b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ffffgffh.jpg
Tanınmış jurnalist Nicat Dağların bloqunda "Kür daşqını, Şimal-qərb zəlzələsi və Şamaxı fəlakəti – İlham Əliyevin reaksiyası – Nə dəyişib?" başlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:

“Mütləq burada, yanınızda olmalı idim ki, ilk növbədə, sizə öz dəstəyimi göstərim, digər tərəfdən, vəziyyətlə tanış olum. Dağıntılar var, xoşbəxtlikdən insan ölümü olmayıb. Onu da bildirməliyəm ki, bütün qəzalı evlər qısa müddət ərzində ya bərpa ediləcək, ya da yenidən tikiləcək. Müvafiq Sərəncam imzalanacaq, Prezidentin ehtiyat fondundan vəsait ayrılacaq”.

Prezident İlham Əliyevin Şamaxıda baş vermiş zəlzələdən zərər çəkmiş vətəndaşlarla görüşündən foto. 2019-cu il

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_rrrrrrrrrrrrrrrrrr.jpg

Bunu Prezident İlham Əliyev bu il fevral ayının 5-6- da Şamaxı şəhərində baş vermiş zəlzələdən zərər çəkmiş yerli sakinlərlə görüşü zamanı deyib. Dövlət başçısının bu sözləri 9 il əvvəl – 2010-cu  ilin may ayının 11-də Sabirabad sakinləri ilə görüşünü, daha doğrusu orada dediklərini xatırladır.  Bu, o adamlar idi ki, Kür daşqınlarından zərər çəkərək müvəqqəti olaraq Şirvan şəhərində salınmış çadır düşərgəsində məskunlaşmışdılar.  Prezidentin Şamaxı sakinləri ilə isti söhbəti, doğma münasibəti əks etdirən davranışları onun vətəndaşa, xalqa xidmət xüsusunda 15 il əvvəl elan etdiyi siyasətin dəyişməz olaraq qaldığını göstərirdi.  Dövlət başçısının 2010-cu ildə Kür daşqınlarından zərər çəkmiş insanlarla söhbəti zamanı dediklərinə diqqət edək: “Narahat olmayın, sizə hər cür kömək göstəriləcəkdir. Sizin üçün burada hər cür şərait yaradılmışdır. Hər birinizə, hamınıza kömək ediləcəkdir. Bir adam da köməksiz qalmayacaqdır. Sizi burada müvəqqəti məskunlaşmısız. Tapşırıq vermişəm ki, sizə yaxşı baxsınlar, yeməklə təmin etsinlər, tibbi xidmət göstərsinlər. Sizin dağılmış evləriniz bərpa ediləcəkdir. Yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirmişəm və bu gün də gəlmişəm ki, görüm vəziyyət necədir. Narahat olmayın, bütün evlər bərpa olunacaq, sizə kompensasiya ödəniləcəkdir”.

Prezident ilham Əliyevin Kür daşqınlarından zərər çəkmiş vətəndanşlarla görüşündən fotolar. 2010-cu il

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_kur-dashqini-6-1.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_kur-dashqini-8-1.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_kur-dashqini-5-1.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_kur-dashqini-4-1.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_kur-dashqini-3-1.jpg

9 il ötüb, Prezidentin xalqına münasibəti, vətəndaşın probleminə yanaşma qaydaları dəyişməyib. – Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik.

Dövlət başçısının 2012-ci ilin may ayında şimal-qərb bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş sakinlərlə görüşünü də xatırlayırsınızmı? Onda da Prezident fəlakət zonasına şəxsən baş çəkib vəziyyətlə yerində tanış olaraq, eynilə Şamaxıda olduğu kimi vətəndaşın probleminə xüsusi həssaslıqla yanaşmışdı.

Prezidentin 7 il əvvəlki çıxışından: “Təbii fəlakət baş verib. Gərək hələlik müvəqqəti olaraq bu çadırlarda qalasınız. Amma tezliklə bütün evlər bərpa ediləcəkdir. Göstərişlər verilib, vəsait ayrılıb. Görəcəksiniz, qısa müddət ərzində bundan da yaxşı evlər tikiləcəkdir. Məktəblər, sosial obyektlər dağılıb. Onlar da bərpa ediləcəkdir. İndi ərzaq təchizatı, tibbi xidmət vacib məsələlərdir. Göstəriş vermişəm, bu məsələlərə də baxılacaqdır. Yəni, biz bu məsələlərə hərtərəfli yanaşırıq. Elə etməliyik ki, insanlar əziyyət çəkməsinlər”.

7 il ötüb, Prezidentin xalqına münasibəti, vətəndaşın probleminə yanaşma qaydaları dəyişməyib. – Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik.

