b_550_325_16777215_00_images_xeber_sekilleri__25.11.2018_ccvcbvb.jpg

Ermənistan rəhbərliyi ilə qondarma Dağlıq Qarabağ Respublikasının “rəhbərliyi” arasında münasibətlər daha da gərginləşib.

Missiya.Az xəbər verir ki, bunu erməni şərhçi Sarqis Artsruni öz yazısında açıq şəkildə etiraf edib.

Şərhçi yazır ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın qondarma rejimin “rəhbəri” Bako Saakyana “sarı kart” göstərib.

“Ermənistanın keçmişində 20 il ərzində çox hadisələr oldu. Qarabağın maraqları təhlükə altına qoyuldu. Amma Xankəndi tərəfindən heç bir  ittiham səsləndirilmədi. Hətta bir vaxtlar keçmiş prezident Robert Koçaryan Qarabağı danışıqlardan sıxışdırmağa çalışırdı. Həmçinin aprel döyüşləri zamanı, yumşaq desək, arzu olunmayan (Ermənistan ordusunun zəif olduğu ortaya çıxdı) vəziyyət ifşa edildi. Buna baxmayaraq, Xankəndi tərəfi heç bir etiraz etmədi”.

Müəllif qeyd edib ki, son iki prezidentin dövründə (Robert Koçaryan və Serj Sarkisyan) milli və ideoloji səbəblərə görə, razılıq əldə olunmuşdu: “Daha dəqiq desək, “elit” statusuna sahib şəxslər son iki onillikdə hakimiyyəti mənimsədilər. Bu səbəbdən Qarabağda sərbəst hakimiyyət mövcud olmadı. Hakimiyyət Ermənistanın kriminal oliqarxiyasının əlində cəmləşdi”.  

b_550_325_16777215_00_images_xeber_sekilleri__25.11.2018_612B795D-AAF9-4FC1-9ABB-A956B3F0BCD8-cx0-cy7-cw0-w1023-r1-s.jpg

Sarqis Artsruni Ermənistanda baş verən son “məxməri inqilabdan” sonra rəsmi İrəvan və qondarma rejim arasında münasibətlərin korlandığını qeyd edib: “Ciddi böhran yaranacaq. Çünki bu iki sistem uyuşmazdır. Xankəndi elitasının yeni sistemə qarşı çıxmağa səbəbləri var. Məsələn, keçmiş prezident Robert Koçalyanın həbsi edilməsi...”.

Vəziyyəti gərginləşdirən səbəblərdən biri isə Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda xidmət etməsi oldu. Paşinyan  açıqlamalarında bildirib ki, onun oğlu Dağlıq Qarabağda xidmət edir. Bəs sizin oğullarınız hardadır? Qarabağ “rəhbərliyinin” uşaqları heç ümumiyyətlə orduya getmir. Paşinyanın bu bəyanatı qondarma rejimin rəhbərliyini daha da özündən çıxarıb. Qarabağ “prezidentinin” mətbuat xidmətinin rəhbəri David Babayan deyib ki, Paşinyan verdiyi bəyanatlari izah etməlidir: “Məsələn, Bako Saakyanın oğlu Qarabağ ordusunda xidmət edirdi. Həmçinin keçmiş prezident Arkadı Qukasyanın oğlu da orduda olub”. 

Müəllif yazır ki, Xankəndi  6-7 ay boyunca baş nazirin “şıltaqlıqlarına” reaksiya vermədi: “Hətta Paşinyan baş verənlərin fonunda Bako Saakyana sözsüz dəstəyini göstərdi. Amma ötən gün Paşinyan da əsəbləşdi. Paşinyan deyib ki, məndə suallar var və bu sualları Bako Saakyanla müzakirə etmək niyyətindəyəm. Ermənistan rəhbəri Bako Saakyana təklif də edib. O bildirib ki, Saakyan hökumət nümayəndələrini nizama salsa yaxşı olar: “Onlar öz işləri ilə məşqul olsunlar. Qarabağ prezidentinin mətbuat xidməti mənim fikirlərimi şərh edir! Bu nədir? Öz işinizlə məşqul olun!”.

Sarqis Artsruni belə bir vəziyyətdə Dağlıq Qarabağda inqilab təhlükəsi olduğunu qeyd edib: “Ciddi proseslər gedir. Məsələn, belə bir məqamda Ermənistanda baş vermiş “məxməri inqilab” Dağlıq Qarabağa sıçraya bilər. Qarabağda inqilabın olması yolverilməzdir”.

Elvin Məmmədov
Missiya.Az

22 Fevral 2019 Azərbaycanlı məşhur özünü səfil qadın görkəminə salıb onunla görüşə getdi - VİDEO
22 Fevral 2019 "Onu Allaha həvalə edirəm" - Damla intim görüntüdən danışdı
22 Fevral 2019 Afiq Səfərov "Azərsun"dan getdi - Müəmmalı gəlişmə - ÖZƏL
21 Fevral 2019 Prezident Sovet İttifaqı Qəhrəmanını qəbul etdi
21 Fevral 2019 Bakıda məhkəmədə hakim və prokuror döyüldü
21 Fevral 2019 İnternetdə tanış olduğu qadını evinə çağıraraq intim münasibətdə olub işğəncə verdi - Qadına 40 tikiş vurulub - ŞOK FOTOLAR
21 Fevral 2019 Azərbaycan şahmatçısı Rusiyada ermənini “mat” qoydu
21 Fevral 2019 Paytaxt şəhərimizin köhnə vəziyyətini xatırlayaq - FOTOLAR
20 Fevral 2019 İlham Mirzəyevi bu görüntülərə görə biabır etdilər - VİDEO
20 Fevral 2019 "Şübhəli ideologiyalara xidmət edən, antimilli ruh daşıyıcısı..." - Əli Həsənov fərqi göstərdi
20 Fevral 2019 Özçivit varlı qadınlarla görüşdü, üç saata minlərlə dollar qazandı
20 Fevral 2019 İslahatlar dalğası və müxalifətin isterikası - Millət vəkilindən AÇIQLAMA
19 Fevral 2019 Azərbaycan və Çeçenistan arasında görüş - Zabit Səmədov və Polad Bülbüloğlu bir masada
19 Fevral 2019 İlham Əliyev səfiri geri çağırıb, yeni vəzifəyə təyin etdi - FOTO
19 Fevral 2019 Əhaliyə şad xəbər - Prezident vacib fərman imzaladı
19 Fevral 2019 Xəyanətin “qonorarı”, dumanlı ölkədəki havalı “Youtuber” və Turalın saxtakarlığı
18 Fevral 2019 Türkiyədə azərbaycanlı qızların "seks köləsi" olduğu evdən görüntülər - VİDEO
18 Fevral 2019 Çörək bahalaşıb? - Nazirdən açıqlama
18 Fevral 2019 Tural Sadıqlı azərbaycanlı qızı Avropaya aparıb başına oyun açdı - Mühacirlərin iç üzü açılır - VİDEO
18 Fevral 2019 Hacı Nuran evlənməyə qız axtarır