b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_nbnnmm.jpg

Xəbər verdiyimiz kimi, Ermənistanda parlament seçkiləri başa çatıb.

Missiya.Az xəbər verir ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın təmsil olunduğu “Mənim addımım” bloku 70,43 faiz səslə seçkilərin qalibi elan edilib.

 “Çiçəklənən Ermənistan” partiyası 8,27 faiz səslə ikinci yeri, “İşıqlı Ermənistan” partiyası isə 6,37 faiz səslə üçüncü yeri tutub.

Seçkilərin nəticələrindən məlum olur ki, Ermənistanın yeni parlamentində yalnız Nikol Paşinyan və onun inqilabdakı müttəfiqləri olacaq.

Maraqlı məqamlardan biri isə keçmiş prezident və baş nazir Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının parlamentdən kənarda qalmasıdır. Bu fakt onu göstərir ki, Paşinyan “Qarabağ klanı”nı tamamilə sıradan çıxardı və onların Ermənistandakı 20 illik hakimiyyətinə son qoydu. Paşinyan seçkilərdən əvvəl Ermənistana yeni investisiya cəlb edəcəyini və Qarabağ probleminin həlli ilə bağlı ciddi addımlar atacağını demişdi. İndi isə qalib oldu və Ermənistan əhalisi Paşinyandan çox məsələlərin həllini gözləyir.

b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_pasinyan.jpg

Ermənistanda keçirilən parlament seçkilərini Missiya.Az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Paşinyanın parlamentdə üstünlük əldə etməsi onun daha inamlı, digər partiyalarla əlaqə qurmadan hərəkət etməsinə imkanı yaradır: “Nikol Paşinyanın qarşısında duran ən mühüm məsələlərdən biri ölkədə iqtisadi islahatlar aparmaqdır. Hazırda Ermənistan tənəzzülə doğru gedir. Düzdür, Paşinyan “məxməri inqilab” baş verən zaman xarici investisiyanın cəlbi və Ermənistanın çiçəklənməsi ilə bağlı populist şüarlar səsləndirmişdi. Amma indi bu vədləri reallığa çevirməyin vaxtıdır. Paşinyan ötən 7 ay ərzində demək olar ki, heç bir uğurlu nəticə əldə etməyib. Əksinə vəziyyət pisləşdi”.

Qabil Hüseynli deyib ki, Paşinyan Qarabağ probleminin həlli ilə ciddi sürətdə məşqul olarsa, verdiyi vədləri yerinə yetirə biləcək: “Çünki Ermənistan bölgədə təklənmiş dövlətdir. Hətta demək olar ki, blokadadadır. Azərbaycan isə bölgədə irimiqyaslı layihələr həyata keçirən regional gücdür. Paşinyan Azərbaycanla münasibətləri qaydaya sala bilsə, yəni, işğalçı rejim imicindən azad olub, bölgədəki proseslərə qoşulsa, inkişafdan söhbət gedə bilər. Mən düşünmürəm ki, Paşinyan Qarabağ probleminin həlli ilə bağlı hər hansı yenilik etsin. Çünki o, hələ “məxməri inqilab” zamanı Qarabağla bağlı sərt bəyanatlar səsləndirirdi. Hətta qondarma rejimin danışıqlar prosesində iştirakını tələb edirdi. Düşünürəm ki, bundan sonra da Paşinyan xalqını yalan vədlərlə aldadacaq”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_2792936576e70a1733141466855585_Qabil_Huseynov.JPG

Politoloq bildirib ki, Ermənistanda qərbyönümlü partiyalar hakimiyyəti tam ələ keçirdi: ““Çiçəklənən Ermənistan”  və “İşıqlı Ermənistan” partiyaları qərbdən dəstək alır. Parlament seçkilərində qalib partiyalardan oldular. “Qarabağ klanı”nın təmsil olunduğu Respublikaçılar Partiyası isə parlamentdən kənarda qaldı”.

