b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_kkkkkkkkkkkkkkkkkkkkkk.jpg

“Artsax”la (Dağlıq Qarabağ – red.) Ermənistan arasında hərbi-siyasi ittifaqın bağlanması “Artsax”ın tanınmasını bildirir. Bu, Azərbaycan tərəfindən kəskin addımlara gətirib çıxaracaq”.

Missiya.Az xəbər verir ki, bu haqda “Tert.am”la söhbətində erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Qayk Naqapetyan bildirib.

Onun sözlərinə görə, “hərbi-siyasi ittifaq” haqqında müqavilənin bağlanması ardınca yeni vəziyyət yarada bilər.

“İstisna edilmir ki, müqavilənin bağlanması Azərbaycan tərəfindən kəskin addımlara gətirib çıxaracaq”, - Naqapetyan söyləyib.

“Ermənistan müqavilədən asılı olmayaraq, “Artsax”ın əhalisinin təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürüb. Müqavilənin bağlanmasına gəlincə, bu, hər şeydən əvvəl onu bildirəcək ki, Ermənistan “Artsax”ı subyekt kimi tanıyır”, - hərbi ekspert vurğulayıb.

Təmas xəttində indiki sakit vəziyyətə gəlincə, ekspertin fikrincə, bunu sülh üçün ilkin şərt hesab etmək olmaz. Onun sözlərinə görə, vəziyyət istənilən vaxt kardinal dəyişə bilər. Ekspert hətta indiki situasiyanın gec-tez genişmiqyaslı hərbi əməliyyatların yenilənməsinə gətirib çıxaracağını əminliyini ifadə edib.

Qarabağ separatçılarının silahlı dəstələrinin sabiq rəhbəri Arkadi Karapetyan isə qondarma qurumla Ermənistan arasında “hərbi-siyasi ittifaq”ın tərəfdarı olduğunu deyib. O, həmçinin bildirib ki, Dağlıq Qarabağla Ermənistanın “yenidən birləşdirilməsi” prosesinə başlamağı əhəmiyyətli hesab edir.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş Xankəndi şəhərində ötən həftə Daşnaksütyun Partiyasının ümumi iclası keçirilib. Daşnaksütyun iclasdan sonra bəyanat da yayıb. Bəyanatda Ermənistan və qondarma Qarabağ rejimi arasında təcili olaraq “hərbi-siyasi ittifaq” haqqında razılaşmanın bağlanılması tələb edilib. Bundan başqa, Qarabağdakı separatçı rejimə sosial-iqtisadi, təhlükəsizlik barədə dəstək verilməsi istənilib. Daşnaklar həmçinin İrəvanın Qarabağla bağlı apardığı danışıqlarla əlaqədar iki tələb irəli sürüb: danışıqlarda separatçı rejimin tam təmsil olunması və Ermənistan hökumətinin beynəlxalq platformalarda Qarabağın təhlükəsizliyinin və “müstəqilliyinin” qarantı öhdəliyi ilə çıxış etməsi.

Xatırladaq ki, hələ ötən ilin noyabrında qondarma respublikanın “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağdakı separatçı rejimlə “hərbi-siyasi ittifaq” haqqında razılaşma imzalayacağını bəyan edib.

“Bu, elə bir sənəd olmalıdır ki, orada Ermənistanın “Artsax xalqı”nın təhlükəsizliyinin qarantı olması qeyd edilsin. Biz bu təkliflə Ermənistanın rəhbərliyinə may ayında müraciət etmişik və təklifimiz qəbul olunub”, - Balasanyan vurğulamışdı.

O qeyd etmişdi ki, Ermənistandakı daxili siyasi hadisələrlə bağlı “sənəd”in imzalanması təxirə salınıb.

“Ancaq düşünürəm ki, parlament seçkilərindən qısa müddət sonra bu sənəd imzalanacaq”, - Balasanyan söyləmişdi.

publika.az

23 Fevral 2019 Bəşəriyyətin nə qədər ömrü qalıb? - Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar
22 Fevral 2019 Azərbaycanlı məşhur özünü səfil qadın görkəminə salıb onunla görüşə getdi - VİDEO
22 Fevral 2019 "Onu Allaha həvalə edirəm" - Damla intim görüntüdən danışdı
22 Fevral 2019 Afiq Səfərov "Azərsun"dan getdi - Müəmmalı gəlişmə - ÖZƏL
21 Fevral 2019 Prezident Sovet İttifaqı Qəhrəmanını qəbul etdi
21 Fevral 2019 Bakıda məhkəmədə hakim və prokuror döyüldü
21 Fevral 2019 İnternetdə tanış olduğu qadını evinə çağıraraq intim münasibətdə olub işğəncə verdi - Qadına 40 tikiş vurulub - ŞOK FOTOLAR
21 Fevral 2019 Azərbaycan şahmatçısı Rusiyada ermənini “mat” qoydu
21 Fevral 2019 Paytaxt şəhərimizin köhnə vəziyyətini xatırlayaq - FOTOLAR
20 Fevral 2019 İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO
20 Fevral 2019 "Şübhəli ideologiyalara xidmət edən, antimilli ruh daşıyıcısı..." - Əli Həsənov fərqi göstərdi
20 Fevral 2019 Özçivit varlı qadınlarla görüşdü, üç saata minlərlə dollar qazandı
20 Fevral 2019 İslahatlar dalğası və müxalifətin isterikası - Millət vəkilindən AÇIQLAMA
19 Fevral 2019 Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada
19 Fevral 2019 İlham Əliyev səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi - FOTO
19 Fevral 2019 Əhaliyə şad xəbər - Prezident vacib fərman imzaladı
19 Fevral 2019 Xəyanətin “qonorarı”, dumanlı ölkədəki havalı “Youtuber” və Turalın saxtakarlığı
18 Fevral 2019 Türkiyədə azərbaycanlı qızların "seks köləsi" olduğu evdən görüntülər - VİDEO
18 Fevral 2019 Çörək bahalaşıb? - Nazirdən açıqlama
18 Fevral 2019 Tural Sadıqlı azərbaycanlı qızı Avropaya aparıb başına oyun açdı - Mühacirlərin iç üzü açılır - VİDEO