b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_fvbfgfhg.jpg

Tanınmış jurnalist Nicat Dağların bloqunda "Gözlənilən tabut və “mərsiyə” deyən xalalar – Avropa Parlamenti niyə susur?" başlıqlı yazı dərc olunub. Yazının aktuallığını nəzərə alaraq təqdim edirik: 


“İnsan haqları heç bir ölkənin daxili işi deyil” deyib saç yolan, səsini başına alıb ən müxtəlif pozalarda həyasızlıq elementləri nümayiş etdirənlər haradadır?..

Mehmanın əlavə kilolar alması ilə nəticələnən “südlü aksiyası”na görə bütün dünyadan Azərbaycana qarşı sanksiyalar tələb edən şivənçi briqadanın təmsilçiləri “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegizaryanın 44 günlük aclıq aksiyasından sonra ölməsindən xəbər tutmayıblar?  Niyə susurlar? Yegizaryanın şərlənərək həbs olunması, buna etiraz olaraq aclıq aksiyası keçirməsi və nəhayət ölməsi faktı “insan haqları” kontekstinə aid deyil?..

Sükut çox dərindir, elə bil paltaryuyan maşınının sıradan çıxması kimi adi məişət hadisəsi baş verib… Axı aclıq aksiyası nəticəsində ölən  Yegizaryan həm də jurnalistdir – “haynews.am” saytının rəhbərlik edirdi, onun ölümə təhrik edilməsinə görə Avropa Parlamentindən Ermənistana qarşı qətnamə qəbul olunmasını tələb etmək niyə heç birinin yadına düşmür? Yerevanın hədəfə alındığı canlı yayımları niyə görmürük?..

Əlbəttə, hamısının xəbəri var. Susqunluğun səbəbi də bəllidir əslində: tapşırıq dəftərlərində Ermənistana qarşı fəaliyyətə dair bir cümlə belə yoxdur. Heç birinin cəsarəti çatıb Yegizaryanın məhz siyasi motivlərlə həbsə alınmasından, buna etiraz olaraq aclıq aksiyası keçirməsindən danışa bilməz…

***

Ermənistanda aclıq aksiyası keçirən ictimai xadim ölüb, daha doğrusu, ölümə sürüklənib, amma “İnsan haqları heç bir ölkənin daxili işi deyil”  deyən “canlı yayımşık”lərdən kiminsə qımıldadığını görmürük – bu qədər rəzil durumdadırlar yəni…

Qarabağa görə ermənilərə bir söz deyə bilmirlər, Diləqmlə Şahbaza görə Avropada piket təşkil etməyi ağıllarından belə keçirmirlər, yaxşı bəs bəşəri məsələlər sırasına aid etdikləri “insan haqları” xüsusunda niyə söz eşitmirik?.. Görünür Ermənistanın adını belə çəkmək yasaq olunub.

***

Avropa Parlamentindən də xəbər yoxdur.  Mərsiyə deyən Anna Qomesin səsi niyə batıb? Marietje Schaake kimi “insan haqları” üzrə ixtisaslaşmız ifritələrin də bəyanatına rast gələ bilimirk. Niyə? Ermənistanda ictimai xadimin keçirdiyi aclıq aksiyası və bunun nəticəsində ölüm faktınıın qeydə alınmasına hansı müstəvidə münasibət bildirilməlidir? Yegizaryan nakam sevgisinə görə aclıq aksiyası keçirirdi? Hamı bilir ki, onu hazırkı hakimiyyət siyasi baxışlarına görə həbsə atmışdı. O da buna etiraz olaraq ölüm aclığına başladı və öz aqibəti ilə göstərdi ki, Ermənistanda insan haqları hökumətin ayaqları altındadır… Fikir verin, Paşinyanın hakimiyyətə gəlməsindən heç bir il keçməyib, amma hesabında bir ölü var. Avropa Parlamenti nədənsə bu boyda zibili görmək istəmir…  Ola bilsin sabah növbətçi münasibət bildirisin. Yəni meyitə uzağı gözucu baxıb, “gələcəkdə belə halların baş verməməsi üçün” hökumətə tövsiyyədən-filandan verə bilərlər. Vəssalam, olsa ancaq bu olacaq, başqa heç nə.

***

İndi təsəvvür edin ki, belə bir hadisə Azərbaycanda baş verəydi. Adamaoxşamaz xalalar dəstə ilə ulaşmağa başlayacaqdılar…  Bəyanat bəyanatın dalınca gələcəkdi. Ardınca dinləmələr təşkil edəcək, qətnamələri bir birinin arxasınca sıralayacaqdılar.  Qısası, qara-qara qarışqalar daraşacaqdı Azərbaycanın canına.

Amma deyirəm keçmə Allahın işindən. Hamısı oturub tabutun Bakıdakı həbsxanadan çıxacağını gözləyirdi, Yerevandan çıxdı.  İlahi ədalət budur ey…

Gözlənilən tabut və “mərsiyə” deyən xalalar – Avropa Parlamenti niyə susur?

19 İyun 2019 Əli Həsənov: "Sivilizasiyalar arasında dialoq dövlətin yürütdüyü ali siyasi kursdur"
18 İyun 2019 Zakir Həsənov: "Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir"
14 İyun 2019 Əli Əhmədov: "Bütün nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir"
12 İyun 2019 Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
11 İyun 2019 Paşinyandan Qarabağla bağlı senasion addım: ermənilər Bakıya üz tutur?
10 İyun 2019 Azərbaycan XİN cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib
03 İyun 2019 Vanqadan PROQNOZLAR: Avropa müsəlmanların əlinə keçəcək, yeni din yaranacaq və...
31 May 2019 Deputat Azərbaycan ordusuna çağırış etdi: “Paşinyanı snayperlə vurun!”
30 May 2019 Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB - Prezident kürəkənindən SENSASİON SÖZLƏR
29 May 2019 "Futbol siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir" - Hikmət Hacıyev
24 May 2019 Azərbaycan ABŞ vətəndaşını bağışladı
22 May 2019 Kürdəxanı sakini: "Mehriban xanımın evimizə qonaq olması ən böyük hədiyyədir"
16 May 2019 “Onları zibil kimi kənara atacaqlar” – “Orduxan biabırçılığı” və Azərbaycanın uğuru
13 May 2019 XİN Mnatsakanyana cavab verdi
10 May 2019 Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? - AÇIQLAMA
08 May 2019 Gürcüstanla sərhəd qalmaqalı səngimir - Cavabımız necə olmalıdır?
07 May 2019 Əli Həsənov AzTV və İTV-nin türkdilli ölkələrdə yayımına icazə verilməsini təklif edib
06 May 2019 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
29 Aprel 2019 "Nyu-York Tayms"dan TÜKÜRPƏDƏN ANALİZ: İran-ABŞ müharibəsinə 18 ay qaldı
24 Aprel 2019 Şri-Lanka teraktlarının DƏHŞƏTLİ PƏRDƏARXASI - Növbəti hədəf BU ÖLKƏDİR