Rusiyanın məsələlərə müdaxilə etməməsindən danışan politoloq bildirib ki, rəsmi Moskvanın Ermənistandakı hadisələrə sərt müdaxilə etməməsinin səbəbləri var: “Mənim fikirimcə, rəsmi Moskva başa düşür ki, hadisələrə sərt müdaxilə etsə, Rusiyanın ermənilərlə münasibəti gərginləşəcək. Amma digər tərəfdən Rusiya çox rahatdır. Çünki Ermənistanın bütün enerji sistemi nəzarətindədir. Ona görə də Ermənistanda baş verən hadisələrə çox da sərt müdaxilə etmədi”.

“Atlas Araşdırmalar Mərkəzinin” rəhbəri, siyasi exspert Elxan Şahinoğlu isə deyir ki,  Ermənistanda parlament seçkiləri gözlənilən nəticəni verdi. Politoloqun sözlərinə görə,  bu qələbə gələcəkdə Paşinyan və komandası üçün bir sıra çətinliklər yaradacaq.

“Nikol Paşinyanın bloku qalib gəldi. Ancaq Paşinyanın bloku ilə birlikdə daha iki partiya parlamentdə təmsil olunmaq hüququ qazandı. Bu da gələcəkdə Paşinyan və komandasının bir sıra çətinliklərlə üzləşəcəyi mənasına gəlir. Bundan sonra deyərdim ki, Ermənistanı çox qarışıq günlər gözləyir. Paşinyan artıq çox güclü bir müxalifətlə mübarizə aparmağa məcburdur. Daha bir problem isə Paşinyanın öz tərəfini seçə bilməməsidir. Amma deyərdim ki, bu da müvəqqəti haldır. Ən yaxın zamanda Paşinyan öz tərəfinin Rusiya olduğunu anlayacaq. İrəvan heç vaxt Moskvanın boyunduruğundan çıxa bilməz. Bunu hazırki baş nazir də yaxşı bilir”, - deyə Elxan Şahinoğlu bildirib.

Ekspert deyir ki, Ermənistan Rusiya boyunduruğunda olsa belə, Paşinyan Qərbə meyilli şəxsdir: “Paşinyan onlarla da münasibətini yaxşı saxlamağa çalışacaq. Düşəcəyi bu girdabdan isə necə çıxacağı qeyri-müəyyəndir. Paşinyan artıq hakimiyyətə gəlmək əhaliyə söz verdiyi kimi sosial-iqtisadi məsələləri də həll etməlidir. Ancaq Ermənistanın hazır ki, dövlət büdcəsini nəzərə alsaq bu mümkün deyil. Bundan əlavə həmin vədlərə əməl etmək üçün obyektiv gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən siyasi kurs müəyyənləşdirmək gərəkdir. Müşahidələr isə göstərir ki, hazırki hakimiyyət bu mövqedən çox uzaqdır. Əksinə meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyəcək”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_elxan-sahinoglu.jpg

E.Şahinoğlunun fikrincə, başqa bir məsələ isə Paşinyanın əsirlərin dəyişdirilməsinə və Qarabağ probleminə yanaşmasıdır: “Bu günə qədər Paşinyan əsirləri dəyişməyə ehtiyat edirdi. Düşünürdü ki, əhali arasında Ramil Səfərov effekti yaranar. Və nəticədə reytinqi aşağı düşə bilərdi. İndi isə vəziyyət fərqlidir. Artıq əsirləri qaytara bilər. Çünki Azərbaycandakı erməni əsirlərin ailələri İrəvanda bir neçə küçəni bağlayıb, övladlarının qaytarılması, əsirlərin dəyişdirilməsi üçün etiraz aksiyası keçiriblər. Qarabağ probleminə gəldikdə isə Paşinyanın müsbət yanaşması ütopik bir xəyal kimi görünür”.

