b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_gghghh.jpg

Minimum əməkhaqqı davamlı olaraq artırılacaq.

Missiya.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minimum əməkhaqqının artırılmasını qeyri-rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır:

“Beynəlxalq təcrübədə əməkhaqlarının paket şəklində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir. Bu yenilikdən sonra əməkhaqqının qeyri-rəsmi verilən hissəsi rəsmiləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əməkhaqqını 180 manatdan az verməməlidir. Qeyri-rəsmi verilən əməkhaqqının iqtisadiyyatımıza ziyanı çoxdur. İşçi bundan gəlir vergisi vermir, dövlətə daxilolmalar azalır. Büdcəyə daxilolmalar artdıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır”.

Şöbə müdiri qeyd edib ki, bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əməkhaqqı verirlər:

“Bu, düzgün yanaşma deyil. Bundan sonra işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əməkhaqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İşçi özünün pensiya təminatı üçün pensiya kapitalı toplamış olacaq və nəticədə, pensiyası yüksək məbləğdə tənzimlənəcək”.

Əbülfət Məhərrəmov əlavə edib ki, minimum əməkhaqqı davamlı olaraq artırılacaq: 

“Əməkhaqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq. Bu yenilik özəl sektorlarda çalışan ən 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquqi şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqları minimum əməkhaqlarına uyğun verilib. 150 mindən çox deyilən təbəqə məhz bu sahədə çalışanlara aiddir”.

Qeyd edək ki, prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əməkhaqqı 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılıb.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək.

25 Aprel 2019 “İçərişəhərdə restoranların terraslarının genişləndirilməsi nəzərdə tutulub” - Rəsmi
24 Aprel 2019 Şri-Lanka teraktlarının DƏHŞƏTLİ PƏRDƏARXASI - Növbəti hədəf BU ÖLKƏDİR
23 Aprel 2019 İlham Əliyev: "Vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıb"
22 Aprel 2019 ABŞ hökumətindən İrana hücum barədə xəbərlərə reaksiya
19 Aprel 2019 Dövlətə düşmən kəsilmək və müxalifətçiliyin yeni “standartları”
18 Aprel 2019 Prezident əhaliyə ŞAD XƏBƏR verdi - Maaş və pensiyalar artacaq
17 Aprel 2019 Ramiz Rzayev məhkəmə hakimlərinə xəbərdarlıq etdi
16 Aprel 2019 PA nümayəndəsi: “Ölkəmizdə heç bir dinə digərindən çox üstünlük verilmir”
11 Aprel 2019 Paşinyan Tonoyanın müharibə bəyanatından danışdı
09 Aprel 2019 Respondentlərin 85.1 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU
08 Aprel 2019 Müdafiə Nazirliyi: Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır
28 Mart 2019 Nazir: Prezident təqaüdləri 100 faiz artırılıb
18 Mart 2019 Aydın Mirzəzadə: “Prezident Əli İnsanova özünü tapması üçün şans verdi”
16 Mart 2019 Təhlükəli oyun, təxribatçılara açılan qucaq və Kərimlinin konsensusu…
13 Mart 2019 Azərbaycan yeni silahları sınaqdan çıxardı - Lələtəpədən başlayan “Yol xəritəsi”
09 Mart 2019 Azərbaycan bu ölkədən müasir QIRICILAR ALIR - Ermənistanın bütün ümidləri PUÇ OLDU
01 Mart 2019 Prezident Administrasiyasının şöbə müdirindən Nikol Paşinyana - Cavab
27 Fevral 2019 Anti-İran ittifaqı qurulur? - Keçmiş səfirdən SENSASİON SÖZLƏR
20 Fevral 2019 Kür daşqını, Şimal-qərb zəlzələsi və Şamaxı fəlakəti – İlham Əliyevin reaksiyası – Nə dəyişib?
08 Fevral 2019 7 ölkədən Türkiyə ilə MÜHARİBƏ HAZIRLIĞI: Vaşinqtonda qurulan ittifaqın ŞOK HƏDƏFİ