b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_ssssddd.jpg
Xəbər verdiyimiz kimi, ABŞ İrana tarixinin ən sərt sanksiyalarını təsdiqləyib.

Missiya.Az xəbər verir ki, sanksiyalar ötən gün qüvvəyə minib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo mətbuata müsahibəsində sanksiyaların 600-dən çox şirkətə və fiziki şəxsə qarşı tətbiq olunacağını bildirib. "Maliyyə Nazirliyinin Departamenti sanksiyalar siyahısına İranın 600-dən çox ayrı fiziki şəxsini və şirkətini daxil edəcək. Onlar İran rejiminin davranışına təsir etməli olacaqlar. Bu, bizim ümidlərimizdir", - deyə Pompeo vurğulayıb.

Sanksiyalar artıq İranın iqtisadiyyatına böyük təsir göstərib. Çünki ABŞ-ın avropalı partnyorları qabaqcadan bu ölkədən öz bizneslərini çıxarmağa başlayıblar. Yüzlərlə şirkət İranı tərk edib. İranın gündəlik milyon bareldən çox xam neftinin ixracı azalıb. Bu say (İran neftinin çatdırılması) sonra da azalacaq. Bir neçə ölkə artıq neft ixracını əhəmiyyətli dərəcədə azaldıb. İran neftinin ixrac faizini sıfıra çatdırmaq üçün daha çox vaxt lazımdır.

İran hakimiyyəti isə 4 noyabr tarixini “Dünya imperializmi ilə mübarizə günü” kimi qeyd edib. Rəsmi Tehran sanksiyaların İran iqtisadiyyatına böyük təsirinin olmayacağını, xalq və hakimiyyətin birliyi sayəsində bu çətin günləri də geridə qoyacaqlarını bəyan edib. 

Məlumdur ki, Azərbaycan və İran qonşu dövlətlərdir və iki ölkə arasında geniş iqtisadi-siyasi əlaqələr müvcuddur. Bakı və Tehran hazırda regionun ən iri layihələrindən olan “Şimal-Cənub” nəqliyyat dəhlizinin inşası və avtomobil sənayesi üzrə sıx əməkdaşlıq edir. İran şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına külli miqdarda sərmayə qoyur. 

Dünya ölkələrinin çoxu İrana tətbiq edilən sanksiyalara ABŞ-ın təziqi ilə qoşulur. Əksər dövlətlər İrandan neft almaqda və ölkəyə sərmayə yatırmağa maraqlıdır. Bildirək ki, İrana qarşı sanksiyalara qoşulmayan ölkələrdən biri də Azərbaycandır. Ölkəmiz, İranla yaxın qonşuluq münasibətində olduğu halda, rəsmi Bakı Vaşinqtonun Tehrana tətbiq etdiyi sanksiyalardan kənarda qalmağı bacarır. Bəs, Bakının bu sirli siyasətinin kökündə nə dayanır? 

İrana tətbiq olunan sanksiyaların Bakı və Tehran arasındakı sıx əməkdaşlığa təsir edib-etməyəcəyindən Missiya.Az-a danışan  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, qadağalar əsasən neft sahəsində fəaliyyət göstərən şirkətləri çətin vəziyyətə salacaq: “Sanksiyaların Azərbaycan – İran əməkdaşlığına təsir edəcəyini düşünmürəm. Düzdür, ABŞ-ın sanksiya qərarında İranla əməkdaşlıq edən ölkə və şirkətlərə qarşı da qadağaların tətbiq olunması barədə maddə var. Amma Azərbaycan ABŞ-la tərəfdaşdır və rəsmi Vaşinqton Bakıya qarşı hər hansı mənfi addım atmaz”.

b_550_325_16777215_00_images_xeber_sekilleri__02.11.2018_elxan-sahinoglu.jpg
Elxan Şahinoğlu - politoloq 

ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakı səfərini xatırladan politoloq, İrana qarşı sanksiyaların Azərbaycanda müzakirə olunduğunu deyib: “Con Bolton Bakı səfəri zamanı bu məsələni müzakirə edib. Bolton İrana qarşı sanksiyaların Azərbaycana problem yaratmayacağını bildirib. Həmçinin İran Azərbaycanın qonşusudur. Rəsmi Bakı Tehranla normal münasibətlər qurmalıdır. ABŞ da bunu nəzərə alır. Ona görə də sanksiyaların Azərbaycan təsir edəcəyini düşünmürəm”.

