b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_32458535_2077837762244818_3144858574065238016_n.jpg

Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistanın yeni baş naziri Nikol Paşinyan Soçi şəhərində görüş keçirəcəklər.

Missiya.Az xəbər verir ki, görüş, Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində baş tutacaq.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov hesab edir ki, ilk görüş tanışlıq xarakterlidir. Ermənistan mətbuatı isə Putin və Paşinyan arasında keçiriləcək görüşü geniş şəkildə təhlil edir və müzakirəyə çıxarılacaq mövzulardan yazır. Görüş tanışlıq xarakterli olduğu üçün Ermənistan-Rusiya əlaqələri ilə bağlı hər hansı yenilənmənin olacağına ümid edilmir.

“Amma Paşinyan Putinə istəklərini çatdıra bilər. İndi Paşinyan göstərməlidir ki, KTMT təşkilatını Ermənistan maraqlarından çıxış etməyə necə məcbur edəcək. Keçmiş hakimiyyət bunu bacarmadı. Amma Paşinyan keçmiş hökumətdən fərqli olaraq, bəzi məsələlərdə fikirini açıq şəkildə ifadə edə biləcək. Məsələn, Rusiyanın Azərbaycana silah satışı ilə bağlı problem əsas müzakirə mövzularından ola bilər. Hansı ki, keçmiş prezident Serj Sarkisyanın vaxtında bu məsələ bir neçə dəfə gündəmə (2016-cı il, Aprel döyüşləri zamanı) gətirildi. Bu görüşdə də silah satışı müzakirə oluna bilər”.

Xatırladaq ki, 2016-cı ilin aprel ayında baş verən silahlı toqquşmalar zamanı Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinə ağır zərbə vurdu. Əməliyyatlar zamanı Rusiyadan alınan hərbi texnikadan da istifadə edilmişdi. Həmin döyüşlərdə məğlub olan Ermənistan tərəfi Rusiyanın Azərbaycana silah satışını dayandırmasını tələb edirdi. Amma rəsmi Moskva Ermənistan rəsmilərinin bu tələbini yerinə yetirmədi və Azərbaycana silah satışını davam etdirir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_6000-2.jpg
Ordumuzun azad etdiyi Lələ Təpə yüksəkliyi

İndi silah satışı ilə bağlı məsələ yenidən gündəmə gətirilir. Ermənistanın siyasi elitası Rusiyaya Azərbaycana silah satışını dayandırması ilə bağlı təziqlər etmək istəyir. Onlar yeni baş nazir Nikol Paşinyanın bu məsələni tamamilə həll edəcəyini düşünürlər.  

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Missiya.Az-a açıqlamasında bildirib ki, Ermənistan siyasi elitasının ümidləri bu dəfə də puç olacaq: “Paşinyan kimdir ki, ağasından nəsə tələb etsin. Sarkisyan Putinə Azərbaycana silah satışını dayandırması ilə bağlı tələb irəli sürə bilmirdi. Sonra İrəvanda keçirdiyi mətbuat konfranda belə demişdi: Biz, Rusiyanın Azərbaycana silah satmasından narazıyıq. Amma Putinlə görüşdə bu tələbi irəli sürməyə cürəti çatmırdı”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_14may2018_EDEEFE.jpg
Elxan Şahinoğlu - “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq


Politoloq bildirib ki, Rusiya Ermənistandan fərqli olaraq, Azərbaycana pulla silah satır: "Rusiya Ermənistana silahı pulsuz verir. İrəvan Moskva üçün yükdü. Ona görə də mən düşünmürəm ki, Paşinyan Putindən Azərbaycana silah satışı ilə bağlı nəsə tələb etsin. Belə bir istəyini bildirsə belə, bu ona baha başa gələr. Ermənistan nə qədər müstəqil siyasət yeritməyə çalışsa da, faktiki olaraq, Rusiyadan asılıdır. Asılı olduğu üçün şərt diktə edə bilməz. Əgər Paşinyan şərt irəli sürərsə, onun hakimiyyətini devirərlər".  

Qeyd edək ki, Azərbaycan Rusiya ilə yanaşı Türkiyə, İsrail, Pakistan, Belarus və bir neçə başqa ölkədən silah alır. Ermənistan isə sərhədlərini müdafiə etmək üçün Rusiyaya möhtacdır.

 
Elvin Məmmədov
Missiya.Az

 

 

 

17 Yanvar 2019 Azərbaycan gəmisi Xəzərdə qasırğaya düşdü - VİDEO
17 Yanvar 2019 Ramil Usubov yeni polis rəisi təyin etdi
17 Yanvar 2019 Azərbaycan-Ermənistan sərhəddində partlayış - Yaralanan var
17 Yanvar 2019 Bakıda parkomatlar sökülür - VİDEO
16 Yanvar 2019 Eldar Əzizovda hava ilə bağlı tapşırıq
16 Yanvar 2019 Mehriban Əliyeva Sarkozi ilə görüşüb
15 Yanvar 2019 AzTV-nin Kiyevdə Kliçko hoqqası və park adına imitasiya - VİDEO/FOTO
15 Yanvar 2019 Arif Alışanov AzTV-dən çıxarıldı - Rəsmi
15 Yanvar 2019 Azərbaycan polisi necə işləyir? - TƏDBİR
15 Yanvar 2019 Gənc oğlanı metorunun yaxınlığında öldürən şəxslərdən XƏBƏR VAR
15 Yanvar 2019 Burnu ilə balabanda ifa edən sabirabadlı hər kəsi heyrətləndirdi - VİDEO
14 Yanvar 2019 İlham Əliyev nazirliyi ləğv etdi - FƏRMAN
14 Yanvar 2019 Bu dövlət qurumları ləğv edildi - FƏRMAN
14 Yanvar 2019 Çavuşoğludan canlı yayımda həmkarına sərt sözlər - VİDEO
14 Yanvar 2019 Nuşirəvan Məhərrəmli MTRŞ-ya yeni Aparat rəhbəri təyin etdi
14 Yanvar 2019 Aybəniz Haşımova Vasif Talıbova təşəkkür etdi – FOTOLAR
14 Yanvar 2019 Arvadını namaz üstündə bıçaqladı - MƏHKƏMƏ
14 Yanvar 2019 Səddam Hüseyni edam etdirən hakimin faciəli sonu - VİDEO
13 Yanvar 2019 Könül Xasıyevaya ağır itki üz verdi
13 Yanvar 2019 Deputatdan maraqlı ad təklifi - “Aprel yağış, may çiçək, noyabr xəzəl olsun”