b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_hjgg.jpg
“Vəziyyət dəyişməsə, Ermənistan rəhbərliyinin təcrübəsizliyi ciddi nəticələrə səbəb olacaq”.

Missiya.Az xəbər verir ki, bu barədə erməni politoloq Ervand Bozoyan deyib.

Bozoyan Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Ermənistana səfərini xatırladıb qeyd edir ki, bu səfərin əsas məqsədi İrəvanın Qarabağla bağlı aydın olmayan mövqeyini öyrənmək idi.

“Davos görüşü və Boltonun zəngindən sonra münaqişə ətrafında prosesin getdiyi təəssüratı yaranıb. Ermənistan ictimaiyyətində narahatlıq var. Rusiyada da Qarabağ münaqişəsinin nizama salınmasında təşəbbüsün ABŞ-a keçməsi ilə bağlı narahatlıq yaranıb. Rusiya Ermənistanın mövqeyini anlamağa çalışır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya yaxın perspektivdə nəyi gözləməli olduğunu, danışıqlar prosesi çərçivəsində Ermənistanın mövqeyinin nədən ibarət olduğunu anlamaq istəyir: “Paşinyanın "sülh qarşılığında ərazi formulu" üzrə danışıqlar aparmamasına dair bəyanatı Azərbaycanı ciddi şəkildə təəccübləndirib. Həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində nələrin baş verməsinə dair təsəvvür yoxdur. Hazırda kifayət qədər ziddiyyətli proses gedir, danışıqların əsaslandığı prinsiplər aydın deyil. Erməni rəhbərliyi Madrid prinsiplərini dəyərləndirməkdən yayınır, lakin digər bazis də göstərmirlər”.

Bozoyan xatırladıb ki, Ermənistan tərəfi Dağlıq Qarabağ adından danışıqlar aparmayacağını bildirirdi: “Lakin XİN rəhbərləri 4 dəfə görüşüb. Onlar nədən danışıblar? Hava haqqında danışdıqlarını düşünmürəm. ATƏT-in Minsk qrupunun həmsədrlərinə gəldikdə isə, hər bir həmsədr ölkə əsas vasitəçi missiyanı öz üzərinə götürmək istəyib. Vaşinqton, Paris və Moskva daim bu məsələ də bir-birini əvəzləyib. Ermənistanda hakimiyyət dəyişdikdən sonra “Bolton modeli” formalaşdı. O, regiona səfərindən sonra münaqişənin tezliklə həllinin vacibliyini vurğulayaraq danışıqlar prosesində aktiv şəkildə iştirak etməyə başladı. Bu mərhələdə ABŞ-ın aktivliyi Rusiyada narahatlıq yaratdı. Lakin nə Moskva, nə də Vaşinqton Yerevanın mövqeyini anlayır ki, Ermənistanın güzəştlər məsələsində “qırmızı xətti” hansıdır”, - deyə politoloq vurğulayıb.

Ekspert qeyd edib ki, bu reallıq Ermənistanın danışıqlar prosesində “fundamental üstünlüyünü” itirməsinə gətirib çıxarır: “Bu prosesin davam etməsi həmsədrlər üçün Yerevan və Bakını bərabərləşdirəcək. Lakin əvvəllər ilk növbədə güzəştlər Azərbaycan tərəfindən gözlənilirdi. Bu həm Kazanda, həm Madriddə, həm də Ki-Uestdə belə olub”.
18 İyun 2019 Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
18 İyun 2019 "Cəmiyyət müharibəyə hazır olmalıdır" - Hazırıqmı?
18 İyun 2019 8 nəfərin güllələndiyi qan davasının TƏFƏRRÜATLARI – VİDEO
17 İyun 2019 İmamoğlundan Binəli Yıldırıma maraqlı hədiyyə - VİDEO
15 İyun 2019 Çingiz Mustafayevin ölümündən 27 il ötdü - Milli Qəhrəmanın həyatı
15 İyun 2019 Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
14 İyun 2019 Gəncədə "Son zəng" - FOTOLAR
14 İyun 2019 Azərbaycanlı idmançı toyunda xanımı ilə “yumruqlaşdı”
14 İyun 2019 Yeznəsini güllələyən “Hozu Rauf” saxlanılıb – VİDEO
13 İyun 2019 Baş redaktor dövlətə xəyanətə görə həbs edildi - DTX-nın əməliyyatı - FOTO
12 İyun 2019 Elman Babayev vəzifəsindən azad edildi
12 İyun 2019 Azərbaycanda tanınmış şair HƏBS EDİLDİ - FOTO
12 İyun 2019 Qonşu ölkə 4 günlük iş həftəsinə keçir
12 İyun 2019 İlham Əliyev “Yanardağ” qoruğunun açılışında - FOTO
11 İyun 2019 Millimiz Bakıda rusvayçı hesabla uduzdu
11 İyun 2019 Metro üçün alınan yeni vaqonlar artıq Bakıdadır - FOTOLAR
11 İyun 2019 Bəxti gətirmiş xalq və ya 9 iyundan başlayan Qurtuluş GÜNÜ
11 İyun 2019 “Heydər Əliyev olmasaydı, dövlət mövcudluğunu itirəcəkdi” – Ramin Əhmədov
11 İyun 2019 Bakıda avtomobil magistral yolda belə “uçdu” – REAL VİDEO
10 İyun 2019 Aeroport yolunda yeddi maşın toqquşdu - VİDEO