b_550_325_16777215_00_images_xeber_sekilleri__14.11.2018_elmar1.jpg

"Xarici İşlər Nazirliyində Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar".

Missiya.Az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Abel Məhərrəmovun İspaniyada səfir olan oğlu Anar Məhərrəmovun şərab biznesi ilə məşğul olması faktına münasibət bildirərkən deyib. E.Şahinoğlu qeyd edib ki, Anar Məhərrəmov belə bacarıqlıdırsa, diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun: "Bəlkə atasının biabırçılığından sonra onun haqqında da tədbir görərlər". 

Politoloq vurğulayıb ki, səfirlərin bizneslə məşğul olması artıq adi hal alıb: "Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Və ya Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir, səfir xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimiz və səfirlərimizləmi xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyacağıq, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir. Çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. Çünki, həmin ölkənin kəşfiyyat xidiməti pulgir səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktı var".

Elvin
Missiya.Az

 

19 İyun 2019 Əli Həsənov: "Sivilizasiyalar arasında dialoq dövlətin yürütdüyü ali siyasi kursdur"
18 İyun 2019 Zakir Həsənov: "Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir"
14 İyun 2019 Əli Əhmədov: "Bütün nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir"
12 İyun 2019 Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
11 İyun 2019 Paşinyandan Qarabağla bağlı senasion addım: ermənilər Bakıya üz tutur?
10 İyun 2019 Azərbaycan XİN cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib
03 İyun 2019 Vanqadan PROQNOZLAR: Avropa müsəlmanların əlinə keçəcək, yeni din yaranacaq və...
31 May 2019 Deputat Azərbaycan ordusuna çağırış etdi: “Paşinyanı snayperlə vurun!”
30 May 2019 Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB - Prezident kürəkənindən SENSASİON SÖZLƏR
29 May 2019 "Futbol siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir" - Hikmət Hacıyev
24 May 2019 Azərbaycan ABŞ vətəndaşını bağışladı
22 May 2019 Kürdəxanı sakini: "Mehriban xanımın evimizə qonaq olması ən böyük hədiyyədir"
16 May 2019 “Onları zibil kimi kənara atacaqlar” – “Orduxan biabırçılığı” və Azərbaycanın uğuru
13 May 2019 XİN Mnatsakanyana cavab verdi
10 May 2019 Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? - AÇIQLAMA
08 May 2019 Gürcüstanla sərhəd qalmaqalı səngimir - Cavabımız necə olmalıdır?
07 May 2019 Əli Həsənov AzTV və İTV-nin türkdilli ölkələrdə yayımına icazə verilməsini təklif edib
06 May 2019 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
29 Aprel 2019 "Nyu-York Tayms"dan TÜKÜRPƏDƏN ANALİZ: İran-ABŞ müharibəsinə 18 ay qaldı
24 Aprel 2019 Şri-Lanka teraktlarının DƏHŞƏTLİ PƏRDƏARXASI - Növbəti hədəf BU ÖLKƏDİR