b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_ererrgt.jpg

Tanınmış jurnalist Nicat Dağların bloqunda "Vidadinin paranoyası – Belə müxalifətçilik olmurbaşlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:

Dostum və həmkarım Ceyhun Musaoğlunun yaxşı bir adəti var: Kitab seçərkən yerindəcə birinci cümləsini oxumalıdır. Cümlədə xırda bir yalnışlıq gözünə dəyərsə, kitabı qaytarıb yerinə qoyur və deyir ki, mən bu kitabı oxudum, yaman gündədir… Yəqin deyəcəksiz ki, bir cümlə ilə kitab haqqında fikir bildirmək olmaz. Ceyhun isə belə düşünmür, deyir ki, birinci cümləsini oxucuya qaydası üzrə təqdim etməyi bacarmayan müəllif, sonrakı səhifələrdə oxucuya yaxşı heç nə verə bilməz.  Məntiq var!  

***

Son vaxtlar bu yanaşmadan mən də yararlanıram. Özü də təkcə hansısa kitab haqqında şəxsi fikrimin formalaşması üçün deyil. Veriliş aparıcılarının, danışmaq üçün kürsüyə qalxanların, sosial şəbəkələrdə canlı yayıma çıxanların da birinci cümləsini dinləməyim kifayət edir ki, tamaşaçıya, dinləyiciyə xitab edənlərin “baqajı” barədə təsəvvürlərim yaransın. Məsələn, Fransaya sığınmış Vidadi İskəndərli adlı “yutubxana sakini”nin  bir kəlməsinə qulaq vermək bəs edir ki, onun reallığı təyin etməkdə çətinlik çəkdiyini, şüur və düşüncə pozuntusu nəticəsində paranoya yaşadığını yəqin edəsən. Şizofreniyanın bütün simptomlarını özündə cəmləşdirmiş bu adamın dediklərini dinləmək üçün vaxt ayırmaq da elə dəliliyin bir formasıdır…

***

Vidadinin paranoyak təşviş içində olduğu aydınca sezilir. Məsələn, özünü əhəmiyyətli biri sayır, xüsusi adamlar və ya qruplar tərəfindən izləndiyini, hərəkətlərinin müşahidə altında olduğunu düşünür, fikirlərinin qlobal dəyişikliklərə səbəb ola biləcəyini zənn edir. Görünən odur ki, mərəz xirtdəyinə qədər irəliləyib…  Şizofreniklərin hamısı belədir: hər gün müxtəlif hadisələr uydurur, bu “hadisələr” barədə onlara müxtəlif mənbələrdən məlumat ötürüldüyünü deyir, çeşidli “dərin” qruplara rəhbərlik etdiklərinə, hətta olduqca yüksək çinli şəxslərin gizlində onlara xidmət göstərdiyinə dair nağıllar danışırlar. Tədricən isə xəstəlik kəskinləşir və adam “Napoleona”, “Stalinə”,  “Fidel Kastroya”… çevrilir. Odur ki, Vidadi İskəndərlinin günlərin birində özünü, məsələn, “Makedoniyalı İskəndər” kimi təqdim etməsi də tamamilə gözləniləndir.

***

Vidadinin diaqnozu aydındır. Bəs ona qulaq asan kimlərdir? Ağlı başında olan, özünə bir balaca hörmət edən adam Vidadinin dediklərinə niyə qulaq assın ki? O, birinci cümləsi ilə hansı düşüncənin daşıyıcısı olduğunu bütün konturlarına qədər nümayiş etdirir. Bu düşüncədə isə sağlam və mütərəqqi heç nə yoxdur. Hansı suyu içməli, hansı havanı udmalısan ki, belə bir şizofrenikin sayıqlamalarını dinləyib, davranışlarını, “Siyasi hakimiyyətə qarşı mübarizə” kimi qəbul edənləri başa düşəsən? Axı belə mübarizə, belə müxalifətçilik olmur. Vidadi kimilər səlahiyyət əldə edərsə, ölkədə nələrin baş verəcəyini təsəvvür etmək bu qədərmi çətindir? Kimsə onun hansısa konkret problemdən danışdığını eşidibmi? Normal bir müzakirə açdığını, hansısa məsələnin həllilə bağlı ağıllı fikir, təklif səsləndirdiyini müşahidə edən olubmu? Ağzını açan kimi, “çevriliş etməliyik”, “vurub öldürməliyik” deyir. Qan-qada, ixtişaş həvəsilə alışıb yanır.  Davranışlarında müxalifətçilik fəlsəfəsinə yaxın gələn heç nə yoxdur. Belə debil birinin tamaşaçısı, nə bilim, dinləyicisi niyə olsun ki? Anlamaq çətindir… Normalda Vidadinin danışdıqları, daha çox “Sənə Youtube kanalı açanın da…”, “Sənə telefon alıb verənin də…”, “Çəkdiklərini Youtube-yə yükləməyi öyrədənin də…” kimi reaksiyalar doğurmalıdır. Ona ürək qızdıranların, dediklərinə əhəmiyyət verənlərin var olduğunu düşünmək çox üzücüdür…

