b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_xxddfdsss.jpg
Aprel hərbi uğurunun ildönümü, yaxınlaşan seçim anı; havaların istiləşməsi ilə "hərb, yoxsa sülh” dilemmasının "donu” açılır; Kremlin danışmanı: "Konfliktlə bağlı qərar qəbul eləmək zamanı çatıb...”
 
"Paşinyan indi sanki iki divar arasındadır. Bir yandan, daxili siyasətdəki ultra-millətçilikdən, - harada ki, Dağlıq Qarabağ məsələsi, Qarabağın statusu müzakirə edilmir, - istənilən kənara çıxma həmişə qəliz olub. Ermənistanda Qarabağ mövzusu ətrafında millətçi ritorika hakimiyyətdə qarabağlıların olması səbəbi ilə daim mühüm alət rolu oynayıb. Heç kim də məsələni daha ölçülü-biçil təqdim edə bilməyib”.
 
"Yeni Müsavat” xəbər verir ki, bu sözləri "Moskva-Baku” portalına Beynəlxalq Avrasiya Hərəkatının lideri, tanınmış politoloq, Kremlin danışmanlarından sayılan Aleksandr Duqin Dağlıq Qarabağa dair sülh danışıqları ətrafında son durumu şərh edərkən bildirib. 
 
Onun sözlərinə görə, müasir Ermənistanda baş nazir Nikol Paşinyan bu məqamı ciddiyə almaya bilməz. "Onun hakimiyyətdə qalması xeyli dərəcədə ölkədəki populist millətçi ovqatdan asılı olacaq. Başqa yandan, geosiyasətdə ölkələrin daxili faktorlarını ən az nəzərə alırlar və bu faktorlar dominant olmur”, - deyə o qeyd edib.
 
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Nikol Paşinyanı pərt edən son bəyanatına toxunan Duqin deyib: "Həmsədrlər bəyan elədilər ki, Azərbaycan və Ermənistan rəhbərləri görüşə razılıq veriblər. Beləcə, Paşinyan heç bir ön şərt olmadan ikitərəfli formatda danışıqlara gedir. Bu da Qarabağ prosesində yaxşı dönüşdən xəbər verir. Mənim fikrimcə, Nikol Paşinyanı şeytanlaşdırmaq lazım deyil və onun sözünə yox, əməlinə fikir vermək lazımdır. Əgər o, həqiqətən də Azərbaycan prezidenti ilə görüşə razılıq veribsə, bu, o anlama gələcək ki, gerçəkdən də özünün ritorikasına rəğmən, problemin rasional həllinə doğru irəliləyir və ”Yol xəritəsi"n müzakirə eləməyə hazırdır. Bu, ümumiyyətlə, çox şeydən xəbər verir. Əgər o, danışıqlar prosesində məsul rəhbər kimi ölkəsi üçün fundamental geosiyasi proseslərdə rasional yanaşma ilə çıxış eləməsə, qəti olaraq populist nəzər-nöqtəsinə tapınsa və yerli millətçi ruhlu əhalinin istəyini təmin eləmək yolu tutsa, o zaman hakimiyyəti, sadəcə, itirəcək. Geosiyasi nöqteyi-nəzərincə, bu konfliktlə bağlı qərar qəbul eləmək zamanı çatıb".
 
Rusiyalı politoloqa görə, danışıqlara gəlməklə, Paşinyan rasional siyasətçi sifətini göstərmiş olacaq: "Rusiya üçün münaqişə tərəflərinin bir-biri ilə haqq-hesab çəkməsi yox, sülh əldə eləməsi vacibdir. Əgər Paşinyan rasional, məsuliyyətli mövqe sərgiləsə, o zaman bunu alqışlamaq, dəstəkləmək lazımdır. Azərbaycan və Ermənistan liderlərinin ictimai səviyyədə də, konstruktiv, pozitiv məcrada görüşünü hər vəchlə dəstəkləmək və hazırlamaq gərəkdir. Azərbaycan və erməni xalqlarına anlatmaq lazımdır ki, sülh mümkündür. Bəli, şərtlər çox qəlizdir, çox çətin situasiyadır, axı bu, ən mürəkkəb geosiyasi konfliktlərdən biridir, amma sülh mümkündür. Rusiyanın hələ Sərkisyan dönəmində irəli sürdüyü planın - 5 rayonun qaytarılması - istiqamətində hərəkət eləmək lazımdır. Görünür, özlərinin son bəyanatında Helsinki Yekun Aktından danışan  MQ həmsədrləri də buna amid edirlər. Bunu insanlara izah eləmək, mövcud situasiyada nə dərəcədə mühüm olduğunu göstərmək lazımdır. Bu plan qarşıdakı görüşdə müzakirə olunmağa bilməz. Paşinyan artıq hakimiyyətdə möhkəmlənib və Rusiya ona xatırladır ki, onun sələfləri ilə konkret anlaşmalar var idi, Moskva Qarabağ probleminin həllində irəliləyiş tələb edir”.
 