Ekspertin fikrincə, ermənilərin Qarabağı qaytarmamaq üçün bir neçə əsaslı səbəbləri var:

“1. Rusiya faktıdır. Rəsmi Moskva İrəvana Qarabağın qaytarılması üçün icazə verməlidir.

2. Qarabağ erməniləri. Onsuz da ölkədə parçalanma var. Paşinyan sülh danışıqları başladığı halda Qarabağ erməniləri ilə vəziyyətin daha da gərginləşəcəyini, hətta silahlı üsyanların baş verə biləcəyini nəzərə alaraq danışıqlardan yayınacaq.

3. Qarabağın təbii sərvətləri. Paşinyana bundan sonra daha çox pul lazım olacaq. Təkcə Kəlbəcərdəki qızıl yataqları Ermənistanın dövlət büdcəsinə milyonlarla dollar pul qazandırır. Paşinyan bu puldan imtina edə bilməz. Qarabağ probleminin həlli üçün isə Azərbaycana güc yolundan başqa yol qalmır. Cəbhədə yaxın günlərdə gərginlik dəfələrlə artacaq. Və müharibə ehtimalı çox yüksəkdir”.

Elvin Məmmədov
Missiya.Az

 

 

 

17 Yanvar 2019 Almaniyadan Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Yaxın vaxtlarda...
16 Yanvar 2019 Vüqar Rəhimzadə:"Struktur islahatları çox əhəmiyyətlidir" - AÇIQLAMA
15 Yanvar 2019 Hərbi sənayemizdə yeni dövr - Prezident fərmanının əhəmiyyəti - ŞƏRH
14 Yanvar 2019 İslahatlar başlayır: Bu nazirlər və komitə sədrləri işsiz qala bilər
10 Yanvar 2019 “Azərbaycanı müstəqil siyasətdən çəkindirmək istəyirlər” – Ramin Əhmədov
09 Yanvar 2019 PKK ilə Əsəd rejiminin “bazarlığı” – Terrorçular hansı şərtləri irəli sürdü?
07 Yanvar 2019 İranda sistemdaxili yenilənmə - hakimiyyətə “komsomollar” gəlir
04 Yanvar 2019 ABŞ Nümayəndələr Palatası yeni büdcə layihəsini qəbul edib
14 Dekabr 2018 İlham Əliyev Avropaya "Qarabağ Azərbaycanındır" dedirtdi - BİZİM ŞƏRH
06 Dekabr 2018 Üçüncü devalvasiya nə vaxt ola bilər? - AÇIQLAMA
05 Dekabr 2018 Əli Həsənov: Məmurun ana dilini bilməməsi onun qəbahətidir
29 Noyabr 2018 ABŞ-da MÜHARİBƏ ELANI SAYILACAQ: Putindən sonra Ərdoğan da təsdiqlədi
28 Noyabr 2018 "Xaricdəki anti-Azərbaycan şəbəkəsinin sifarişli qrantlar üzərində dayandığına şübhə qalmadı"
27 Noyabr 2018 Qanun dəyişdi: Azərbaycanda işsizlərə 12 ayadək əlavə pul ödəniləcək
26 Noyabr 2018 Rusiyanın BÖYÜK PLANI: Bu ərazilər nəzarətə götürüləcək və... - ŞƏRH
22 Noyabr 2018 Azərbaycanda növbəti Prezident seçkiləri bu tarixdə keçiriləcək - Seçki Məcəlləsi DƏYİŞDİRİLİR
15 Noyabr 2018 Səfirlər tacirə çevriliblər - "XİN-də böyük qüsurlar var"
10 Noyabr 2018 "Yeni Müsavat"dan heç kəs hakimiyyətə gəlmək istəmir" - Rauf Arifoğlu
08 Noyabr 2018 Səfir Azər Xudiyev özü özünü təkzib edir – Dünən Tələt Əliyev bu gün Səbinə Həşimova
08 Noyabr 2018 Qaşıqçını "Pələng dəstəsi" öldürüb - Cinayətin ÜSTÜ AÇILDI