b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_001-0001.jpg

Bu dəqiqələrdə Ukraynanın internet məkanında Azərbaycan adına utanc gətirəcək bir video sürətlə yayılır.

Missiya.Az xəbər verir ki, XəzərNews.az-ın yaydığı məlumata görə, Kiyevdə qanunsuz parklanma ilə mübarizə aparan bloggerlər azərbaycanlı tələbələrin hədələri ilə qarşılaşıblar. Belə ki, tələbələrin qanunla qadağan olunmuş yerdə avtomobillərini saxlamasına etiraz edən ukraynalı blogger ölümlə təhdid olunub. Üç azərbaycanlı tələbə bloggerin üstünə yeriyərək onu söyüşlə təhqir ediblər.

b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_01-0001.JPG

Tələbələrdən biri Azərbaycanın Ukraynadakı səfirinin onun dayısı olduğunu bildirib və bloggeri başına tapança dirəyəcəyi ilə hədələyib. Başqa biri isə söyüş söyərək bloggerin gecə başına oyun açacaqlarını deyib.

Bloggerlər görüntüləri YouTube kanalında yerləşdiriblər. Qısa müddət ərzində videoya baxış sayı 50 minə yaxınlaşıb.

b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_01-00001.JPG

Qeyd edək ki, "Azərbaycanın Ukraynadakı səfiri mənim dayımdır" -deyən azərbaycanlı tələbə Muradxan Mirzəzadə Tibb Universitetinin 2-ci kurs tələbəsidir.

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevdir. Səfir Xudiyevlə bağlı son günlər ardı-arası kəsilməyən və xoş olmayan xəbərlər yayılır. Gecə olduğundan səfirliklə əlaqə saxlayıb tələbələrin həqiqətən də səfirin qohumları olub-olmadıqlarını aydınlaşdıra bilmədik.

b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_01-000001.JPG

Videoya yazılan şərhlərdə Azərbaycan və azərbaycanlılar ukraynalılar və digər millətlər tərəfindən ağır ifadələrlə təhqir olunur. Azərbaycanlı tələbələrin bu hərəkəti qınaq obyektinə çevrilir və onlar Azərbaycan haqqında mənfi fikir formalaşdırırlar.

DİQQƏT! 
VİDEODA SÖYÜŞ VAR.




Missiya.Az

 

15 Oktyabr 2018 Türkiyəyə qarşı QORXUNC PLAN son anda təxirə salındı: ABŞ 60 gün ərzində... – ŞOK DETALLAR
12 Oktyabr 2018 On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər SALNAMƏSİ
11 Oktyabr 2018 Gəncədə futbolçunun qardaşını 15 milyon ziyana saldılar - Məharət Mustafayev həbs olunacaqmı?
09 Oktyabr 2018 İqtisadçıdan neftlə bağlı xəbərdarlıq: "Hazırkı qiymət artımına güvənmək olmaz"
08 Oktyabr 2018 “Səfir çalışır ki, azərbaycanlılar bir-birini qırsın” – Kiyevdə Azər Xudiyevə qarşı piket keçiriləcək
04 Oktyabr 2018 Ukraynadakı səfirimizə qarşı ilginc açıqlamalar - Təşkilat sədri Kiyevdə brifinq keçirdi - Foto/Video
03 Oktyabr 2018 Müharibə ssenarisini YENİDƏN YAZACAQ GİZLİ GÖRÜŞ
27 Sentyabr 2018 Putinin Bakı səfərinə görə Paşinyanı biabır etdilər: "Növbəni gözlə..." - ŞOK DETALLAR
21 Sentyabr 2018 Ordumuz sərhəddə erməniləri darmadağın etdi, “Putin NATO-su” İrəvana ARXA ÇEVİRDİ
20 Sentyabr 2018 Təyyarəsi vurulan Rusiyadan YENİ HƏMLƏ - Bağladılar
17 Sentyabr 2018 Bakıdakı paradın pərdəarxası: Əliyev və Ərdoğan yeni Qarabağ taktikasını İŞƏ SALDI
13 Sentyabr 2018 Putin dünyanı lərzəyə salan əmri verdi: 300 minlik qoşun və minlərlə zirehli texnika...
12 Sentyabr 2018 Məmmədyarov: Azərbaycan Qarabağla bağlı danışıqlara hazırdır
11 Sentyabr 2018 Rusiya və Əsəd bombalayır, Türkiyə hücuma hazırlaşır - Dünyanı qorxuya salan DƏHŞƏT QAPIDA
10 Sentyabr 2018 Paşinyandan Azərbaycanı müharibəyə məcbur edəcək sözlər: "Azərbaycanın 7 rayonu..."
07 Sentyabr 2018 Türkiyədən ABŞ-ı ŞOKA SALACAQ ADDIM - Vaşinqtonu dəliyə döndərəcək fakt ÜZƏ ÇIXDI
05 Sentyabr 2018 Rusiya və Türkiyə Suriyanın bu şəhərində üz-üzə gələ bilər - Böyük savaşın astanasında
04 Sentyabr 2018 Paşinyanın 5 milyardlıq silah qorxusu - Putinin ona cavabı nə olacaq?
03 Sentyabr 2018 Ölkə məhv edilməli, 70 milyon insan öldürülməli idi – ABŞ-ın GİZLİ PLANLARI ORTAYA ÇIXDI
28 Avqust 2018 Rusiya az öncə ELAN ETDİ: 300 minlik əsgərlə...