b_550_325_16777215_00_images_xeber_sekilleri_10sentyabr2018_0000000.PNG

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan ATƏT-in baş katibini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, E.Məmmədyarov ATƏT-in baş katibi Tomas Gremingeri və onu müşayiət edən nümayəndə heyətini salamlayaraq, Azərbaycanın regional təşkilat olaraq ATƏT-lə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb.

ATƏT çərçivəsində təhlükəsizliyin bölünməzliyinin fundamental prinsip olduğunu qeyd edən XİN başçısı bütün üzv dövlətlərin Helsinki Yekun Aktı üzrə öhdəliklərinə sadiq olmasının vacibliyini bildirib. Bu xüsusda, E.Məmmədyarov Ermənistan Respublikasının ATƏT üzv dövləti qismində Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq, gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf regionlarının işğalını davam etdirdiyini vurğulalayıb.

O, təsis olunmasından etibarən ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olduğunu deyərək, işğala əsaslanan status-kvonun dəyişdirilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün səylərinin artırılmasının vacibliyini bildirib.

E.Məmmədyarov əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı təşkil etdiyini xatırladaraq Azərbaycanın münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı və ədalətli sülhü təmin etmək üçün substantiv və intensiv danışıqlara hazır olduğunu nəzərə çatdırıb.

Azərbaycanın regionda və bütövlükdə ATƏT məkanında iqtisadi əməkdaşlığın və uzlaşma xətlərinin (connectivity) yaradılması, multi-modal nəqliyyat infrastrukturu imkanlarının təmin edilməsi istiqamətində gördüyü işlərdən bəhs edən E.Məmmədyarov bu xüsusda Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat marşrutlarını və artıq istismara verilmiş Bakı-Tbilisi-Qars dəmir yol xəttini qeyd edib.

O əlavə edib ki, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bu kimi layihələr ATƏT məkanında iqtisadi inkişafa və çicəklənməyə töhfə verməklə bərabər, regional sülh və təhlükəsizliyin də möhkəmlənməsinə xidmət edir.

Görüş əsnasında ATƏT-in qeyd adları nəqliyyat layihələrin inkişafı baxımdan mühüm platforma rolunu oynaya biləcəyi vurğulanıb.

Əlaqələrin inkişafında parlament diplomatiyasının rolu qeyd olunub və bu xüsusda, ATƏT-in Parlament Assambleyası ilə əməkdaşlıq təqdir olunub.

Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq proqramları nəzərdən keçirilib.

22 Mart 2019 Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
20 Mart 2019 Prezident İlham Əliyev: “Bu, Ermənistana birmənalı ciddi siqnaldır”
18 Mart 2019 Aydın Mirzəzadə: “Prezident Əli İnsanova özünü tapması üçün şans verdi”
16 Mart 2019 Təhlükəli oyun, təxribatçılara açılan qucaq və Kərimlinin konsensusu…
13 Mart 2019 Azərbaycan yeni silahları sınaqdan çıxardı - Lələtəpədən başlayan “Yol xəritəsi”
09 Mart 2019 Azərbaycan bu ölkədən müasir QIRICILAR ALIR - Ermənistanın bütün ümidləri PUÇ OLDU
01 Mart 2019 Prezident Administrasiyasının şöbə müdirindən Nikol Paşinyana - Cavab
27 Fevral 2019 Anti-İran ittifaqı qurulur? - Keçmiş səfirdən SENSASİON SÖZLƏR
20 Fevral 2019 Kür daşqını, Şimal-qərb zəlzələsi və Şamaxı fəlakəti – İlham Əliyevin reaksiyası – Nə dəyişib?
11 Fevral 2019 Nazirlik: Minimum əməkhaqqı davamlı olaraq artırılacaq
08 Fevral 2019 7 ölkədən Türkiyə ilə MÜHARİBƏ HAZIRLIĞI: Vaşinqtonda qurulan ittifaqın ŞOK HƏDƏFİ
31 Yanvar 2019 Sevincin tikdiyi torba – “Əsl müxalifət” kimdir?
29 Yanvar 2019 Gözlənilən tabut və “mərsiyə” deyən xalalar – Avropa Parlamenti niyə susur?
25 Yanvar 2019 Qarabağ bu şərtlərlə qaytarılacaq - “Bolton planı”nın DETALLARI İLK DƏFƏ ORTAYA ÇIXDI
18 Yanvar 2019 Azərbaycana qarşı məkirli ssenari - AP-dakı "sorosçular" nə istəyir?
09 Yanvar 2019 PKK ilə Əsəd rejiminin “bazarlığı” – Terrorçular hansı şərtləri irəli sürdü?
07 Yanvar 2019 İranda sistemdaxili yenilənmə - hakimiyyətə “komsomollar” gəlir
04 Yanvar 2019 ABŞ Nümayəndələr Palatası yeni büdcə layihəsini qəbul edib
14 Dekabr 2018 İlham Əliyev Avropaya "Qarabağ Azərbaycanındır" dedirtdi - BİZİM ŞƏRH
10 Dekabr 2018 Paşinyanı çətin günlər gözləyir: Qarabağda silahlı üsyan və Azərbaycanın hücumu - ŞƏRH