b_550_325_16777215_00_images_xeber_sekilleri__25.11.2018_dvcbgfgf.jpg

Xəbər verdiyimiz kimi, Ukrayna və Rusiya arasında gərginlik pik həddə çatıb. Ötən gün Rusiya donanmasının Ukrayna gəmilərinə hücumu nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb, 3 Ukrayna gəmisi ələ keçirilib və Rusiya ərazisinə aparılıb. Gərginlik Azov dənizində yerləşən Kerç boğazında baş verib.

Missiya.Az xəbər verir ki, Ukrayna rəsmiləri baş verənlərə kəskin reaksiya verib və hadisəni müharibə elanı kimi qiymətləndirdiklərini qeyd ediblər. Rəsmi Kiyev hərbi vəziyyət elan edib. 

Rusiya və Ukrayna arasında baş verən gərginlik dünyanın gündəmini dəyişib. İki ölkə arasında yaşanan gərginliklə bağlı  Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclası keçiriləcək.

İki ölkə arasında gərginlik Azərbaycanda da yaxından izlənilir. Politoloq Qabil Hüseynli Missiya.Az-a açıqlamasında bildirib ki, Rusiya Kerç boğazını, Azov dənizini və Qara dənizin bir hissəsini nəzarəti altına almaq istəyir: “Bu məqsədlə Hərbi Dəniz Qüvvələrinin Azov dənizinə girişini məhdudlaşdırmağı planlaşdırır. Bu çox ciddi hadisədir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__25.11.2018_785424.jpg
Qabil Hüseynli - Politoloq

Qabil Hüseynli bildirib ki, Rusiyanın addımları beynəlxalq hüquqa ziddir: “Rusiya ordusunun açdığı atəş nəticəsində 6 nəfər Ukrayna dənizçisi yaralanıb. Bəziləri bunu Rusiyanın Ukraynaya müharibə elanı kimi dəyərləndirir. Həmçinin digər iddialara görə, rəsmi Moskvanın bölgədə tam hakimiyyəti ələ keçirmək üçün gərginliyi artırıb. Bu gün BMT-nin Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Məncə bu iclas Rusiyanın xeyirinə olmayacaq. Rusiya təcavüzdə və suveren dövlətin hüquqlarını pozmaqda ittiham olunacaq. Rəsmi Moskvaya sanksiyaların tətbiq edilməsi ehtimal olunur".

Politoloq Rusiya və Ukrayna arasında aktiv hərbi əməliyyatların  başlaması ehtimalını da dəyərləndirib: “Hələ ki, Ukrayna Rusiya ilə müharibə aparmağa hazır deyil. Qərb ölkələri Ukraynaya lazımi qədər hərbi yardım göstərmir. Amma lazım gəlsə, Ukrayna öz ərazilərini işğaldan azad etmək üçün müharibəyə də başlaya bilər".

Qabil Hüseynli Azərbaycanın baş verən gərginlikdə hansı mövqedə durmalı olduğunu da açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan BMT-nin Rusiya ilə bağlı qəbul edəcəyi qərarı dəstəkləməlidir. 

b_550_325_16777215_00_images_xeber_sekilleri__25.11.2018_kerc-bogazi.jpg
Münaqişənin baş verdiyi Kerç boğazı (Qırmızı dairə ilə işarələnib) 

Qeyd edək ki, Rusiya və Ukrayna arasında münaqişə 2014-ci ildə Rusiya cənubunda Krım yarımadasını özünə ilhaq etməsi ilə başlayıb. Həmin vaxtdan etibarən ABŞ və Avropa ölkələri Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edir.  Əsas tələb isə Krım yarımadasının yenidən Ukraynaya qaytarılmasıdır.

Elvin Məmmədov
Missiya.Az

 

19 İyun 2019 Əli Həsənov: "Sivilizasiyalar arasında dialoq dövlətin yürütdüyü ali siyasi kursdur"
18 İyun 2019 Zakir Həsənov: "Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir"
14 İyun 2019 Əli Əhmədov: "Bütün nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir"
12 İyun 2019 Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
11 İyun 2019 Paşinyandan Qarabağla bağlı senasion addım: ermənilər Bakıya üz tutur?
10 İyun 2019 Azərbaycan XİN cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib
03 İyun 2019 Vanqadan PROQNOZLAR: Avropa müsəlmanların əlinə keçəcək, yeni din yaranacaq və...
31 May 2019 Deputat Azərbaycan ordusuna çağırış etdi: “Paşinyanı snayperlə vurun!”
30 May 2019 Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB - Prezident kürəkənindən SENSASİON SÖZLƏR
29 May 2019 "Futbol siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir" - Hikmət Hacıyev
24 May 2019 Azərbaycan ABŞ vətəndaşını bağışladı
22 May 2019 Kürdəxanı sakini: "Mehriban xanımın evimizə qonaq olması ən böyük hədiyyədir"
16 May 2019 “Onları zibil kimi kənara atacaqlar” – “Orduxan biabırçılığı” və Azərbaycanın uğuru
13 May 2019 XİN Mnatsakanyana cavab verdi
10 May 2019 Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? - AÇIQLAMA
08 May 2019 Gürcüstanla sərhəd qalmaqalı səngimir - Cavabımız necə olmalıdır?
07 May 2019 Əli Həsənov AzTV və İTV-nin türkdilli ölkələrdə yayımına icazə verilməsini təklif edib
06 May 2019 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
29 Aprel 2019 "Nyu-York Tayms"dan TÜKÜRPƏDƏN ANALİZ: İran-ABŞ müharibəsinə 18 ay qaldı
24 Aprel 2019 Şri-Lanka teraktlarının DƏHŞƏTLİ PƏRDƏARXASI - Növbəti hədəf BU ÖLKƏDİR