b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_dfvdgdfgfg.jpg

Maliyyə naziri Samir Şərifovun manatın devalvasiyası ilə bağlı verdiyi açıqlama geniş müzakirələrə səbəb olub. 

Missiya.Az 
xəbər verir ki, nazir “Azərbaycana milli valyuta məzənnəsinin həddən artıq möhkəmlənməsi lazım deyil”,- fikirini irəli sürüb.

Samir Şərifov fikirini belə əsaslandırıb: “Çox güclü manat Azərbaycan istehsalçılarının ixrac potensialına mənfi təsir edir. Onların məhsulları ixrac üçün daha az rəqabətə davamlı olur. Digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, çünki idxal olunan mallar daha da ucuzlaşır”.

Nazir bu açıqlamanı dünya bazarında neftin qiymətinin ucuzlaşdığı bir vaxtda verib. Dünya bazarında Azərbaycan neftinin bir barrelinin qiyməti 64 dollara düşüb. Yaxın müddətə qədər “qara qızılın” qiyməti 70-75 dollar arasında dəyişirdi. “Qara qızıl”ın qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri hər kəsə məlumdur.

b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_411922325.jpg

Neftin qiyməti biraz ucuzlaşan kimi, manatın devalvasiyası gündəmə gəldi.

İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, neftin qiyməti 50 dollardan aşağı düşərsə isə, məzənnəni saxlamaq çətinləşəcək: “OPEC və OPEC+ ölkələrininin növbəti iclasında neftin 55-60 dollar aralığında qalması haqda müvafiq razılığa gəlinəcək. Bu qiymət aralığı əslində, hamı üçün sərfəlidir. O ki qaldı maliyyə nazirimiz Samir Şərifovun manatın çox da möhkəm olmasının sərfəli olmadığı haqda dediklərinə, bu da aydın məsələdir. Belə ki, nə qədər ki, neftin qiyməti 60 dollar civarındadır, manatın dəyəri ucuzlaşmağa deyil, bahalaşmağa meyillidir. 50 dollardan aşağı düşərsə isə, məzənnəni saxlamaq çətinləşəcək. Belə bir ehtimal isə hələki yoxdur... Olsa belə, hökumət çalışacaq ki, manatı saxlasın... Necə ki, indi bahalaşmağa qoymadığı kimi...”, - Pərviz Heydərov bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_423433_3064585851164_1973607077_n.jpg

 Pərviz Heydərov ABŞ prezidenti Donald Trampın neftin hasilatının artırılması ilə bağlı verdiyi son açıqlamanı da şərh edib: “Tramp OPEC və OPEC+ ölkələrinin növbəti iclası ərəfəsində bəyanat verib ki, inanır ki, hasilat indiki səviyyədən aşağı salınmayacaq. Yəni, ABŞ istəmir ki, neftin dünya bazar qiymətləri bahalaşsın. Ancaq, adıçəkilən kartel ölkələri isə neftin çox da ucuz olmasını istəmir. Yəni, dövlət gəlirləri enerji resurslarından asılı ölkələr də bunda maraqlı deyillər. Odur ki, məsələ qalıb çox mürəkkəb bir vəziyyətdə...” – iqtisadçı bildirib.

Xatırladaq ki, 2015-2016-cı illərdə ABŞ və Rusiya arasında baş verən siyasi mübahisə (Suriya və Ukrayna münaqişələrinə görə münasibətlər gərginləşmişdi) neft qiymətlərinə ciddi təsir etmişdi. Uzun illər baha qiymətə satılan neft, birdən-birə ucuzlaşmağa başlamışdı. Hətta Azərbaycan nefti 30 dollara qədər ucuzlaşdı. Bu səbəbdən Azərbaycanda 2 dəfədevalvasiya baş verdi. Hazırda manatın məzənnəsi 1.70 AZN-dən hesablanır.   2019-cu ilin dövlət büdcəsi layihəsində isə neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur.

Elvin Məmmədov
Missiya.Az

19 Aprel 2019 Dövlətə düşmən kəsilmək və müxalifətçiliyin yeni “standartları”
18 Aprel 2019 Prezident əhaliyə ŞAD XƏBƏR verdi - Maaş və pensiyalar artacaq
17 Aprel 2019 Ramiz Rzayev məhkəmə hakimlərinə xəbərdarlıq etdi
16 Aprel 2019 PA nümayəndəsi: “Ölkəmizdə heç bir dinə digərindən çox üstünlük verilmir”
15 Aprel 2019 Əli Həsənov: Yeni iqtisadi model hazırlanır
11 Aprel 2019 Paşinyan Tonoyanın müharibə bəyanatından danışdı
09 Aprel 2019 Respondentlərin 85.1 faizi İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU
08 Aprel 2019 Müdafiə Nazirliyi: Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır
28 Mart 2019 Nazir: Prezident təqaüdləri 100 faiz artırılıb
18 Mart 2019 Aydın Mirzəzadə: “Prezident Əli İnsanova özünü tapması üçün şans verdi”
16 Mart 2019 Təhlükəli oyun, təxribatçılara açılan qucaq və Kərimlinin konsensusu…
13 Mart 2019 Azərbaycan yeni silahları sınaqdan çıxardı - Lələtəpədən başlayan “Yol xəritəsi”
09 Mart 2019 Azərbaycan bu ölkədən müasir QIRICILAR ALIR - Ermənistanın bütün ümidləri PUÇ OLDU
01 Mart 2019 Prezident Administrasiyasının şöbə müdirindən Nikol Paşinyana - Cavab
27 Fevral 2019 Anti-İran ittifaqı qurulur? - Keçmiş səfirdən SENSASİON SÖZLƏR
20 Fevral 2019 Kür daşqını, Şimal-qərb zəlzələsi və Şamaxı fəlakəti – İlham Əliyevin reaksiyası – Nə dəyişib?
11 Fevral 2019 Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq
08 Fevral 2019 7 ölkədən Türkiyə ilə MÜHARİBƏ HAZIRLIĞI: Vaşinqtonda qurulan ittifaqın ŞOK HƏDƏFİ
31 Yanvar 2019 Sevincin tikdiyi torba – “Əsl müxalifət” kimdir?
29 Yanvar 2019 Gözlənilən tabut və “mərsiyə” deyən xalalar – Avropa Parlamenti niyə susur?