Prezident İlham Əliyevin şimal-qərb bölgəsində baş vermiş zəlzələdən zərər çəkmiş sakinlərlə görüşündən fotolar. 2012-ci il

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_zelzele-zaqatala-2.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_zelzele-zaqatala_1.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_zelzele-zaqatala-1.jpg

Prezident İlham Əliyevin bu il fevralın 7-də Şamaxı sakinləri ilə görüşü zamanı dedikləri istər-istəməz onun illər əvvəlki çıxışlarını və verdiyi vədlərə uyğun olaraq atdığı addımları göz önünə gətirdi. Bir daha hər kəsə aydın oldu ki, dövlətin sosial siyasəti mövsümi qaydalarla deyil, xüsusi proqramlarla tənzimlənir. Prezident bu gün olduğu kimi dünən də xalqı ilə birlikdə idi. Bu gün vətəndaşa göstərdiyi diqqət və qayğı dünənin də reallıqları sırasında idi. 7 il əvvəl, Zaqatalada dediklərini xatırlayaq: “Həmişə xalqla birlikdəyəm, birlikdə də olacağam. Yaxşı günlərdə də, ağır günlərdə də. Bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan dövləti çox böyük potensiala malikdir. Həm dünya miqyasında, həm bölgədə, regionda mövqelərimiz möhkəmdir. Ölkə daxilində də vəziyyət yaxşıdır. İqtisadi imkanlarımız, güclü iradəmiz var və bizim siyasətimizin mərkəzində insan dayanır, Azərbaycan vətəndaşı dayanır”.

Prezident İlham Əliyev Şamaxıda baş vermiş zəlzələdən zərər çəkmiş insanlara görüşündə dedikləri ilə, fəsadların aradan qaldırılması istiqamətində atdığı addımları, göstəriş və sərəncamları ilə nümayiş etdirdi ki, illər öncə elan etdiyi siyasətə sadiqdir və bu illər ərzində vətəndaşa xidmət siyasəti vahid xəttə söykənib.

Prezident İlham Əliyevin düşmənlə təmas xəttinə yaxın ərazilərdə yaşayan vətəndaşlarla görüşündən fotolar. 2016-cı il

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ilham18.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ilham20.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ilham19.jpg                                       

2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində bir çox evlərə də ciddi ziyan dəymişdi. Dövlət başçısı onda da xalqının yanında oldu, cəbhə bölgəsinə səfər edərək düşmən güllələri və mərmilərinin törətdiyi fəsadlarla yerində tanış olaraq, “Dövlət yanınızdadır, Prezident yanınızadır! Bütün problemlər aradan qaldırılacaq” dedi. Elə həmin ilin sonunda bir daha cəbhə bölgəsinə səfər edərək yenidəqurma və bərpa işləri ilə tanış oldu.

3 il ötüb, Prezidentin xalqına münasibəti, vətəndaşın probleminə yanaşma qaydaları dəyişməyib. – Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik!


                                                                           İLLƏR ƏVVƏL

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ilham3.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ilham2.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_dunen1.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ilham1.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_dunen.jpg


                                                                               BU GÜN

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_bu-gun5.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_bu-gun4.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_bu-gun.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_bu-gun2.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_bu-gun3.jpg

Bu illər ərzində vətəndaşın da Prezidentə münasibətində heç nə dəyişmədi. Xalq dünən olduğu kimi, bu gün də İlham Əliyevə inanır, onu özününkü – doğması bilir. Təsadüfi deyil ki, dövlət başçısının yerlərdə görüşü zamanı vətəndaşların ona münasibəti əsasəan bu şəkildə ifadə olunur: “Allah sizi başımızın üstündən əskik etməsin!”

Bəzən bir şəkil yüz sözü əvəz edə bilir. Odur ki, şəkillərə də diqqətlə baxın, görəcəksiniz ki, heç nə dəyişməyib – Eyni istilik, eyni doğmalıq və eyni qayğıkeşlik!

 

 


12 Dekabr 2019 “Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun" - Siyavuş Novruzov
09 Dekabr 2019 “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir” – Gürcüstan Prezidenti
04 Dekabr 2019 İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular
03 Dekabr 2019 Sergey Lavrovdan Qarabağ açıqlaması: "Kompromis üçün imkanlar var”
02 Dekabr 2019 Prezident Dilarə Seyidzadəyə orden təqdim edib - FOTO
28 Noyabr 2019 Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır! - Əli Həsənovun yazısı
25 Noyabr 2019 "Müstəqil Azərbaycanda böyümüş gənclər komandası var" - Mehriban Əliyeva
22 Noyabr 2019 Ədliyyə Nazirliyi: "Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"
19 Noyabr 2019 Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı - Türkiyə mətbuatı
18 Noyabr 2019 Aİ rəsmisi: "Şərq Tərəfdaşlığına dair yeni təkliflər irəli sürüləcək"
14 Noyabr 2019 Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi
13 Noyabr 2019 Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib
12 Noyabr 2019 Milli Məclisdə 8 deputat yeri boşdur
08 Noyabr 2019 Bayrağımız - milli qürur mənbəyimiz - Əli Həsənov yazır
06 Noyabr 2019 “Əli İnsanov insanları işdən qovurdu, “qanun mənəm” deyirdi” - Siyavuş Novruzov
05 Noyabr 2019 Rəcəb Tayyib Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
04 Noyabr 2019 ABŞ Azərbaycanın güc strukturlarına “5” qiyməti verdi
01 Noyabr 2019 Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı
30 Oktyabr 2019 İslahatlara qarşı çıxanlar cəzalandırılacaq - Əli Həsənov
29 Oktyabr 2019 Rəsmi Bakı David Tonoyanı “xəstə” adlandırdı