b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_vgggkjgjbjk.jpg

Son aylar dünya bazarında neftin qiymətindəki bahalaşmağa başlayıb. Hazırda dünya bazarında neftin qiyməti 80 dollardan baha salılır. "Qara qızıl"ın qiymətində yaşanan sürətli artım Azərbaycan neftinin dəyərinə də təsirsiz ötüşmür. Bu gün “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 85,28 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub. Sürətlə artan neft qiymətləri 2014-2016-cı illərdə dünyada baş verən siyasi münaqişələr səbəbindən dəyər itirməyə başladı. Amma 2017-ci ilin əvvələrindən başlayaraq qiymətlərdə artım hiss olunur. Neft ölkəsi olduğumuz üçün qiymətlərdə baş verən dəyişikliklər Azərbaycana da təsirsiz ötüşmür. 

Ekspertlər neft qiymətlərinin daha da artacağını deyirlər. 

Məsələ ilə bağlı Missiya.Az -a açıqlama verən ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru, iqtisadçı Elnur Soltanov bildirib ki, neft qiymətlərinin artmasının iki əsas səbəbi var.

Birinci səbəb: Amerikanın İrana tətbiq etməkdə olduğu sanksiyalardır. Noyabrın ilk günlərində İrana tətbiq edilən yeni sanksiyalar qüvvəyə minir. Bu səbəbdən xarici şirkətlər İrandan neft almaqla bağlı imkanlarını itirirlər. Sanksiyaların qüvvəyə minəcəyi tarix yaxınlaşdığı üçün İranın ixrac potensialındakı azalma 1 milyon barelə yaxınlaşır. Bu da bazarda narahatçılığa səbəb olur. 

İkinci səbəb: Səudiyyə Ərəbistanının OPEK-in son iclasında neft istehsalını artıracağını açıqladı. Amma Səudiyyə Ərəbistanının qısa dönəmdə öz neft istehsalını ciddi şəkildə artırmaq qabiliyyətində olması ilə bağlı şübhələr var.  Deməli İran nefti azalır, amma bunun yerini tutacaq neft yoxdur.

b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_n8.jpg

Bu iki səbəb neftin qiymətində sürətli sıçrayışa gətirib çıxardı.

Ekspert bildirib ki, neftin qiymətindəki artışın son günlərdə dayanması da təsadüfi deyil. Belə ki, Səudiyyə Ərəbistanı bəyanat verdi ki, onun neft istehsalı tarixdə ilk dəfə rekord həddə çatmaqdadır. Eyni zamanda Rusiya da iddia edir ki, azaltdığı 3 yüz min barellik neft istehsalını yenidən bərpa edib. Bu bəyanatların da bazara yumuşaldıcı təsiri olub. 


Ekpert hesab edir ki, bazardakı bu hərəkətlilik Azərbaycan üçün müsbət haldır. Bu artımdan əldə olunan xarici valyutanı iki cür dəyərləndirmək olar:

“Bizdə neftin bareli 45 dollardan hesablanır. Azərbaycan nefti 80 dolların üzərində satılır. Bu olduqca xoş xəbərdir. Amma başa düşmək lazımdır ki, bu uzun müddətli prosses deyil. Bu artan neft dollarını ancaq yığıma sərf etmək lazımdır. Bu yığımı indi etmək lazımdır ki, sabah neftin qiyməti ucuz olanda ondan istifadə edə bilək. Yəni bazarda neftin qiyməti azalanda onu kompensasiya etmək imkanımız olsun. Əgər qazanılan əlavə dollarlar yatırıma yönələcəksə, bu da məhsuldar sahələrə yönlənməlidir. Burada da istər iqtisadiyyatın qeyri-neft sahəsində olsun, istərsə də digər sahələrdə ümumi iqtisadiyyata real mənada  töhvə verəcək sektorlara yatırılmasına diqqət edilməlidir. Neftin hazırkı qiymət artımına güvənmək olmaz. Bu keçici faktordur və bu keçiciliyi ya yığma, ya da məhsuldar qüvvələrin artışı istiqamətində istifadə etmək lazımdır”.


Natavan Abdullayeva
Missiya.Az

15 Fevral 2019 Putin Paşinyanın qarşısına Azərbaycanla bağlı şərt qoydu - Ermənistanda təşviş
13 Fevral 2019 İran ona qurulan tələyə Azərbaycanı salmaq istəyir – Gizli plana Bakının cavabı necə olacaq?
12 Fevral 2019 Azərbaycana qarşı təhlükəli plan - Etnik separatizm və İslam kartı - TƏHLİL
12 Fevral 2019 Erməni general Qarabağ üçün HƏRƏKƏTƏ KEÇDİ - Torpaqlarımızda ölüm-dirim SAVAŞI BAŞLADI
11 Fevral 2019 Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq
08 Fevral 2019 7 ölkədən Türkiyə ilə MÜHARİBƏ HAZIRLIĞI: Vaşinqtonda qurulan ittifaqın ŞOK HƏDƏFİ
31 Yanvar 2019 Sevincin tikdiyi torba – “Əsl müxalifət” kimdir?
29 Yanvar 2019 Gözlənilən tabut və “mərsiyə” deyən xalalar – Avropa Parlamenti niyə susur?
25 Yanvar 2019 Qarabağ bu şərtlərlə qaytarılacaq - “Bolton planı”nın DETALLARI İLK DƏFƏ ORTAYA ÇIXDI
18 Yanvar 2019 Azərbaycana qarşı məkirli ssenari - AP-dakı "sorosçular" nə istəyir?
09 Yanvar 2019 PKK ilə Əsəd rejiminin “bazarlığı” – Terrorçular hansı şərtləri irəli sürdü?
07 Yanvar 2019 İranda sistemdaxili yenilənmə - hakimiyyətə “komsomollar” gəlir
04 Yanvar 2019 ABŞ Nümayəndələr Palatası yeni büdcə layihəsini qəbul edib
14 Dekabr 2018 İlham Əliyev Avropaya "Qarabağ Azərbaycanındır" dedirtdi - BİZİM ŞƏRH
10 Dekabr 2018 Paşinyanı çətin günlər gözləyir: Qarabağda silahlı üsyan və Azərbaycanın hücumu - ŞƏRH
06 Dekabr 2018 Üçüncü devalvasiya nə vaxt ola bilər? - AÇIQLAMA
05 Dekabr 2018 Əli Həsənov: Məmurun ana dilini bilməməsi onun qəbahətidir
29 Noyabr 2018 ABŞ-da MÜHARİBƏ ELANI SAYILACAQ: Putindən sonra Ərdoğan da təsdiqlədi
28 Noyabr 2018 "Xaricdəki anti-Azərbaycan şəbəkəsinin sifarişli qrantlar üzərində dayandığına şübhə qalmadı"
27 Noyabr 2018 Qanun dəyişdi: Azərbaycanda işsizlərə 12 ayadək əlavə pul ödəniləcək