Türkiyədə təkmilləşdirmə kursu keçir
09 İyul 2019 Rusiyadan Gürcüstana qarşı sanksiya qərarı
09 İyul 2019 8 nəfərin öldüyü qəzadan sağ çıxan sürücü danışdı - VİDEO
09 İyul 2019 Vüqar Zifəroğlunun "Sirr"i
09 İyul 2019 Leyla Əliyeva “Bizim həyət” layihəsi çərçivəsində növbəti açılışı etdi - FOTO
08 İyul 2019 FHN çimərliklərlə bağlı ƏHALİYƏ MÜRACİƏT ETDİ - XƏBƏRDARLIQ
08 İyul 2019 Sürücü səhlənkarlığı: ara məsafəsi saxlamamağın aqibəti - VİDEO