b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_dddfff.jpg

Avropa Parlamentində anti-Azərbaycan qətnamə layihəsi: "ermənipərəst, sorosçu..."

Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılmasını, müzakirə olunmasını və müvafiq qərarların qəbul edilməsini dəstəkləyir.

Nümunə kimi, Azərbaycanın BMT-nin müxtəlif komissiyalarında, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, MDB-də və digər qurumlarda fəaliyyəti göstərilə bilər.

Bununla yanaşı, kənar qüvvələrin təsiri altında bəzi təşkilatlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir.

Məsələn, Avropa Parlamentində müəyyən ermənipərəst, "sorosçu" qruplar davamlı şəkildə Azərbaycana qarşı hücumlar təşkil edirlər. Belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb.

Yanvarın 17-də Avropa Parlamentində Azərbaycanla bağlı aparılmış müzakirələr və Mehman Hüseynovla bağlı qəbul olunmuş qətnamə Avropada erməni diasporu, ermənipərəst dairələr və anti-Azərbaycan qüvvələr tərəfindən təşkil olunmuş qərəzli şoudur.

Prezident İlham Əliyev Avropa Parlamentinin əvvəllər qəbul etdiyi belə qərəzli sənədlərə hələ 2015-ci ildə münasibət bildirmişdi.

https://azertag.az/xeber/884925

Qətnamənin həmmüəlliflərindən biri Rebekka Harms Sorosun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri var.

Sözügedən qətnamə Mehman Hüseynov amilindən istifadə edərək və qəsdən məsələni şişirdərək, Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir.

Bu ilin 17 yanvar tarixində Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin müzakirələrində ilk çıxış edən AP üzvü, eyni zamanda Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms (Almaniya, Yaşıllar qrupu) məsələ ilə bağlı Azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib.

Maraqlıdır ki, AP-də keçirilən təcili dinləmələr ilə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-nə, nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə hər hansı müraciətin daxil olmadığı bildirilir.

Müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri çıxışında fundamental hüquqları pozulmuş 1 milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünü heç yadına belə, salmayıb. Bu, AP üzvlərinin ikiüzlülüyünü göstərir.

Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının Ticarət Komissarı Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğuladı və qeyd etdi ki, Aİ-nin diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o, aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradacaq vəziyyət yoxdur.

Qətnamədə xüsusi ağırlıq verilən məqamlardan biri Azərbaycan qey, lesbian və digər seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsidir.

Önəmli bir məqam isə M.Hüseynovun qardaşı Emin Hüseynovun qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə təlaş içində elektron məktub ünvanlamasıdır. Məktubunda komissar Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyasını dayandırdığı barədə sözlərindən böyük peşmançılıq keçirdiyi hiss edilən qardaş Hüseynov özü bunu “şok oldum” kimi yazır. Maraqlıdır o, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok düşüb, yoxsa Mehman Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən dərin məyusluq keçirib?

Strasburqa AP üzvləri ilə görüşlər keçirərək, hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan Emin Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciət bir daha onu göstərir ki, bu insanı qardaşı Mehman Hüseynovun taleyi maraqlandırmır, o, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini ifa edir.

Diqqətimizdən yayınmayan bir məqam da AP-nin qəbul etdiyi qətnamə barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Görünür, qətnamənin qəbulunu onlar gözləyirdilər. Şübhəsiz ki, bu məsələdə AP "dəyirmanına su tökənlər"in kim olduğu heç kimə sirr deyil.

AP qətnaməsinin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Lakin bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar.

Digər tərəfdən, Azərbaycan Avtopa İttifaqının üzvü deyil və bu kimi qurumların qıbul etdiyi qərarlar Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.

Azərbaycan öz milli maraqları çərçivəsində istənilən dövlətlə, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazırdır, lakin heç bir halda təzyiq və diktat metodlarını qəbul etmir və etməyəcəkdir.

Azərbaycanın öz inkişaf yolu, bütün məsələlərə, o cümlədən, demokratik inkişafa öz baxışı var və ölkəyə kənardan zorla hər hansı şərtin qəbul etdirilməsi mümkün deyil.

17 İyul 2019 Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ: İstanbul yerlə yeksan olacaq
16 İyul 2019 Nazirlik: İşdən qanunsuz çıxarılan 77 nəfər işlərinə bərpa edilib
15 İyul 2019 DSX "Keşikçi dağ"dakı insidentlə bağlı məlumat yaydı
12 İyul 2019 Vilayət Eyvazov: "Son altı ayda 12411 cinayət qeydə alınıb"
11 İyul 2019 Elin Süleymanov: Ağ Ev və Kreml Azərbaycanı sabitlik lövbəri hesab edir
09 İyul 2019 İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun təkbətək görüşü olub
08 İyul 2019 Zakir Həsənov: "Ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir" - VİDEO
04 İyul 2019 Trampın ölümü, nüvə müharibəsi və Putin-Şoyqu görüşü xəbərləri niyə yayıldı?
27 İyun 2019 Milli Məclis əmək pensiyalarının artımına səs verdi
25 İyun 2019 Bütün dünyanın gözü ORA DİKİLDİ: əgər razılaşmasalar, yer-yerindən oynayacaq
24 İyun 2019 İranlı admiraldan ABŞ-a XƏBƏRDARLIQ
21 İyun 2019 Ankaradan Vaşinqtona şillə kimi cavab
20 İyun 2019 Ağ Evdə Qarabağ danışıqları: Məmmədyarov Boltonla nələri danışdı?
19 İyun 2019 Əli Həsənov: "Sivilizasiyalar arasında dialoq dövlətin yürütdüyü ali siyasi kursdur"
18 İyun 2019 Zakir Həsənov: "Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir"
14 İyun 2019 Əli Əhmədov: "Bütün nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir"
12 İyun 2019 Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
10 İyun 2019 Azərbaycan XİN cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib
03 İyun 2019 Vanqadan PROQNOZLAR: Avropa müsəlmanların əlinə keçəcək, yeni din yaranacaq və...
31 May 2019 Deputat Azərbaycan ordusuna çağırış etdi: “Paşinyanı snayperlə vurun!”