b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_32430418_2078844665477461_4953421572439277568_n.jpg
Dünən Soçidə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyanın görüşü oldu. Ermənistanda Qərb institutları tərəfindən maliyyələşdirilən və Serj Sarkisyanın istefası, eləcə də son 10 ildə ölkəni idarə edən Respublika Partiyasının müxalifətə keçməsi ilə nəticələnən inqilab fonunda bu görüş diqqətəlayiq idi.
 
Putin və Paşinyan görüşdən öncə mətbuata açıqlamalarında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, gələcək münasibətlərin daha da möhkəmləndirilməsi kimi müsbət fikirlər səsləndirdi. Lakin Putin və Paşinyanın bağlı qapılar arxasında nələr müzakirə etdiyi maraqlıdır.

Missiya.Az xəbər verir ki, Ermənistan mediası qapalı görüşdə müzakirə olunan məsələlərlə bağlı bir sıra versiya irəli sürüb.
 
Birinci məsələ: erməni siyasi şərhçi Sarqis Artsruni iddia edir ki, Paşinyan Putindən Dağlıq Qarabağ münaqişəsində dəstək, həmçinin, Azərbaycana silah satışının məhdudlaşdırılmasını istəyib. Putinin cavabı isə diplomatik olub və Azərbaycanla Rusiya arasında ciddi əməkdaşlığın olduğunu vurğulayıb.
 
İkinci məsələ: Putin Paşinyandan Rusiyanın Ermənistandakı maraqlarının gələcəyi haqda soruşub. Paşinyan Moskvaya münasibətin dəyişməyəcəyini vəd edib.
 
Erməni şərhçi Ayk Xalatyan hesab edir ki, qapalı görüşdə Rusiya qazının Ermənistana daha güzəştli şəkildə satılması, ikitərəfli ticarətin artırılması və s. məsələlər də müzakirə olunub.
 
Lakin bu görüşün daha çox tanışlıq xarakteri daşıdığı və münasibətlərin bundan sonra aydınlaşacağını düşünənlər də var.
20 Oktyabr 2018 Nizami rayonunda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib - FOTO
20 Oktyabr 2018 Sürüşmə zonasında - SON VƏZİYYƏT
19 Oktyabr 2018 Bu gün açılan zavod Azərbaycana milyonlar qazandıracaq - Millət vəkilindən AÇIQLAMA
19 Oktyabr 2018 Milli Məclisdə komitə iclası keçirilib
19 Oktyabr 2018 Ağsaqqallar Prezidentin 15 ilinə qiymət verdilər: "Gərgin əmək..." - FOTOLAR
19 Oktyabr 2018 Xəzərdə gəmiçilərin nədən zəhərləndiyi məlum olub - AÇIQLAMA
19 Oktyabr 2018 Ramil Usubovdan Bakı şəhər Baş Polis İdarəsinə YENİ TƏYİNAT
19 Oktyabr 2018 Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var
19 Oktyabr 2018 İntim münasibət üçün evə çağırdığı oğlanın başına oyun açan qadın: “Heys-beys” etdilər - VİDEO
19 Oktyabr 2018 Sərhədçilərimiz İran dənizçilərini xilas etdi
18 Oktyabr 2018 Azərbaycanda vəzifəli şəxs həbs edildi
18 Oktyabr 2018 İki sığorta şirkətinin lisenziyası ləğv edildi
18 Oktyabr 2018 Sürüşmə fərdi tikililərə doğru irəliləyir
17 Oktyabr 2018 Arif Qasımov sakinlərlə səyyar qəbul-görüş keçirib - FOTO
17 Oktyabr 2018 DİN-dən şəxsiyyət vəsiqələri ilə bağlı - AÇIQLAMA
17 Oktyabr 2018 İran Qarabağ əleyhinə qərar verdi – Deputatdan sərt reaksiya – AÇIQLAMA
16 Oktyabr 2018 Sinif yoldaşını güllələyib öldürən şəxslə bağlı RƏSMİ MƏLUMAT
16 Oktyabr 2018 Yoxa çıxan 4 uşaq anası görün hardan tapıldı - VİDEO
16 Oktyabr 2018 Mir Şahin Ağayev yenidən mühacirləri ifşa etdi - VİDEO
16 Oktyabr 2018 Azərbaycanda ömürlük məhkumlarla bağlı qanun dəyişir