***

Heç kəs demir ki, Azərbaycanda problem yoxdur. Həyat varsa, insan varsa, problemlərin olması, çətinliklərin meydana gəlməsi təbiidir. İstənilən Avropa şəhərinin küçələrində evsiz-eşiksiz insanlara rast gəlinir. Yeraltı keçidlərdə, metro stansiyalarının girişində gecələyən avropalı obrazı heç də xəyal məhsulu deyil. Humanitar təşkilatların payladığı ərzaq bağlamalarını almaq üçün işsizlərin uzun sıralar yaratdığını da az müşahidə etmirik. Problemlərin olması fəlakət deyil. Əsas odur ki, onları aradan qaldırmağa səy göstərilsin, iradə ortaya qoyulsun. Azərbaycan Prezidenti bu iradəni az qala hər gün nümayiş etdirir! Fəlakət bilirsiniz nədir? Deyim: Vidadi və vidadikimilər sinfinə aid olanların dıydıq videolara tamaşaçı toplamasıdır fəlakət! Fəlakət Vidadini dinləməkdir! Fəlakət Vidadinin kanalına abunə olmaqdır! Fəlakət kimisə öldürməyə, haranısa yandırmağa çağırş edənlərin gösrətidiyi qaramat yoldan nicat ummaqdır!  Bunu anlamaq çətin olmamalıdır axı…

Gəlin bu ölkənin qədrini bilək. Bu dövləti qorumaqdan başqa bir amalımız olmasın. Fəkakəti yox, səadəti seçək!

22 Avqust 2019 Sabah 42 dərəcə isti olacaq - PROQNOZ
22 Avqust 2019 Polisdən sakinləri qorxuya salan naməlum məxluqla bağlı AÇIQLAMA
22 Avqust 2019 Prezidentin mükafatlandırdığı ifaçı: "Bu, çox böyük diqqətdir"
21 Avqust 2019 “Attestatla bağlı polisə çağırılmışam” –Orxanın atası
21 Avqust 2019 "Arzumuz, xəyallarımız baş tutmadı" - Pilotun xanımı
21 Avqust 2019 55 yaşlı kitab adam
20 Avqust 2019 Nəsimi rayonunda dövlət əmlakı məhv olur – Baxımsız qalmış parkdan FOTOLAR
20 Avqust 2019 Nazirlik hərbi pilotumuzun axtarışında iştirak edənlərə təşəkkür etdi
20 Avqust 2019 Rəşad Atakişiyevin nəşi tapıldı - AÇIQLAMA
19 Avqust 2019 MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı - FOTO
19 Avqust 2019 “Relax”da vergi işçilərini döyən deputat oğlu və 5 qohumu saxlanıldı - VİDEO
17 Avqust 2019 Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – Vüqar Bayramovla videomüsahibə
15 Avqust 2019 "Diaspor hərəkatı yeni istiqamətlər götürəcək" - Hikmət Cavadov
15 Avqust 2019 Mehriban Əliyeva Vladimir Putinə məktub ünvanlayıb
15 Avqust 2019 ARB-nin əməkdaşı iki övladını itirdi - FOTO
14 Avqust 2019 Cəlilabad dramı: Uzuntəpəli oliqarx və su başındakı “əjdaha” - Bir kənddə nə qədər narkotacir olar?
14 Avqust 2019 Elman Rüstəmov Mərkəzi Bank sədrləri arasında ikincilərdən olub
14 Avqust 2019 Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda daha 2 pulsuz çimərlik yaradılıb - FOTO
14 Avqust 2019 Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
13 Avqust 2019 Azərbaycanda 18 yaşlı qız atasına görə özünü körpüdən belə atdı - VİDEO