b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vbvbvvb.jpg
Prezident İlham Əliyevin əfv sərəncamı ilə ötən gün azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanovun verdiyi ilk açıqlama cəmiyyətdə birmənalı qarşılanmayıb.

Millət vəkili Aydın Mirzəzadə Missiya.Az-a açıqlamasında Əli İnsanovun həbsdən çıxan kimi səsləndirdiyi fikirlərə münasibət bildirib. Millət vəkili deyib ki, kimin nə deyəcəyi və hansı fikiri bildirəcəyi onun öz seçimidir: “Azərbaycan demokratik ölkədir və hər kəsin sərbəst fikir bildirmək hüququ var. Bu baxımdan, onun fikirini, sadəcə bir nəfərin dedikləri kimi qəbul edirəm. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, o, 14 ildir təcrid vəziyyətindədir. İndiki Azərbaycan haqqında onun təsəvvürü yoxdur. Onun söylədiklərinin müəyyən dövrdən sonra elə özü üçün də heç bir əhəmiyyət daşımayacağının şahidi olacağıq. 

Aydın Mirzəzadə prezident İlham Əliyevin keçmiş nazirə həyatda özünü tapması üçün şans verdiyini deyib: “Hesab edirəm ki, ölkə prezidenti Əli İnsanovu əfv etməklə ona həyatda özünü tapması üçün şans verdi. Onun bu şansdan nə dərəcədə istifadə edə biləcəyi isə öz seçimidir”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_7BDA3E58-8553-4BDE-B98D-D0248293F3E5.jpe.jpeg

Qeyd edək ki, Əli İnsanov 14 il sonra azadlığa çıxıb. Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub.  

Elvin Məmmədov
Missiya.Az
19 İyun 2019 Əli Həsənov: "Sivilizasiyalar arasında dialoq dövlətin yürütdüyü ali siyasi kursdur"
18 İyun 2019 Zakir Həsənov: "Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir"
14 İyun 2019 Əli Əhmədov: "Bütün nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir"
12 İyun 2019 Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
11 İyun 2019 Paşinyandan Qarabağla bağlı senasion addım: ermənilər Bakıya üz tutur?
10 İyun 2019 Azərbaycan XİN cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib
03 İyun 2019 Vanqadan PROQNOZLAR: Avropa müsəlmanların əlinə keçəcək, yeni din yaranacaq və...
31 May 2019 Deputat Azərbaycan ordusuna çağırış etdi: “Paşinyanı snayperlə vurun!”
30 May 2019 Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB - Prezident kürəkənindən SENSASİON SÖZLƏR
29 May 2019 "Futbol siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir" - Hikmət Hacıyev
24 May 2019 Azərbaycan ABŞ vətəndaşını bağışladı
22 May 2019 Kürdəxanı sakini: "Mehriban xanımın evimizə qonaq olması ən böyük hədiyyədir"
16 May 2019 “Onları zibil kimi kənara atacaqlar” – “Orduxan biabırçılığı” və Azərbaycanın uğuru
13 May 2019 XİN Mnatsakanyana cavab verdi
10 May 2019 Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? - AÇIQLAMA
08 May 2019 Gürcüstanla sərhəd qalmaqalı səngimir - Cavabımız necə olmalıdır?
07 May 2019 Əli Həsənov AzTV və İTV-nin türkdilli ölkələrdə yayımına icazə verilməsini təklif edib
06 May 2019 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
29 Aprel 2019 "Nyu-York Tayms"dan TÜKÜRPƏDƏN ANALİZ: İran-ABŞ müharibəsinə 18 ay qaldı
24 Aprel 2019 Şri-Lanka teraktlarının DƏHŞƏTLİ PƏRDƏARXASI - Növbəti hədəf BU ÖLKƏDİR