b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_45688925_267194403982817_6109056143462498304_n.jpg
Azərbaycanın Ukraynadakı səfirliyi kütləvi informasiya vasitələrində keçmiş səfir Tələt Əliyevlə hazırkı səfir Azər Xudiyev arasında yaşanan qalmaqalla bağlı yayılan məlumatlara dair daha bir açıqlama verib.

Missiya.Az xəbər verir ki, səfirlikdən “Qafqazinfo”ya daxil olan açıqlamada 2016-cı ildə səfir A.Xudiyev tərəfindən Ukraynadakı Səfirliyin inzibati binası təhvil alınarkən, onun qəzalı olub-olmamasının qiymətləndirilməsi və binada çatların yaranma səbəbinin müəyyən edilməsi məqsədilə Səfirlik tərəfindən Ukrayna Tikinti-konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edilməsindən söz açılıb: “Müvafiq ekspertizanın təyin edilməsi üçün mütəxəssislər dəvət olunub. Ekspertizanın yekun rəyinə əsasən müəyyən olunub ki, binanın zirzəmisi və damı qəzalı vəziyyətdədir.

Səfirlikdən bildirilib ki, 2007-2009-cu illərdə Səfirliklə Ukrayna vətəndaşı, “SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova arasında bağlanmış müqaviləyə əsasən Səfirliyin inzibati binasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. Lakin İnstitut tərəfindən aparılmış araşdırmada binada heç bir əsaslı təmir işlərinin aparılmadığı aşkarlanıb.

Daha sonra səfir A.Xudiyev S.Həşimovanı Səfirliyə dəvət edərək, ekspertizanın rəyini onun diqqətinə çatdırıb və bağlanmış müqavilənin şərtlərinin düzgün yerinə yetirilməməsi ilə bağlı iradlarını bildirib. S.Həşimovadan xahiş olunub ki, həmin müqaviləyə əsasən Səfirliyin binası tam təmir olunaraq təhvil verilsin. Çoxsaylı müraciətlərə baxmayaraq, şirkət əsaslı təmirin aparılmasından imtina edərək görülmüş işlərlə bağlı heç bir təhvil-təslim sənədlərini səfirliyə təqdim etməyib.

S.Həşimovanın Ukrayna vətəndaşı olduğunu və həmin şirkətin Ukraynada təsis edilərək qeydiyyatdan keçdiyini nəzərə alaraq, sözügedən müqavilənin icrasını tam təmin edilməsi məqsədilə Səfirliyin müraciəti əsasında Ukrayna Baş Prokurorluğunda araşdırmalar aparılır.

Maraqlıdır ki, səfirliyin budəfəki açıqlamasında keçmiş səfir Tələt Əliyevlə bağlı Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət olunmadığı qeyd olunub: “Səfirlik tərəfindən T.Əliyevlə bağlı hər hansı məsələdə yerli hüquq-mühafizə orqanlarına, eləcə də Ukrayna daxili işlər naziri A.Avakova müraciət edilməyib. Hesab edirik ki, xüsusilə A.Avakovun adının hallandırılması və bu ətrafda eyforiya vəziyyətinin yaradılması məqsədyönlü və qərəzli xarakter daşıyır”.

Qeyd edək ki, səfirliyin bu dəfəki açıqlaması səfir A.Xudiyevin bir neçə gün öncə ölkə.az saytına verdiyi açıqlamadan köklü şəkildə fərqlənir. Həmin açıqlamada A.Xudiyev açıq şəkildə bildirmişdi ki, keçmiş səfir T.Əliyev təmir adı ilə 2,4 milyon manat vəsaiti mənimsəyib. "Konkret faktlarla da sübut olunub ki, Tələt Əliyev səfir işlədiyi dövrdə Azərbaycan dövlətinin 2 milyon 400 min dollar vəasitini mənimsəyib. Təsəvvür edin ki, Tələt Əliyev Bakıdan geri çağırılması barədə məktubu alandan dərhal sonra tələm-tələsik bankdan hər həftə 320-350 min dollar vəsaiti çıxararaq, guya dövlət üçün otel-restoran tikdirmək adı ilə mənimsəyib”,-deyən A.Xudiyev bütün bunları bilən kimi Prokurorluğa müraciət etdiyini də vurğulamışdı. Onun bir neçə gün əvvəl verdiyi sözügedən açıqlama ilə buradan tanış ola bilərsiniz:

https://missiya.az/index.php/az/redaktor_secimi/24707

Səfərliyin budəfəki açıqlamasında keçmiş səfir T.Əliyev “unudularaq” başqa bir günahkar ortaya atılıb - “SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova. Səfirliyin bu gün yaydığı açıqlamadan belə anlaşılır ki, Ukraynanın Baş Prokurorluğuna S.Həşimova barədə şikayət olunub. T.Əliyevin “oğurluğundan” isə bu dəfə bir kəlmə də olsun bəhs olunmayıb. Halbu ki, səfir A.Xudiyev bir neçə gün əvvəl açıq və konkret şəkildə belə demişdi: “Tələt Əliyev 2 milyon 400 min dollar dövlət vəsaitini oğurlayıb. Hazırda əlimizdə bunun faktlığını sübut edən çeklər var”.