Politoloq bildirib ki, Azərbaycanın İrana tətbiq olunan sanksiyalardan kənarda qalmasının əsas səbəbi rəsmi Bakının apardığı balanslaşdırılmış siyasətdir: “Azərbaycanın ABŞ-la yanaşı Rusiya və İranla da yaxşı tərəfdaşlıq münasibəti var. Biz ancaq milli və təhlükəsizlik maraqlarımızı əsas götürürük. Biz başqa dövlətlərin daxili işlərinə qarışmırıq və tələb edirik ki, digər dövlətlər də bizim daxili işlərimizə qarışmasınlar. Bu baxımdan, Azərbaycan – ABŞ münasibətləri, İran-ABŞ münasibətləri, Azərbaycan-İran münasibətləri isə ABŞ-Azərbaycan əməkdaşlığının əleyhinə yönəlməyib. Bunu həm İran, həm də ABŞ başa düşür”.

Elxan Şahinoğlu bildirib ki, Tehrana tətbiq olunan sanksiyalardan kənarda qalsaq da, İranda gərginləşən vəziyyət Azərbaycana da təsirsiz ötüşməyə bilər: “İranın iqtisadi gücü zəifləyəcək. Çünki ən azından neftinin 30 faizini satmaqda çətinlik çəkəcək. İranın əsas gəlir mənbəyi neftdir. Bu səbəbdən iki ölkə arasında həyata keçirilən “Şimal – Cənub” nəqliyyat dəhlizi kimi layihələrə İranın marağı azala bilər. Çox ehtimal İran bu kimi layihələrə maliyyə ayırmaqda çətinlik çəkəcək. Həmçinin dəhlizlə yükdaşımaların sayını artırmayacaq”.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

Elvin Məmmədov
Missiya.Az
22 Yanvar 2019 Həbsxanalarda aclıq edən varmı? - Penitensiar xidmətdən açıqlama
22 Yanvar 2019 Nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ
22 Yanvar 2019 Bu dövlətlə heç kəs hədə dili ilə danışa bilməz - Oyun pozuldu
22 Yanvar 2019 Azərbaycanın 72 yaşlı səfiri VƏFAT ETDİ
21 Yanvar 2019 Prezident Mehman Hüseynovla bağlı tapşırıq verdi - Rəsmi
21 Yanvar 2019 Hesablama Palatası: Cərimələr düzgün tətbiq olunmayıb
21 Yanvar 2019 Mehman Hüseynovdan Prezident İlham Əliyevə müraciət
21 Yanvar 2019 Azərbaycanda icra başçısını güllələyən məhkum həbsxanada öldü
20 Yanvar 2019 İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi
19 Yanvar 2019 BŞBPİ "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb - 2800 nəfər
19 Yanvar 2019 “Qisas” qətnaməsi – Xarici havalara oynamamağın “cəzası”
18 Yanvar 2019 Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18 Yanvar 2019 20 Yanvar günü bu yollar bağlı olacaq
18 Yanvar 2019 Azərbaycanda 100 manat rüşvət alan vergi müfəttişləri həbs edildi
18 Yanvar 2019 Ağsaqqallar Şurası Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLAR
17 Yanvar 2019 İlham Əliyev bir neçə dövlət qurumunu LƏĞV ETDİ - FƏRMAN
17 Yanvar 2019 Rəsulzadənin barelyefini oğurlayan şəxs tutuldu
17 Yanvar 2019 Azərbaycan gəmisi Xəzərdə qasırğaya düşdü - VİDEO
17 Yanvar 2019 Almaniyadan Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Yaxın vaxtlarda...
17 Yanvar 2019 Yollar buz bağlayacaq - PROQNOZ