b_550_325_16777215_00_images_xeber_sekilleri_08avgust2018_38844004_1933990806647110_6868191157763964928_n.jpg

Helsinkidə görüş zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donalda Trampa nüvə silahının ixtisarı və kosmosda silahın yerləşdirilməsinin qadağası edilməsi haqqında danışıqların keçirilməsi də daxil olmaqla, silahlara nəzarət üzrə bir sıra təkliflər edib.

Missiya.Az xəbər verir ki, bu haqda “Politico” nəşri bildirib.

Nəşr bildirir ki, belə təkliflər daha əvvəl “Silahlara nəzarət üzrə Dialoq” adlı sənədin dərc edilmiş hissəsində yer almayıb. Sənədi “Politico”ya təqdim etmiş insanın onu Rusiya məmurlarından aldığı, orada Putinin Helsinkidə Trampa verdiyi təkliflərin yer aldığı bildirilir.

“Politico” iddia edir ki, təkliflər arasında Strateji hücum silahlarının (SNV-3) azaldılması və məhdudlaşdırılması üzrə müqavilənin müddətinin 5 il uzadılması da var. Müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib. Sənədə əsasən, Rusiya və ABŞ 2018-ci il fevralın 5-i tarixinə, yəni bu günə qədər qitələrarası ballistik raketlərin (QBR), sualtı qayıqlardakı ballistik raketlərın (SBR) və ağır bombardmançı təyyarələrin ümumi sayının 700, döyüş başlıqlarının 1550, səfərbər olunan və olunmayan atıcı qurğuların ümümi sayının 800-dən çox olmayacaq rəqəmə qədər azaltmaq barədə razılığa gəliblər.

Yeri gəlmişkən, SNV-3 ilk dəfə qeyri-səfərbər, yəni döyüş başlığı olmayan, təlim və sınaqlar üçün nəzərdə tutulan daşıyıcılar və atıcı qurğular anlayışını təqdim edib.

2018-ci ildə müqavilənin yenilənməsi gözlənilir, çünki 2021-ci ilədək nəzərdə tutulan müqavilə bitir.

“Politico” qeyd edir ki, sənəddə “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsinə “sədaqətin təsdiq edilməsi” barədə Moskvanın təklifi yer alıb.

Sənəddə həmçinin kosmos haqqında yeni müqavilənin perspektivi haqqında deyilir. Müqavilə hər iki ölkəyə Yer kürəsinin orbitinə silahı çıxarmağı qadağan edərdi. “Politico” yazır ki, təkliflər həmçinin, özündə Avropada hərbi təlimlər və əməkdaşlıq üzrə ABŞ-ın dövlət katibi və müdafiə nazirinin rusiyalı həmkarları ilə “2+2” formatında dialoqu özündə saxlayır.

Nəşr qeyd edib ki, Tramp administrasiyası bu təklifləri şərh etməkdən imtina edib və bildirib ki, prezident belə sənədləri almayıb.

Qeyd edək ki, Tramp və Putinin birinci tammiqyaslı danışıqları 16 iyulda Helsinkidə keçirilib. Prezidentlər əvvəlcə iki saatdan çox təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə genişləndirilmiş tərkibdə görüş keçiriblər. Görüşdən sonra keçirilən mətbuat konfransında liderlər danışıqların konstruktiv keçdiyini ifadə ediblər.

publika.az

21 Avqust 2018 Bu il Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq
20 Avqust 2018 Rusiyalı səfir: Qarabağla bağlı danışıqlarda irəliləyiş müşahidə olunur
17 Avqust 2018 Elmar Vəliyevin güllələnməsi ilə bağlı DİN, Baş Prokurorluq, DTX məlumat yaydı
16 Avqust 2018 Prezident 5 nəfərə general rütbəsi verdi - SİYAHI
15 Avqust 2018 Azərbaycan manatı 26 yaşında
13 Avqust 2018 Britaniya mətbuatı: Xəzər razılaşması enerji layihələrinə yol açır
10 Avqust 2018 ABŞ Türkiyəyə münasibətlərin düzəlməsi üçün şərtini açıqladı: Tək yol...
09 Avqust 2018 Tramp nə üçün Türkiyəyə müharibə ELAN ETDİ?
07 Avqust 2018 Putin bağışlamadı: Ermənistanda “hibrid müharibəsi” başlayır
02 Avqust 2018 Kremldən İrəvana ağır zərbə - Silah çatdırılması dayandırıla bilər
16 İyul 2018 “Siz nüvə başlıqlarını gizlədirsiniz” – Sensasiyalı detallar ORTAYA ÇIXDI
11 İyul 2018 Əli Həsənov: "Gəncədəki vəziyyət cəmiyyətin dövlət ətrafında daha sıx birləşməsini tələb edir"
29 İyun 2018 İsrail və Çexiyadan İrəvanı şoka salan AZƏRBAYCAN ADDIMI: Avropadan qalxan silah dolu təyyarə...
22 İyun 2018 Ordumuzun paradda nümayiş etdirəcəyi bu ABŞ hərbi texnikası Ermənistanı QORXUYA SALDI
20 İyun 2018 Dünya dəhşətli müharibəyə doğru - Tramp Reyqanın başlatdığı SAVAŞI YENİLƏDİ
18 İyun 2018 "Mehmetcik"dən böyük uğur: 48 strateji hədəf MƏHV EDİLDİ - Qəndilə 39 km qaldı
06 İyun 2018 ABŞ Azərbaycana görə Qarabağda hərəkətə keçdi - SENSASİYALI İDDİA
25 May 2018 Paşinyandan Putinə gözlənilməz ZƏRBƏ: Rusiya Bakının Qarabağ planını dəstəkləyəcək
21 May 2018 Trampın ŞOK Fələstin PLANI – MOSSAD detalları AÇIQLADI
16 May 2018 Ermənistandakı "məxməri inqilab" Qarabağa sıçrayır - 20 illik "klan" devrilir - ŞOK DETALLAR