b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_yyyyuuu.jpg

Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın rolu azaldılıb. Əvvəl “Lavrov planı” haqqında danışılırdısa, indi “Bolton” planından söhbət gedir.

Missiya.Az xəbər verir ki, bu fikirlər Ermənistanın “Yerkramas” nəşrində dərc olunan “Böyük oyunun kiçik detalı” başlıqlı məqalədə qeyd edilib.

Bildirilir ki, “Lavrov planı” adlanan həll variantı ərazilərin qayıdışı (ilkin mərhələdə Qarabağ ətrafındakı 5, daha sonra 2 rayonun qaytarılması – red.), tərəflərin status üzərində müzakirələr aparması və sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsini nəzərdə tuturdu. Lakin nəşrə görə, indi danışıqlar prosesi “Bolton planı” ilə nəzərdə tutulmuş ssenari üzrə gedir və bu plan “sülhə əvəz olaraq ərazilər” düsturu üzrə həyata keçirilir.

“Bolton planı”nda Dağlıq Qarabağın müstəqil statusu nəzərdə tutulmur, çünki, plan onun Azərbaycan tərkibində olmasına hesablanıb, sülhməramlılar yoxdur və yalnız sülh ilə pul vədi var”, - nəşr iddia edib.

Nəşr hesab edir ki, yanvarın 16-da həmsədrlərin vasitəçiliyi vaxtı Parisdə Azərbaycan və Azərbaycanın xarici işlər nazirlərinin 4 saatdan çox sürən danışıqlardan sonra verilən “xalqların sülhə hazırlanması” bəyanatı, Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Federiki Moqereninin yanvarın 19-da Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanın reallaşacağına ümid ifadə etməsi, elə həmin gün ABŞ prezidenti Donald Trampın Paşinyananı Dağlıq Qarabağ problemini həll etməyə yenidən çağırması, yanvarın 22-də Davosda Azərbaycan və Ermənistan liderlərinin görüşü və nəhayət, yanvarın 23-də ABŞ-ın milli təhlükəsizlik məsələlərin üzrə məsləhətçisi Con Bolton və Paşinyan arasında telefon söhbətinin olması “Bolton planı”nın olduğuna dair “faktlar”dır.

Qeyd edilir ki, Birləşmiş Ştatlar “böyük oyun”un moderatorudur və oyunun vektoru Rusiyaya qarşı yönəldilib, İran hədəf, ABŞ-ın partnyorları Türkiyə və Azərbaycan, alət isə Ermənistandır.

“Bu oyunda Ermənistan xırda pul oldu. Faktdır ki, “Bolton planı” Paşinyan rəsmən baş nazir olmasından sonra reallaşmanın praktik mərhələsinə daxil oldu. Təbii ki, Paşinyan bu rolu öz üzərinə götürmək istəmir, amma, göründüyü kimi, ya “yox” deyə bilmir, ya da oyunun mənasını anlamır. Faktdır ki, indiki halda, Paşinyan Dağlıq Qarabağla intensiv danışır və bu mübahisəsizdir. Əgər artıq xalqların sülhə hazırlanmasından danışılırsa, tərəflər detalların uyğunlaşdırılması mərhələsinə keçiblər. Və məhz bu, həyəcana səbəb olur”, - “Yerkramas” qeyd edib.

Publika.az

25 Aprel 2019 “İçərişəhərdə restoranların terraslarının genişləndirilməsi nəzərdə tutulub” - Rəsmi
24 Aprel 2019 Şri-Lanka teraktlarının DƏHŞƏTLİ PƏRDƏARXASI - Növbəti hədəf BU ÖLKƏDİR
23 Aprel 2019 İlham Əliyev: "Vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıb"
22 Aprel 2019 ABŞ hökumətindən İrana hücum barədə xəbərlərə reaksiya
19 Aprel 2019 Dövlətə düşmən kəsilmək və müxalifətçiliyin yeni “standartları”
18 Aprel 2019 Prezident əhaliyə ŞAD XƏBƏR verdi - Maaş və pensiyalar artacaq
17 Aprel 2019 Ramiz Rzayev məhkəmə hakimlərinə xəbərdarlıq etdi
16 Aprel 2019 PA nümayəndəsi: “Ölkəmizdə heç bir dinə digərindən çox üstünlük verilmir”
11 Aprel 2019 Paşinyan Tonoyanın müharibə bəyanatından danışdı
09 Aprel 2019 Respondentlərin 85.1 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU
08 Aprel 2019 Müdafiə Nazirliyi: Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır
28 Mart 2019 Nazir: Prezident təqaüdləri 100 faiz artırılıb
18 Mart 2019 Aydın Mirzəzadə: “Prezident Əli İnsanova özünü tapması üçün şans verdi”
16 Mart 2019 Təhlükəli oyun, təxribatçılara açılan qucaq və Kərimlinin konsensusu…
13 Mart 2019 Azərbaycan yeni silahları sınaqdan çıxardı - Lələtəpədən başlayan “Yol xəritəsi”
09 Mart 2019 Azərbaycan bu ölkədən müasir QIRICILAR ALIR - Ermənistanın bütün ümidləri PUÇ OLDU
01 Mart 2019 Prezident Administrasiyasının şöbə müdirindən Nikol Paşinyana - Cavab
27 Fevral 2019 Anti-İran ittifaqı qurulur? - Keçmiş səfirdən SENSASİON SÖZLƏR
20 Fevral 2019 Kür daşqını, Şimal-qərb zəlzələsi və Şamaxı fəlakəti – İlham Əliyevin reaksiyası – Nə dəyişib?
11 Fevral 2019 Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq