b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_jjjkkkkl.jpg

Antidepressantlara olan tələbat ildən-ilən artır. Müşahidələr göstərir ki, bu kimi dərmanların dozadan artıq istifadə olunması orqanizmdə maddələr mübadiləsinin pozulması, hormonal problemlər, ruh halında kəskin dəyişikliklər, hətta intihara qədər gətirib çıxara bilir. Türkiyə bu dərmanlardan istifadənin anormal dərəcədə artması ilə bağlı həyəcan təbili çalır. Türkiyədədaha çox ehdiyac duyulmadığı halda, kommersiya məqsədi ilə psixiatrlarların bu dərmanları məsləhət görməsi də diqqət mərkəzindədir. Bəs, ölkəmizdə də bu kimi preparatlara tələbatın artması eynitipli problemlərlə müşahidə olunurmu? Bu dərmanların insan orqanizminə nə kimi zərərləri ola bilər?

Klinik psixoloq Aydan Sabirli və psixiatr Orxan Fərəcli məsələ ilə bağlı Missiya.Az-ın suallarını cavablandırıb.

Psixiatr Orxan Fərəcli bildirib ki, antidepressantlardan istifadənin artması təkcə Azərbaycanda deyil, bütün dünyada da müşahidə olunur:

“Qonşu ölkələrdə, xüsusi ilə Türkiyə və Rusiyada bu dərmanlara tələbatın ciddi şəkil aldığı müşahidə olunur. Burada hansısa təhlükədən söz gedə bilməz. Amma sui-istifadə hallarına görə, əlbəttə narahat olmaq lazımdır. Elə qaydalar tətbiq etmək lazımdır ki, bu tip dərmanları hər həkim yaza bilməsin. Artım tendensiyası isə bütün ölkələrdə müşahidə olunur və bu da tələbatdan irəli gəlir. Çünki, artıq bu preparatlardan yalnız depressiya və nevroz hallarında istifadə olunmur. Həmçinin bədəndə xroniki ağrılar olduqda, mədə-bağrsaq sistemi ilə bağlı bəzi xəstəliklərin müalicəsində, dəridə yaranan problemlər zamanı(ifrat qaşınma, saç tökülələri və s.) aparılan müalicələrlə paralel, stresə qarşı bu dərmanlardan da istifadə olunur".  

b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_n72.jpg

Klinik psixoloq Aydan Sabirli də antidepressantlardan istifadənin artdığını təsdiqləyib. O, pasientlərin bəzi problemlərini öz iradələri ilə həll edə bilmədikləri hallarda psixiatrlara yönləndirildiklərini bildirib:

“Psixiatrlara, daha çox bizə müraciət edən pasientlərdə depresiya, panik atak, post-travmatik stres pozuntusu, akut sres pozuntusu, sosial fobialarda (əgər atakları çox olursa və özləri dərmansız bu halı heç bir şəkildə həll edə bilmirsə) onları psixiatrlara yönləndiririk. Və təbii ki, psixiatrlar da onlarla müayinə apardıqdan sonra tam diaqnoz qoyurlar. Çünki biz sadəcə şübhələrimizi deyə bilirik. Onlar tam diaqnozu qoyduqdan sonra müalicəni yazırlar”.

Psixoloq bu kimi dərmanlardan istifadənin artma səbəbini ailə-məişət problemlərinin artmasında və insanların həyat şərtlərinin çətinləşməsində görür:

“Ruh düşkünlükləri, uğursuzluqlar, insanların bir-birinə qarşı anlayışsız olmaları, bir-birlərinin xırda qüsurlarına gülmələri, onlarda sosial fobiyalara yaranmasına səbəb olur. Bu cür yalnış yanaşmalar, özgüvən əksikliyinə gətirib çıxara bilir. Bu kimi hallarda psixoloji problemlər ortaya çıxdığına görə, psixoloqa etiyac duyulur. Biz, dərman ehtiyacı gördüyümüz pasintləri psixiatrlara yönləndirib dəqiq daqnoz aldıqdan sonra dərman müalicəsinin təyin olunmasını istəyirik. Daha sonra, psixiatrın diaqnozlarına görə, öz terapiyalarımızdan istifadə edərək müalicəni aparırıq və problemi psixiatrla bərabər həll edirik. Çünki kompleks şəklində müalicələr daha qalıcı müalicələr olur”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_n73.jpg

Psixoloq, bəzən insanların qonşuların, tanışların tövsiyəsi ilə bu kimi dərmanları reseptsiz istifadə etdiklərini də deyib:

“Psixoloji dərmanlardan özbaşına istifadə edən insanlara da rast gəlirik. Bu zaman, onları mütləq şəkildə məlumatlandırır, etdiklərinin yalnış olduğunu deyirik.Həkim məsləhəti ilə bu dərmanı qəbul edən pasientlərə mütləq şəkildə psixo təlim veririk. Çünki bu tip dərmanları psixiatrın dəqiq diaqnozu olmadan istifadə etmək olmaz. Bu dərmanların müəyyən əks təsirləri var ki, həmin əks təsirlər özünü göstərdiyi halda, mütləq psixiatra məlumat vermək lazımdır”.

Qeyd edək ki, Azərbaycanda antidepressantların reseptsiz satışı qadağandır.

Natəvan Abdullayeva
Missiya.Az

 

22 Fevral 2019 Azərbaycanlı məşhur özünü səfil qadın görkəminə salıb onunla görüşə getdi - VİDEO
22 Fevral 2019 "Onu Allaha həvalə edirəm" - Damla intim görüntüdən danışdı
22 Fevral 2019 Afiq Səfərov "Azərsun"dan getdi - Müəmmalı gəlişmə - ÖZƏL
21 Fevral 2019 Prezident Sovet İttifaqı Qəhrəmanını qəbul etdi
21 Fevral 2019 Bakıda məhkəmədə hakim və prokuror döyüldü
21 Fevral 2019 İnternetdə tanış olduğu qadını evinə çağıraraq intim münasibətdə olub işğəncə verdi - Qadına 40 tikiş vurulub - ŞOK FOTOLAR
21 Fevral 2019 Azərbaycan şahmatçısı Rusiyada ermənini “mat” qoydu
21 Fevral 2019 Paytaxt şəhərimizin köhnə vəziyyətini xatırlayaq - FOTOLAR
20 Fevral 2019 İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO
20 Fevral 2019 "Şübhəli ideologiyalara xidmət edən, antimilli ruh daşıyıcısı..." - Əli Həsənov fərqi göstərdi
20 Fevral 2019 Özçivit varlı qadınlarla görüşdü, üç saata minlərlə dollar qazandı
20 Fevral 2019 İslahatlar dalğası və müxalifətin isterikası - Millət vəkilindən AÇIQLAMA
19 Fevral 2019 Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada
19 Fevral 2019 İlham Əliyev səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi - FOTO
19 Fevral 2019 Əhaliyə şad xəbər - Prezident vacib fərman imzaladı
19 Fevral 2019 Xəyanətin “qonorarı”, dumanlı ölkədəki havalı “Youtuber” və Turalın saxtakarlığı
18 Fevral 2019 Türkiyədə azərbaycanlı qızların "seks köləsi" olduğu evdən görüntülər - VİDEO
18 Fevral 2019 Çörək bahalaşıb? - Nazirdən açıqlama
18 Fevral 2019 Tural Sadıqlı azərbaycanlı qızı Avropaya aparıb başına oyun açdı - Mühacirlərin iç üzü açılır - VİDEO
18 Fevral 2019 Hacı Nuran evlənməyə qız axtarır