b_550_325_16777215_00_images_xeber_sekilleri__08.10.2018_hhjbkjb.jpg

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Boltonun region ölkələrindən Ermənistana gəlişi Paşinyan hakimiyyətini cəzalandırmaq məqsədi daşıdığı deyilir.


Bu barədə yazan erməni şərhçi Sərkis Artsruni Boltonun gəlişinin təsadüfi olmadığını hesab edir.

“O, ABŞ-ın yeni siyasətinin əsas memarlarından biridir. Əlbəttə, Bolton Gürcüstan və Azərbaycana da səfər edəcək. Bu ölkələr ABŞ-la sıx əməkdaşlıq təcrübəsinə malikdirlər və Boltona hazır təkliflər paketi verə biləcəklər. Ermənistanda isə situasiya fərqlidir. Boltonun İrəvanda əsas müzakirə edəcəyi məsələ Ermənistanın Suriyada Rusiya missiyasına qoşulmasıdır. Bu, Vaşinqtonu qəzəbləndirir. Ermənistan hakimiyyətinin arqumenti bu olacaq ki, missiya humanitardır və Suriyada erməni icmasının təhlükəsizliyinə hesablanıb. Lakin Vaşinqton “göz yaşları”na inanmayacaq, çünki amerikalılar Paşinyan hakimiyyətinin bu addımını öz maraqlarına qarşı atılmış hesab edirlər. Digər tərəfdən, missiyanın tərkibində istehkamçıların olması o deməkdir ki, erməni missiyası Əsədin ordusuna kömək edəcək”, - deyə Artsruni qeyd edir.

Erməni şərhçi Suriyaya göndəriləcək erməni missiyasının məxfi saxlanıldığını diqqətə çatdırıb: “Zəruridir ki, bu missiya məxfilikdən çıxarılsın”.

Artsruni qeyd edir ki, Paşinyan hökuməti Boltona Ermənistan-İran münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini də izah etməlidir.

“Trampın ən yüksək səviyyəli müşavirinin bu arqumentlərə inanacağı və izahı qəbul edəcəyi ehtimalı çox azdır”, - deyə o vurğulayıb.

S. Artsruni hələ ötən həftə də yazırdı ki, Paşinyan hökumətinin Rusiyanın Suriyadakı humanitar missiyasına qoşulması ABŞ-ı qəzəbləndirib: “Amerika Ermənistan hakimiyyətindən izahat tələb edir. Ermənistan hakimiyyəti bu addımlarla Putinin qəlbini fəth etmək istəyir, lakin bu, Qərbdə birmənalı qarşılanmadı. Hazırda ABŞ-la İrəvan arasında münasibətlər heç də yüksək səviyyədə deyil. Ermənistanın belə bir missiyasının tərkibində olması Vaşinqton tərəfindən olduqca həssas qarşılana bilər. Təsadüfi deyil ki, Ermənistanın Suriyada rus missiyasına qoşulması Vaşinqtonda ABŞ maraqlarına zərbə endirilməsi kimi qəbul edildi. Vaşinqtondan göndərilən nümayəndə də İrəvanda Paşinyandan izahat tələb edəcək”.

publika.az

08 Dekabr 2018 Bakıda yolun təmirə bağlanması təxirə salındı
08 Dekabr 2018 Gəncədə arvad ərini bıçaqladı
07 Dekabr 2018 Diqqət! Bu cür dərmanları almayın – Video
07 Dekabr 2018 Bayram yarmarkasının günləri və yeri açıqlandı
07 Dekabr 2018 Xalq artistinin bacısı Elza Seyidcahanı YIXIB-SÜRÜDÜ: “Sən gör...” - VİDEO
07 Dekabr 2018 “Broker Əbülfəz”ə yüksək vəzifə verilib? - Rəsmi açıqlama
07 Dekabr 2018 Aqil Abbas: Özəl telekanallar əxlaqsızlığı yayır
07 Dekabr 2018 "Rossiya-24"-ün müxbiri İlham Əliyevlə türk dilində danışdı - Prezident təəccübləndi - VİDEO
07 Dekabr 2018 Estetik əməliyyatlar Putini necə dəyişdi? – FOTOFAKT
07 Dekabr 2018 Heydər Əliyev Ukraynanı necə xilas edib? – “Bunu heç kəs unutmur”
07 Dekabr 2018 Ayaqqabılarının dəyəri 1 milyon dollardır - Lüks həyat yaşayan Rəşidin FOTOLARI
07 Dekabr 2018 Nazpəri-Elza qalmaqalı böyüdü: “Bilirəm, səni hansı məmur saxlayır” - ŞOK VİDEO
06 Dekabr 2018 “Ukrayna Azərbaycan musiqisini alqışlayır" - Yalçın Adıgözəlov (Müsahibə)
06 Dekabr 2018 “Bu, Azərbaycana qarşı təxribatdır” – SOCAR
06 Dekabr 2018 "Təhlükə dindən deyil, din adından siyasi məqsədlər üçün sui-istifadədən irəli gəlir"
06 Dekabr 2018 Prezident və xanımı teleaparıcı ilə söhbət etdi: "AZTV-də işləmisiniz" - VİDEO
06 Dekabr 2018 Gənc qızı öldürən dərmanla bağlı ilginc faktlar - HƏKİM DANIŞDI
06 Dekabr 2018 Azərbaycanda faciə: 8 aylıq qız öldü
06 Dekabr 2018 DİN-də yeni təyinat: Keçmiş polis rəisinə vəzifə verildi
06 Dekabr 2018 Nizami rayonunda daha bir səyyar qəbul-görüş keçirilib - FOTO