Diqqətçəkən digər məqam isə Səbinə adlı xanımla bağlıdır. Səfir A.Xudiyevin əvvəlki açıqlamasında qeyd olundu ki, keçmiş səfir T.Əliyev 2007-2008-ci illərdə Azərbaycan dövlətinin vəsaiti hesabına mülklər alaraq onları həyat yoldaşının və Səbinə Qasımova adlı xanımın adına keçirib. Bu gün yayılan açıqlamada Səbinə Qasımovanın deyil, Səbinə Həşimovanın adı çəkilir. Ola bilər ki, burada texniki xətaya yol verildiyindən Həşimova soyadı, Qasımova kimi göstərilib. Maraqlı olan məqam Səbinə adlı xanımın birinci açıqlamada “adına mülk keçirilmiş şəxs” kimi, bu gün yayılan açıqlamada isə “təmirə məsul olan şəxs” kimi təqdim olunmasıdır. Görünür səfirlik daha bir açıqlama yaymalı və dəqiq şəkildə bildirməlidir ki, Səbinə kimdir: Adına “mülk keçirilmiş” şəxs, yoxsa səfirliyin binasında təmir aparmış şirkətin rəhbəri?

Maraqlıdır, deyilmi? Səfir üç gün əvvəl bir şey deyir, bu gün başqa bir şey. Belə çıxır ki, səfirlik Azərbaycan ictimaiyyətinin etiraz ruhunu müşahidə edərək öz mövqeyini dəyişmək qərarına gəlib. Bu isə Azərbaycan dövlətini təmsil edən diplomatik missiyanın çox ciddi xətası kimi qiymətləndirilə bilər.

Onu da qeyd edək ki, uzun müddətdir Azərbaycanın Ukraynadakı səfriliyi ilə bu ölkədəki diasporumuz arasında da gərginlik yaşanır. Diaspor nümayəndələri iddia edirlər ki, səfirlik şəxsi münasibətlər prinsipi ilə fəaliyyət göstərir və “dost olmayan” diaspor fəalları ilə bağlı hüquq-mühafizə orqanlarına müxtəlif müraciətlər göndərilir. 

Elvin
Missiya.Az



19 İyun 2019 Əli Həsənov: "Sivilizasiyalar arasında dialoq dövlətin yürütdüyü ali siyasi kursdur"
18 İyun 2019 Zakir Həsənov: "Azərbaycan Ordusu bütün əsas istiqamətlərdə inkişaf edir"
14 İyun 2019 Əli Əhmədov: "Bütün nailiyyətlər 26 il bundan əvvəl ulu öndərin Azərbaycana dönüşünün nəticəsidir"
12 İyun 2019 Azərbaycan Avropa Liqasının finalından nə qədər qazanc əldə edib?
11 İyun 2019 Paşinyandan Qarabağla bağlı senasion addım: ermənilər Bakıya üz tutur?
10 İyun 2019 Azərbaycan XİN cəbhə xəttində hərbçimizin həlak olmasına münasibət bildirib
03 İyun 2019 Vanqadan PROQNOZLAR: Avropa müsəlmanların əlinə keçəcək, yeni din yaranacaq və...
31 May 2019 Deputat Azərbaycan ordusuna çağırış etdi: “Paşinyanı snayperlə vurun!”
30 May 2019 Camal Qaşıqçını öldürən ŞOK SƏBƏB - Prezident kürəkənindən SENSASİON SÖZLƏR
29 May 2019 "Futbol siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir" - Hikmət Hacıyev
24 May 2019 Azərbaycan ABŞ vətəndaşını bağışladı
22 May 2019 Kürdəxanı sakini: "Mehriban xanımın evimizə qonaq olması ən böyük hədiyyədir"
16 May 2019 “Onları zibil kimi kənara atacaqlar” – “Orduxan biabırçılığı” və Azərbaycanın uğuru
13 May 2019 XİN Mnatsakanyana cavab verdi
10 May 2019 Türkiyə “S-400”ləri Azərbaycanda yerləşdirəcək? - AÇIQLAMA
08 May 2019 Gürcüstanla sərhəd qalmaqalı səngimir - Cavabımız necə olmalıdır?
07 May 2019 Əli Həsənov AzTV və İTV-nin türkdilli ölkələrdə yayımına icazə verilməsini təklif edib
06 May 2019 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib
29 Aprel 2019 "Nyu-York Tayms"dan TÜKÜRPƏDƏN ANALİZ: İran-ABŞ müharibəsinə 18 ay qaldı
24 Aprel 2019 Şri-Lanka teraktlarının DƏHŞƏTLİ PƏRDƏARXASI - Növbəti hədəf BU ÖLKƏDİR