b_550_325_16777215_00_images_xeber_sekilleri__30.11.2018_bbnhgggf.jpg

Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir.

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hər bir məmur milli dili bilməlidir:

 “Hər bir məmur xarici dili bilmirsə, əlbəttə bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnaistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.

PA rəsmisi əlavə edib ki, Azərbaycanda dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür:

“Bu, tək dövlətin idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan bizim akademiklər, bizim alimlər, institutların elmi işçilərinin öhdəliyidir. İkincisi, əlbəttə, Azərbaycan dili tədris-təhsil müəssisələrində və nəhayət kütləvi informasiya vasitələrində qorunmalıdır”. 

18 Dekabr 2018 Səfirliyə açılan "atəş", gizli arayışlar və diplomatın etirazı - Kiyevdən reportaj (II HİSSƏ) FOTO/VİDEO
17 Dekabr 2018 Nostradamusun 2019-cu il proqnozları: Aclıq olacaq, Tramp dünyanın sonunu gətirəcək və...
14 Dekabr 2018 İlham Əliyev Avropaya "Qarabağ Azərbaycanındır" dedirtdi - BİZİM ŞƏRH
13 Dekabr 2018 Diplomatların davası, müəmmalı məktublar və çat verən səfirlik – Kiyevdən reportaj (Fotolar) 1-ci HİSSƏ
10 Dekabr 2018 Paşinyanı çətin günlər gözləyir: Qarabağda silahlı üsyan və Azərbaycanın hücumu - ŞƏRH
06 Dekabr 2018 Üçüncü devalvasiya nə vaxt ola bilər? - AÇIQLAMA
29 Noyabr 2018 ABŞ-da MÜHARİBƏ ELANI SAYILACAQ: Putindən sonra Ərdoğan da təsdiqlədi
28 Noyabr 2018 "Xaricdəki anti-Azərbaycan şəbəkəsinin sifarişli qrantlar üzərində dayandığına şübhə qalmadı"
27 Noyabr 2018 Qanun dəyişdi: Azərbaycanda işsizlərə 12 ayadək əlavə pul ödəniləcək
26 Noyabr 2018 Rusiyanın BÖYÜK PLANI: Bu ərazilər nəzarətə götürüləcək və... - ŞƏRH
22 Noyabr 2018 Azərbaycanda növbəti Prezident seçkiləri bu tarixdə keçiriləcək - Seçki Məcəlləsi DƏYİŞDİRİLİR
15 Noyabr 2018 Səfirlər tacirə çevriliblər - "XİN-də böyük qüsurlar var"
10 Noyabr 2018 "Yeni Müsavat"dan heç kəs hakimiyyətə gəlmək istəmir" - Rauf Arifoğlu
08 Noyabr 2018 Səfir Azər Xudiyev özü özünü təkzib edir – Dünən Tələt Əliyev bu gün Səbinə Həşimova
08 Noyabr 2018 Qaşıqçını "Pələng dəstəsi" öldürüb - Cinayətin ÜSTÜ AÇILDI
07 Noyabr 2018 Mətbuat Şurasının sədrindən təklif: “Onlayn mediayaya 1 milyon ayrılsın”
06 Noyabr 2018 ABŞ ordusu Qarabağa girir və İrana... - Vaşinqtonun SENSASİYALI PLANI ÜZƏ ÇIXDI
29 Oktyabr 2018 Saakaşvili soydaşlarımıza təşəkkür etdi - VİDEO
29 Oktyabr 2018 Almaniyada Merkel dövrü başa çatır: o, partiya sədrliyindən gedir
17 Oktyabr 2018 Daha bir ölkə "Qaşıqçı" qalmaqalına qoşuldu - SƏRT İTTİHAMLAR