vffhgfhg.jpg
Azərbaycan xarici siyasətdə daha bir uğura imza atıb. Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Azərbaycanın maraqlarına tam cavab verən qətnamə qəbul edilib. 

Missiya.Az xəbər verir ki, qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb olunur. Yeni qətnamə Azərbaycanın maraqlarına tam cavab verir. 

Sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Bu hesabatda vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. 

Dəfələrlə, Avropa təşkilatlarının ölkəmizə qarşı ədalətsiz qətnamələr qəbul etməsinin şahidi olmuşuq. Amma bu dəfə tam fərqli bir mənzərə yaşanır. Ermənistan nümayəndələrinin səylərinə baxmayaraq, Avropa İttifaqı mövqeyini açıq şəkildə bəyan edib. Avropa rəsmiləri bəyan ediblər ki, Qarabağ məsələsinin tənzimlənməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Bu Azərbaycan diplomatiyasının, xüsusilə prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir!

Ermənistan hakimiyyəti və lobbisi isə ağır məğlubiyyətə uğradı! Əksinə də ola bilərdi. Çünki iclasda, Ermənistan hakimiyyətinin mövqeyini əks etdirən “xalqların öz müqəddəratını təyin etmə” prinsipi də müzakirə olunub. Amma bu prinsiplər qəti şəkildə rədd edilib. Əlbəttə ki, İrəvanın irəli sürdüyü prinsiplərin rədd edilməsi və Bakının maraqlarına cavab verən qətnamənin qəbul edilməsi uğurlu nəticədir. 

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_14938688975179662059_1000x669.jpg

Məlumdur ki, Ermənistan hakimiyyəti və lobbisi Avropanın nüfuzlu təşkilatlarında Azərbaycan əleyhinə qərar çıxarmaq üçün canla-başla çalışırlar. İşğalçı rejim xalqın pullarını Azərbaycana qarşı apardığı kompaniyalara xərcləyir. Bu məsələdə erməni lobbisinə “sapı özümüzdən olan baltalar da” dəstək verir və işğalçıların mövqeyindən çıxış edirlər. İlham Əliyevin qətiyyətli mövqeyi, öz mövqeyində davamlılığı, Avropanı ədalətə səsləməsi isə nüfuzlu təşkilatları Azərbaycan həqiqətlərini qəbul etməyə məcbur etdi. Artıq dünya Azərbaycan həqiqətlərini qəbul etməyə başlayıb. 

Maraqlıdır ki, Azərbaycan hakimiyyətini Qarabağla bağlı uğurlu siyasət aparmamaqda ittiham edən “siyasətçilər” bu qələbəmizə hansı çirkin mövqedən yanaşacaqlar? Yəqin ki, heç bir uğurumuzu gözü götürməyən bu bədxaxlar yenə nəsə taparlar! Bu qələbə Azərbaycan xalqının və prezident İlham Əliyevin bir-birinə olan etimadının nəticəsidir. İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan heç vaxt işğal olunmuş torpaqların itirilməsi ilə barışmayacaq. 

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_dagliq_qarabag_2.jpg

İlham Əliyev 15 il ərzində səbirli siyasət apardı. Heç bir dövlətin, siyasi təşkilatın digər ölkələrə qarşı apardığı kompaniyada iştirak etmədi. Siyasi, iqtisadi və hərbi hədəfini yalnız Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltdi. Onun apardığı düşünülmüş siyasət Ermənistanı həm hərbi, həm siyasi, həm də iqtisadi cəhətdən tənəzzülə uğradır. 

Hərbi cəhətdən: Azərbaycan ordusu öz maliyyə vəsaitimiz hesabına hər növ müasir hərbi texnika ilə təchiz olunub. Ermənistan ordusu isə Rusiyanın işlənmiş silahları ilə gününü keçirir. Bütün dünya 2016-cı ilin aprelində Azərbaycan ordusunun gücünü gördü. Əlavə şərhə ehtiyac yoxdur… 

Siyasi cəhətdən:
 Azərbaycanın apardığı təcrid siyasəti kriminal rejimin sonunu gətirdi. Keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi rejim çökdü və “məxməri inqilab” baş verdi. Bu inqilabın baş verməsində Azərbaycanın payı danılmazdır. Yəni, Azərbaycan Ermənistanı təcrid vəziyyətinə saldı və işğalçı rejimin apardığı siyasətdən cana yığılan xalq üsyana qalxdı. Yeni hakimiyyətin Rusiya ilə münasibətləri isə çox pisdir və bu Azərbaycanın maraqlarına cavab verir. Azərbaycan hakimiyyəti bu vəziyyətdən milli maraqlarımıza uyğun şəkildə istifadə edir. 

İqtisadi cəhətdən:
 Məlumdur ki, regionda prezident İlham Əliyevin imzası olmadan heç bir iqtisadi layihə həyata keçirilə bilməz. Ermənistan isə Qarabağı işğal altında saxladığı üçün Qafqazda həyata keçirilən enerji və nəqliyyat layihələrində iştirak edə bilmir. Super güclər dəfələrlə Ermənistanı Azərbaycanın həyata keçirdiyi layihələrə qoşmaq istəyib. Amma İlham Əliyev bu təklifə qəti şəkildə “yox” deyib.

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_DSC_4869.JPG

Aydındır ki, hərbi və siyasi inkişafın əsasını iqtisadiyyat təşkil edir. İqtisadiyyatı güclü olmayan dövlət nə hərbi, nə də siyasi uğur qazana bilməz. Ermənistan hazırda belə bir situasiyadadır. 

