ddfddgdfg.jpg
Tanınmış jurnalist Nicat Dağların bloqunda "Sevincin tikdiyi torba – “Əsl müxalifət” kimdir?" başlıqlı yazı dərc olunub. Mövzunun aktuallığını nəzərə alıb sözügedən yazını təqdim edirik:


Bir neçə gün əvvəl bu barədə yazmışdım. Ki, İskəndər Həmidovun yanvarın 19-da keçirilmiş mitinqin tribunasında boy verməsinə baxmayın, çox keçməz onu da, onun təmsil olunduğu “birliyi” də hədəfə gətirib müxtəlif ittihamlara məruz qoyacaqlar…  Tədricən isə söz atışmaları, keçmişdə yaşanmış ayıbların xatırlanması, “mübarizədə” kimin daha səmimi olması ətrafında müzakirələr və ən nəhayət, “əsl müxalifət bizik” iddiası üzərində köklənmiş mübahisələr baş alıb gedəcək. Yəni heç nə dəyişməyəcək, hər şey həmişəki kimi olacaq.

Proses artıq başlayıb… 

Amerikada oturub jurnalistikanın “təxribatçılıq  janrı”nda müxtəlif nümunələr yaradan Sevinc Osmanqızının İskəndər Həmidovu rüsvay etmək, onun təmsil olunduğu hərəkatı gülüş hədəfinə çevirmək məqsədi daşıyan verilişinə yəqin ki, baxanlar olub. Görüb-götürmüş adamlar razılaşar: Sevinc Osmanqızı sözügedən verilişi ilə 19 yanvar mitinqində  Əli Kərimli tərəfindən ortaya qoyulmuş, “məndən başqa heç kəs” hikkəsinə söykəndiyini nümayiş etdirib, qarşıdakı mərhələdə müşahidə edəcəyimiz didişmənin konturlarını çızmış oldu…

***

Aydın hiss olunurdu ki, İskəndər Həmidov əli “lezvalı” xanımın qarşısında tap gətirə bilmir. Anlayırdı ki, onu efirə “sürümək” üçün çıxarıblar və ortada müsahibə adına heç nə yoxdur – “razborka” mahiyyətli verilişdir.  Bir başqası olsaydı Osmanqızının  təxribatçı tərzini və birmənalı şəkildə “Milli Şura” adlı dərnəyin mövqeyindən çıxış etməsini səbəb kimi göstərib efirdən ayrılardı. Amma Həmidov primitiv ritorikasını, “Biz varıq, biz həqiqətik, biz qalib gələcəyik” kimi əttökən pafosunu sona qədər davam etdirmək istədi. Heç, “Xalq Hərəkatı adı deyiləndə 88-89-cu illər, Elçibəyin fəaliyyəti və meydan hərəkatı gözümüzün önünə gəlir, niyə bu adı seçdiniz” sualı ilə qarşılaşanda, ağlına da gəlmədi ki, anındaca Sevincdən soruşsun: Bəs “Milli Şura” deyiləndə ağlınıza Cümhuriyyət dövrü gəlmir? Azərbaycanın ilk qanunvericilik qurumunun adı ilə manipulyasiya edildiyini görmürsüz?..   Soruşa bilmədi. Çünki Həmidov siyasət adamı deyil və heç vaxt da olmayıb.

***

Əlbəttə, “Xalq Hərəkatı” adı heç də onu yaradanların xüsusi zaftasından və xalqın hansısa dəstəyindən xəbər vermir. “Milli Şura” adı kimi bu ad da sadəcə yekə görsənmək həvəsindən başqa bir anlam daşımır. Söhbət Sevinc Osmanqızının “Milli Şura”ya könül verib, “Xalq Hərəkatı”nı aşağılamaq cəhdindən gedir. Şübhəsiz, konkret instruktaj əsasında danışırdı və məqsədi ancaq “Milli Şuranı” müxalifətin yeganə ünvanı kimi təqdim etmək idi. Bunu da olduqca eybəcər, olduqca mədəniyyətsiz formada etdi.

***

KXCP qərargahında cəm olanların hamısı Əli Kərimlinin  mesajını aldı: “Məndən başqa heç kəs”. Deməli, ənənəvi tozanağın qopacağı şəksizdir. Cavabsız qoymayacaqlar. Həmidov Sevinc Osmanqızının əli ilə ona tikilmiş torbanın hesabını mütləq soracaq. Mirmahmud Mirəlioğlu da bostanındakı yekə daşı görməmiş deyil. Əslində onu da aşağıladılar. Onun da “müxalifətçiliyini” şübhə altına  salmağa yönəlmiş işarələrdən istifadə etdilər… İnandırıcı deyil ki, KXCP sədri “Milli Şura” adlı intriqa dağarcığının “Xalq Hərəkatı”nı məzə mövzusuna çevirməsini reaksiyasız buraxacaq.

Cavabı gözləyək. “Ana müxalifət” adı uğrunda uzun illərdir davam edən mübarizənin növbəti raundunda nələrin yaşanacağı çox maraqlıdır… 

20 İyul 2019 ABŞ Konqresi Türkiyəyə qarşı hərəkətə keçir
17 İyul 2019 Ərdoğandan diplomatlara hücuma ilk reaksiya
17 İyul 2019 Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ: İstanbul yerlə yeksan olacaq
16 İyul 2019 Nazirlik: İşdən qanunsuz çıxarılan 77 nəfər işlərinə bərpa edilib
15 İyul 2019 DSX "Keşikçi dağ"dakı insidentlə bağlı məlumat yaydı
12 İyul 2019 Vilayət Eyvazov: "Son altı ayda 12411 cinayət qeydə alınıb"
11 İyul 2019 Elin Süleymanov: Ağ Ev və Kreml Azərbaycanı sabitlik lövbəri hesab edir
09 İyul 2019 İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun təkbətək görüşü olub
08 İyul 2019 Zakir Həsənov: "Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir" - VİDEO
04 İyul 2019 Trampın ölümü, nüvə müharibəsi və Putin-Şoyqu görüşü xəbərləri niyə yayıldı?
27 İyun 2019 Milli Məclis əmək pensiyalarının artımına səs verdi
25 İyun 2019 Bütün dünyanın gözü ORA DİKİLDİ: əgər razılaşmasalar, yer-yerindən oynayacaq
24 İyun 2019 İranlı admiraldan ABŞ-a XƏBƏRDARLIQ
21 İyun 2019 Ankaradan Vaşinqtona şillə kimi cavab
20 İyun 2019 Ağ Evdə Qarabağ danışıqları: Məmmədyarov Boltonla nələri danışdı?
19 İyun 2019 Əli Həsənov: "Sivilizasiyalar arasında dialoq dövlətin yürütdüyü ali siyasi kursdur"
18 İyun 2019 Zakir Həsənov: "Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir"
14 İyun 2019 Əli Əhmədov: "Bütün nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir"
12 İyun 2019 Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
10 İyun 2019 Azərbaycan XİN cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib