b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_xvdgfh.jpg
“AŞ PA həmməruzəçi Azərbaycan hakimiyyətinin ünvanına əsassız iddialar səsləndirib”

Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Schennach sərsəm açıqlama ilə çıxış edib. 

Missiya.Az xəbər verir ki, Schennach “AzadlıqRadiosu”na Mehman Hüsyenovun guya işgəncələrə məruz qaldığına dair açıqlama verib. 

“Mehman işgəncəyə məruz qalıb. Ona qarşı cinayət törədilməsinə cəhd edilib. Ona qarşı işgəncə, 70-80-ci illərdə Cənubi Amerikada hərbi rejimlərdəki işgəncəyə bənzəyir”. 

AŞ PA həmməruzəçisi bir qədər də irəli gedərək qeyri-etik ifadələrə yol verib və mandatından kənara çıxaraq ictimaiyyəti etiraza səsləyib.

AŞ PA nümayəndəsinin çıxışı heç bir sənədə və fakta əsaslanmır. Tərəddüd etmədən deyə bilərik ki, beynəlxalq təşkilatı təmsil edən şəxsin belə bir sərsəm açıqlama verməsinin kökündə anti-Azərbaycan mövqeyi dayanır.

b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_maxresdefault.jpg

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşilatının sədr müavini Ramin Əhmədov Stefan Schennachin fikirlərinə münasibət bildirərkən qeyd edib ki, bu kimi çıxışların arxasında Azərbaycanı müstəqil siyasətdən çəkindirmək və kənardan idarəolunan vəziyətə salmaq məqsədi dayanır: “Dövlətimizin yeritdiyi müstəqil xarici siyasət bəzi dairələri narahat edir. Onlar Azərbaycana təzyiq etmək üçün müxtəlif yollar axtarırlar. AŞPA həmməruzəçi Azərbaycan hakimiyyətinin ünvanına əsassız iddialar səsləndirib. Özü də siyasi etikaya yaraşmayan sözlər işlədir. Mehman Hüseynov harada və kimə deyib ki, ona işgəncə verilib? Hamı onun şəkillərini gördü, hüquq müdafiəçiləri ilə görüşündə dediyi fikirlərə tanış oldu. Saxlanma şəraitindən, təcridxana əməkdaşlarının rəftarından şikayəti yoxdur”.

Ramin Əhmədov Azərbaycan barədə əsası olmayan məlumatları xaricdə yaşayan bir qrup xəyanətkarın ötürdüyünü deyib: “Mühacir adı ilə Avropa ölkələrinə sığınanlar anti-Azərbaycan şəbəkələrinin təsiri altındadırlar. Burada ermənilərini maraqların müdafiə edən mərkəzlər də var. AŞPA həmməruzəçisinin belə bir bəyanatla çıxış etməsinin kökündə, qeyd etdiyimiz anti-milli qüvvələrin ötürdüyü qərəzli məlumatlar və erməni dairələrin sifarişi dayanır. Mehman Hüseynov kimdir ki, onun həbsinə Avropanın nüfuzlu təşkilatının nümayəndələri münasibət bildirib? Stefan Schennachın Azərbaycana qarşı qərəzli mövqeyini bu günə qədər az müşahidə etməmişik. Bu dəfə də o, qərəzini gizlədə bilməyib və üstəlik, əndazəni aşaraq qeyri-etik ifadələr işlədib”.

R.Əhmədov sonra AŞ PA təmsilçilərini regionun ən güclü ölkəsi olan Azərbaycana qarşı qərəzli mövqe tutmaqdan çəkinməyə çağırıb: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır, nüfuzlu beynəlxalq təşkilarlarla sıx əməkdaşlıq edir. Dövlət başçısı münasibətlərin daha da yaxşılaşmasında maraqlıdır. O, ölkənin qapılarını heç kəsin üzünə bağlamır. Ölkədə iqtisadi və siyasi islahatlar getdikcə daha da sürətlənir. AŞ PA təmsilçiləri, simasını itirmiş ermənilərlərlə və anti-Azərbaycan ruhlu başıpozuq dəstələrlə deyil, məhz Azərbaycan iqtidarı ilə əməkdaşlıqa maraqlı olmalıdır”.


 
19 İyun 2019 "Prezident həmişə vətəndaşın yanındadır" - Davamlı sosial siyasət və nümunəvi dövlət modeli
18 İyun 2019 Minimum aylıq əməkhaqqı artırıldı - SƏRƏNCAM
18 İyun 2019 "Cəmiyyət müharibəyə hazır olmalıdır" - Hazırıqmı?
18 İyun 2019 8 nəfərin güllələndiyi qan davasının TƏFƏRRÜATLARI – VİDEO
17 İyun 2019 İmamoğlundan Binəli Yıldırıma maraqlı hədiyyə - VİDEO
15 İyun 2019 Çingiz Mustafayevin ölümündən 27 il ötdü - Milli Qəhrəmanın həyatı
15 İyun 2019 Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilir
14 İyun 2019 Gəncədə "Son zəng" - FOTOLAR
14 İyun 2019 Azərbaycanlı idmançı toyunda xanımı ilə “yumruqlaşdı”
14 İyun 2019 Yeznəsini güllələyən “Hozu Rauf” saxlanılıb – VİDEO
13 İyun 2019 Baş redaktor dövlətə xəyanətə görə həbs edildi - DTX-nın əməliyyatı - FOTO
12 İyun 2019 Elman Babayev vəzifəsindən azad edildi
12 İyun 2019 Azərbaycanda tanınmış şair HƏBS EDİLDİ - FOTO
12 İyun 2019 Qonşu ölkə 4 günlük iş həftəsinə keçir
12 İyun 2019 İlham Əliyev “Yanardağ” qoruğunun açılışında - FOTO
11 İyun 2019 Millimiz Bakıda rusvayçı hesabla uduzdu
11 İyun 2019 Metro üçün alınan yeni vaqonlar artıq Bakıdadır - FOTOLAR
11 İyun 2019 Bəxti gətirmiş xalq və ya 9 iyundan başlayan Qurtuluş GÜNÜ
11 İyun 2019 “Heydər Əliyev olmasaydı, dövlət mövcudluğunu itirəcəkdi” – Ramin Əhmədov
11 İyun 2019 Bakıda avtomobil magistral yolda belə “uçdu” – REAL VİDEO