Siyasi gərginliyin günbəgün artdığı Ermənistanda, sosial vəziyyət də get-gedə ağırlaşır. Parlament seçkilərində qələbə qazanan və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan xalqa verdiyi iqtisadi vədləri yerinə yetirməlidir. Paşinyan mitinqlər zamanı bəyan etmişdi ki, Ermənistanda hakimiyyətə gəlsə, iqtisadi inqilab edəcək. Nikol artıq hakimiyyətini möhkəmləndirib. Amma hələ ki, iqtisadi inqilabdan söhbət belə getmir. 

Paşinyan hazırda Rusiya prezidenti Vladimir Putindən seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik gözləyir. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova isə Paşinyanın arzusunu ürəyində qoyub. Zaxarova erməni jurnalistin “Putin Paşinyanı niyə təbrik etmədi?” sualına kinayəli və diplomatik cavab verib. Zakarova sualı belə cavablandırıb: “Mənə elə gəlir ki, bu bir kişiyə səni sevib-sevmədiyini soruşmağa bənzəyir. Halbuki o, bunu dəfələrlə söyləyib”. Erməni jurnalist daha sonra "Təbrik olacaqmı?" sualını ünvanlayıb. Zaxarova isə cavabında "Mən artıq cavabı verdim" deyib. 

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_415906527.jpg

Paşinyanın üzünü nə Avropa, nə də ki, Rusiya güldürmür... 

Bu arada Strasburqda Azərbaycanın maraqlarına cavab verən qətnamə Nikol Paşinyanın seçkilərdə qələbə qazanmasından bir neçə gün sonra qəbul edilib. Paşinyan kreslosunda yerini rahatlamamış ona zəng edib dedilər ki, Avropa İttifaqı “Qarabağ məsələsinin tənzimlənməsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür”,- cümləsinin yer aldığı qətnamə qəbul etdi. Bu yeni hakimiyyətə gələn və xalqına böyük vədlər verən bir siyasətçi üçün çox ağır zərbədir. 

Məlumdur ki, dünyada bütün siyasi və iqtisadi müharibələrin başını Rusiya və Qərb çəkir. Tam əminlikdə deyə bilərik ki, İlham Əliyev Paşinyanı hakimiyyətə gəldiyi ilk günlərdə həm Qərb, həm də Rusiya cəbhəsində məğlubiyyətə uğradıb. Qəbul olunan son qətnamə ilə İlham Əliyev Ermənistan hakimiyyətinə bir daha yerini göstərdi. Bu qətnamə həm də Qərbin Paşinyana yerini göstərməsi deməkdir. Həm Qərbdən, həm də Rusiyadan sıxışdırılan Paşinyanın heç qondarma Dağlıq Qarabağ rejimi ilə də münasibətləri yaxşı deyil. Çox ehtimal ki, “məxməri inqilab” dalğası Dağlıq Qarabağa sıçrayacaq. Nəticələri isə Ermənistan üçün çox ağır olacaq. 

b_550_325_16777215_00_images_xeber_sekilleri__11.12.2018_resizer.jpg

Xarici siyasətimizdəki bu uğurların fonunda prezident İlham Əliyevin dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışa nəzər yetirmək yerinə düşər. Prezident çıxışı zamanı bəyan edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb: “İşğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olmuşdur. O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik”.

Prezident İlham Əliyevin bu bəyanatını yaxın müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret nəticələrin olacağına bir işarə kimi qiymətləndirmək olar. Hazırda dünyada, regionda baş verən iqtisadi və siyasi proseslər Azərbaycanın maraqlarına xidmət edir.

Elvin Məmmədov
Missiya.Az
22 Avqust 2019 Əli Həsənov: "Hamı Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi"
21 Avqust 2019 "Zorla, məcburiyyətlə bu məsələnin həllini görmürəm"- Allahşükür Paşazadə
19 Avqust 2019 Əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
16 Avqust 2019 Ermənilər Naxçıvanda təxribat törətdi - əsgərimiz yaralandı
14 Avqust 2019 Siyavuş Novruzov: DSX-nın Ermənistanla sərhəddə yeni əraziləri nəzarətə götürməsi başlanmış prosesin davamıdır
09 Avqust 2019 Pentaqondan Trampı təkzib edən ŞOK açıqlama: “İŞİD yenidən canlanmağa başlayıb”
08 Avqust 2019 Səməd Seyidov: “Kişisənsə, bunun arxasında dayan!”
07 Avqust 2019 Azərbaycan XİN-dən daha bir Paşinyan AÇIQLAMASI
06 Avqust 2019 Avstraliya XİN: "Dağlıq Qarabağı müstəqil dövlət olaraq tanımırıq"
05 Avqust 2019 “Müxalifət” adı altında anti-milli qrup formalaşıb..." - Əli Əhmədov
02 Avqust 2019 Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu yola düşüb
30 İyul 2019 Koçaryan Ermənistan üçün dəhşətli SSENARİNİ AÇIQLADI
29 İyul 2019 Prezident İlham Əliyev Fransanın İqtisadiyyat və Maliyyə nazirini qəbul edib
28 İyul 2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı yüksək səviyyədə keçdi - Azad Rəhimov
25 İyul 2019 İlham Əliyev dövlətçiliyin keşiyində, antimilli qruplar hakimiyyət eşqində...
24 İyul 2019 Azərbaycanda miqrasiya ilə bağlı yeni tələblər qüvvəyə mindi
22 İyul 2019 Əli Əhmədov: "Azərbaycanda bütün sahələrdə inkişaf özünü göstərir”
20 İyul 2019 ABŞ Konqresi Türkiyəyə qarşı hərəkətə keçir
17 İyul 2019 Ərdoğandan diplomatlara hücuma ilk reaksiya
17 İyul 2019 Türkiyə üçün DƏHŞƏTLİ XƏBƏRDARLIQ: İstanbul yerlə yeksan olacaq