b_550_325_16777215_00_images_xeber_sekilleri__22.12.2018_dasdsds.jpg

ABŞ Nümayəndələr Palatası federal hökumətin maliyyələşdirilməsi ilə bağlı iki qanun layihəsi qəbul edib: bunlardan biri fevralın 8-nə qədər Daxili Təhlükəsizlik Nazirliyiniə vəsait ayrılmasını, digəri isə sentyabrın 30-dək ABŞ-ın yerdə qalan qurumlarına vəsait ayrılmasını nəzərdə tutur.

Missiya.Az RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd olunur ki, hər iki sənəd ABŞ-Meksika sərhədində divar tikintisi üçün pul ayrılmasını nəzərdə tutmur.

Agentliyin məlumatına görə, hər iki qanun layihəsi əksəriyyətin demokratlara məxsus olduğu Nümayəndələr Palatasının konqresmenlərinin böyük hissəsəsi tərəfindən dəstəklənib. Eyni zamanda Senatda respublikaçıların əksəriyyətinin rəhbəri Mitç Makkonnell partiyasının bu sənədləri dəstəkləməyəcəyini söyləyib.

Xatırladaq ki, dekabrın 22-də Konqresin yeni büdcə ilə bağlı razılıq əldə edə bilməməsi səbəbindən ABŞ-ın bir sıra federal qurumları işini qismən dayandırmış və "şatdaun" rejiminə keçid etmişdi.

ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar tikintisinin maliyyələşdirilməsi üçün 5 milyard dolların nəzərdə tutulmayacağı təqdirdə büdcəni imzalamaq niyyətində deyil, demokratlar isə belə xərclərin olduğu sənədi dəstəkləməyə hazır deyil.

22 Fevral 2019 “DSX-nin hərbi potensialı ciddi səfərbər olunub” - GENERAL
21 Fevral 2019 "Mehriban Əliyeva Azərbaycanın adını bütün dünyada daha da ucaldıb" - Rob Sobhani
20 Fevral 2019 Kür daşqını, Şimal-qərb zəlzələsi və Şamaxı fəlakəti – İlham Əliyevin reaksiyası – Nə dəyişib?
18 Fevral 2019 “Mən Putinə inanıram!” – Trampdan sərt BƏYANAT
13 Fevral 2019 İran ona qurulan tələyə Azərbaycanı salmaq istəyir – Gizli plana Bakının cavabı necə olacaq?
11 Fevral 2019 Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq
08 Fevral 2019 7 ölkədən Türkiyə ilə MÜHARİBƏ HAZIRLIĞI: Vaşinqtonda qurulan ittifaqın ŞOK HƏDƏFİ
31 Yanvar 2019 Sevincin tikdiyi torba – “Əsl müxalifət” kimdir?
29 Yanvar 2019 Gözlənilən tabut və “mərsiyə” deyən xalalar – Avropa Parlamenti niyə susur?
25 Yanvar 2019 Qarabağ bu şərtlərlə qaytarılacaq - “Bolton planı”nın DETALLARI İLK DƏFƏ ORTAYA ÇIXDI
18 Yanvar 2019 Azərbaycana qarşı məkirli ssenari - AP-dakı "sorosçular" nə istəyir?
09 Yanvar 2019 PKK ilə Əsəd rejiminin “bazarlığı” – Terrorçular hansı şərtləri irəli sürdü?
07 Yanvar 2019 İranda sistemdaxili yenilənmə - hakimiyyətə “komsomollar” gəlir
14 Dekabr 2018 İlham Əliyev Avropaya "Qarabağ Azərbaycanındır" dedirtdi - BİZİM ŞƏRH
10 Dekabr 2018 Paşinyanı çətin günlər gözləyir: Qarabağda silahlı üsyan və Azərbaycanın hücumu - ŞƏRH
06 Dekabr 2018 Üçüncü devalvasiya nə vaxt ola bilər? - AÇIQLAMA
05 Dekabr 2018 Əli Həsənov: Məmurun ana dilini bilməməsi onun qəbahətidir
29 Noyabr 2018 ABŞ-da MÜHARİBƏ ELANI SAYILACAQ: Putindən sonra Ərdoğan da təsdiqlədi
28 Noyabr 2018 "Xaricdəki anti-Azərbaycan şəbəkəsinin sifarişli qrantlar üzərində dayandığına şübhə qalmadı"
27 Noyabr 2018 Qanun dəyişdi: Azərbaycanda işsizlərə 12 ayadək əlavə pul ödəniləcək