b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_32709147_2079844262044168_2986751323136851968_n.jpg

Ermənistanda baş vermiş “məxməri inqilab”ın Qondarma Dağlıq Qarabağ Respublikasına sıçaraya biləcəyi ilə bağlı iddialar səsləndirilir.

Missiya.Az xəbər verir ki, bu iddiaları erməni jurnalist Arutün Qriqoryan səsləndirib.

Onun sözlərinə görə, qondarma rejimin rəhbəri Bako Saakyanın da hakimiyyətdən getmək vaxtı çatıb: “Məxməri inqilab” Qarabağın da qapısını döyür. Bako Saakyan qorxu içərisindədir. Ola bilsin ki, Ermənistanda olduğu kimi, Qarabağda da hakimiyyət dəyişsin. Bu təhlükə həqiqətən var, çünki reallıq eynidir. Ermənistan cəmiyyəti Serj Sarkisyana qarşı üsyan etdi. Ona görə ki, Sarkisyan Konstitusiyanı dəyişdi və hakimiyyəti öz istədiyi kimi formalaşdırmağa çalışdı. Sarkisyan düşünürdü ki, mitinqlər müvəqqətidir və idarə edə biləcək. Amma belə olmadı və narazı kütlə rejimi devirdi".

Müəllif yazır ki, Ermənistanda olduğu kimi, Qarabağda da Konstitusiya dəyişikliyi edilib: “Prezident Bako Saakyan 3-cü dəfə seçilib. 2017-ci il fevralın 20-də baş tutan Konstitusiya referendumunun nəticələrinə görə, Qarabağda prezident idarəetmə sistemi təsdiqlənib. Bu sistem 2020-ci ildən qüvvəyə minəcək. Amma yeni Konstitusiyaya əsasən bu üç ildə Qarabağ keçid mərhələsi rejimində idarə olunacaq. Və bu mərhələdə Dağlıq Qarabağa hazırda parlament deputatlarının seçdiyi prezident rəhbərlik edəcək. Həmin vaxt Saakyanın yenidən prezident seçilməsinə qarşı heç bir etiraz aksiyası keçirilmədi. Seçkilər vaxtı hakimiyyətdə Serj Sarksiyan idi. İndi isə Qarabağda da rejim dəyişməlidir”.

2222.jpg

Yazıda qeyd edilib ki, hazırda İrəvanda vəziyyət tamamilə fərqlidir və daha Serj Sarkisyan yoxdur: “Guya belə təsəvvür yaradırdılar ki, Bako Saakyanı hakimiyyətdə qalmağa Serj Sakisyan məcbur edirdi. Amma indi Serj Sarkisyan hakimiyyətdə deyil. Ona görə də Qarabağda da dəyişikliklər olmalıdır və demokratikləşmə başlamalıdır”.

Müəllif Bako Saakyanın Nikol Paşinyandan qorxduğunu qeyd edib: “Saakyan Paşinyandan qorxur və hiss edib ki, İrəvandakı etiraz dalğası Xankəndinə sıçraya bilər. Bu səbəbdən, Saakyan hər vəclə çalışdı ki, Nikol Paşinyan Qarabağ səfəri zamanı geniş kütlə qarşısında çıxış edə bilməsin. Saakyan istədi ki, Paşinyan Qarabağı tez tərk etsin. Onun ən böyük qorxusu inqilab dalğasının Qarabağa yayılmasıdır”.

Qeyd edək ki, Ermənistanda bir ay davam edən etiraz aksiyaları zamanı Serj Sakisyan rejimi devirildi. Etirazlardan sonra müxalif lider Nikol Paşinyan baş nazir seçildi. O ilk səfərini Dağlıq Qarabağa etdi.

b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_1523978145159527839_1000x669.jpg


Paşinyan 20 ilə yaxındır, ölkəni idarə edən “Qarabağ klanı”nı devirdikdən sonra hakimiyyətə gəlib. Dağlıq Qarabağı isə hazırda “Qarabağ klanı” idarə edir. Bako Saakyan da Serj Sarkisyanın adamıdır. 1997-ci ildə “Qarabağ klanı” kimi tanınmış Dağlıq Qarabağ separatçıları – Bako Saakyan, Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyan və eks-prezidenti Robert Koçaryan ölkə rəhbəri Levon Ter-Petrosyanı istefaya məcbur ediblər. Səbəb onların Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini qəbul etməmələri idi. Məsələ ondadır ki, L.Ter-Petrosyan münaqişənin həllinə hazır olduğunu bəyan etmişdi. Ona görə də Ermənistan və Qarabağ “klanları” arasında gərginliyin artması realdır.

Elvin Məmmədov
Missiya.Az

24 May 2018 Tramp Azərbaycanın planlarını poza bilər – Milyardlıq layihələr təhlükədə
23 May 2018 "Hər iki tərəf müharibəyə qayıdır" - Qarabağda yaxınlaşan müharibə xəbərdarlığı
22 May 2018 İrəvanın TANAP qorxusu - ŞOK etiraflar və təriflər
21 May 2018 Trampın ŞOK Fələstin PLANI – MOSSAD detalları AÇIQLADI
18 May 2018 Sarkisyan Qarabağla bağlı İlham Əliyevlə razılaşmışdı, lakin... - Papyan HƏR ŞEYİ AÇDI
08 May 2018 "Azərbaycanda gün ərzində 10-15 dəfə zəlzələ olur" - Qurban Yetirmişli
01 May 2018 4 dövlətin və Azərbaycanın Qarabağ planı ortaya çıxdı: ərazilərin qaytarılması əvəzində...
26 Aprel 2018 Putinin Ermənistan qorxusu - Hadisələr nəzarətdən çıxa bilər
25 Aprel 2018 Prezident: "Azərbaycan bu məsələdə də Türkiyənin yanında olub"
23 Aprel 2018 Əli Həsənov struktur dəyişikliklərdən DANIŞDI
13 Aprel 2018 ABŞ və Rusiya RAZILAŞDI - Gizli toplantının DETALLARI
10 Aprel 2018 Bəşər Əsəd ABŞ-la müharibə hazırlığına BAŞLADI
03 Aprel 2018 Ermənistanın Azərbaycana qarşı “İsgəndər” oyununun üstü açıldı
02 Aprel 2018 Rusiya ABŞ-ı məhv etməyə qadirdir, amma...
29 Mart 2018 ABŞ, İsrail, İran və... - Bu qərarlar III Dünya müharibəsini başlayacaq
26 Mart 2018 Ukrayna donanması Rusiyaya niyə təslim oldu? - SENSASİYALI İDDİA
16 Mart 2018 Türkiyədən Şimali Koreyaya ağır zərbə - Kimi dəli edəcək QƏRAR
15 Mart 2018 Mehriban Əliyevaya mükafat verildi
07 Mart 2018 Azərbaycan düşməni məhv edəcək yeni silahlar istehsal ediləcək - ADLAR
06 Mart 2018 ABŞ donanması 47 il sonra bu ölkəyə daxil oldu - Böyük güclər qarşı-qarşıya - VİDEO