Aleksandr Duqin sonda bildirib: "Moskva Azərbaycan və Ermənistanın, qardaş xalqların maraqları naminə hərəkət edir. Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanmanı konkret pozitiv axarda irəli aparmağın zamanı yaxınlaşıb”.
 
*****
Amma Rusiya cəmi bir həftə öncə Kremlin rüsxəti ilə yaradıldığı doğurmayan və rəhbəri Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulinin olduğu "Lazrev klubu”nun Moskva iclasına Qarabağdakı separatçı rejimin nümayəndəsini dəvət eləmişdi. "Dqr”in "iqtisadi inkişaf və infrastruktur naziri” Levon Qriqoryan orada çıxış da elədi və Azərbaycana qarşı hədyanlar səsləndirdi.   
 
Bu xüsusda Rusiyanın Dağlıq Qarabağ ixtilafının həllində səmimi şəkildə maraqlı olduğunu söyləmək çətindir. Duqinin yalnız bu fikri ilə razılaşmaq olar ki, konfliktin həllində həqiqətən konkret "Yol xəritəsi”ni əsas götürüb irəliləyişə nail olmağın zamanı çatıb. Bunu indi həm də havaların istiləşməsi ilə "Hərb, yoxsa sülh” dilemmasının "donu”nun tədricən açılması diktə edir. Nədən ki, yaz-yay mövsümü hərb əməliyyatlar üçün ən əlverişli dövrü sayılır.
 
Azərbaycanın 2016-cı il aprel uğurlu hərbi kampaniyası da bu dönəmə təsadüf edib. Əfsuslar olsun ki, o vaxt Moskva məlum səbəbdən ordumuza daha böyük əraziləri azad eləməkdə əngəl oldu. Bu dəfə vəziyyət dəyişə, Qarabağın azadlığına hesablanmış və yarımçıq qalmış "Yol xəritəsi” davam etdirilə bilər...
 
*****

Yeri gəlmişkən, Azərbaycan ordusu ərazilərimizi güc yolu ilə azad eləmək üçün özünün hərbi və döyüş qabiliyyətini durmadan artırır. Belə ki, martın 11-də başlayan və hazırda davam edən 5 günlük genişmiqyaslı hərbi təlimlərin gedişində yeni alınan silah-sistemlərdən "Polonez” yaylım atəşli reaktiv sistemləri dünən uğurla sınaqdan keçirilib.
 
Belarusdan tədarük edilən həmin sistemlər ermənilərin çox öyündüyü "İsgəndər M” sistemlərinin analoqu sayılır. Bu üzdən KRTM üzvləri olan Belarus və Ermənistan arasında həmin silahlara görə yaranan qalmaqal hələ də davam edir. Ancaq bu, bizim problem deyil. Bizim problem məlum. 4 günlük uğurlu aprel kampaniyasının yaxınlaşan 3-cü ildönümü bu xüsusda yeni dönüş nöqtəsi ola bilər...         
 
17 May 2019 Azərbaycana vizanın qiyməti müəyyənləşdi - 350 dollar
16 May 2019 “Onları zibil kimi kənara atacaqlar” – “Orduxan biabırçılığı” və Azərbaycanın uğuru
15 May 2019 Ordumuz təlimə başlayır: 10 min şəxsi heyət, 150 tank, 35 təyyarə
13 May 2019 XİN Mnatsakanyana cavab verdi
10 May 2019 Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? - AÇIQLAMA
08 May 2019 Gürcüstanla sərhəd qalmaqalı səngimir - Cavabımız necə olmalıdır?
07 May 2019 Əli Həsənov AzTV və İTV-nin türkdilli ölkələrdə yayımına icazə verilməsini təklif edib
06 May 2019 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
29 Aprel 2019 "Nyu-York Tayms"dan TÜKÜRPƏDƏN ANALİZ: İran-ABŞ müharibəsinə 18 ay qaldı
24 Aprel 2019 Şri-Lanka teraktlarının DƏHŞƏTLİ PƏRDƏARXASI - Növbəti hədəf BU ÖLKƏDİR
23 Aprel 2019 İlham Əliyev: "Vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıb"
22 Aprel 2019 ABŞ hökumətindən İrana hücum barədə xəbərlərə reaksiya
19 Aprel 2019 Dövlətə düşmən kəsilmək və müxalifətçiliyin yeni “standartları”
18 Aprel 2019 Prezident əhaliyə ŞAD XƏBƏR verdi - Maaş və pensiyalar artacaq
17 Aprel 2019 Ramiz Rzayev məhkəmə hakimlərinə xəbərdarlıq etdi
16 Aprel 2019 PA nümayəndəsi: “Ölkəmizdə heç bir dinə digərindən çox üstünlük verilmir”
11 Aprel 2019 Paşinyan Tonoyanın müharibə bəyanatından danışdı
09 Aprel 2019 Respondentlərin 85.1 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU
08 Aprel 2019 Müdafiə Nazirliyi: Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır
28 Mart 2019 Nazir: Prezident təqaüdləri 100 faiz artırılıb