b_550_325_16777215_00_images_xeber_sekilleri_11may2018_32228747_2074483929246868_7654079819704958976_n.jpg

Nüfuzlu “The Washington Times” qəzeti ABŞ-ın İrandakı şok planı barədə yazıb.

Missiya.Az xəbər verir ki, yazıda ABŞ prezidenti Donald Trampın nüvə saizişinin ləğv etməsinin səbəbləri təhlil olunub.

Qəzet yazır ki, Tramp nüvə saizişindən çıxıb, sanksiyalar tətbiq etməklə İrana maksimun təziq etmək istəyir: “Prezident Tramp ümid edir ki, "maksimal təzyiq" və sanksiyalar İranı ən yaxşı nüvə saizişinə məcbur edəcək. Amma nəzərə almaq lazımdır ki, Tehran ABŞ-a güzəştə getməyəcək. Çoxları güman etməyə başlayıblar ki, ABŞ hakimiyyətinin indiki hədəfi İrandakı rejimi dəyişməkdir”, - “The Washington Times” yazır.

Müəllif Qay Teylor, ABŞ-da İran hakimiyyətini devirmək istəyən qüvvələrdən yazıb: “Milli Təhlükəsizlik üzrə məsləhətçi R.Bolton Con çoxdan İranın teokratik hökumətinin devirilməsi dəstəkləyir. O bunu administrasiyaya təyinatdan əvvəl də istəyirdi. İndi, Ağ Evdə post tutan Bolton eyni fikirləri səsləndirir və Tehranın indiki hakimiyyətinin yeritdiyi siyasəti qəbuledilməz hesab edir. Xüsusilə İranın Suriya və Yəməndəki müttəfiqlərini  dəstəkləməsini, ballistik raket sınaqları keçirməsini qəbul edə bilmir”.

“Bəzi analitiklər güman edirlər ki, bu plan işləyəcək və 2015-ci il nüvə razılaşmasına tərəfdarı olan Avropa ölkələri öz fikirini dəyişdirəcəklər. Onlar Trampın yanaşması ilə razılaşacaqlar. Amma region üzrə təcrübəli ekspertlər Tehran rejiminin dəyişdirmə planının uğurlu olacağı ilə bağlı əvvəlcədən proqnozlar vermirlər”, - müəllif yazır.

b_550_325_16777215_00_images_xeber_sekilleri_11may2018_The_P51_and_E.U._Ministers_Met_for_the_First_Time_Collectively_on_July_6_in_the_Palais_Coburg_Concert_Call.jpg
İran və "Altılıq ölkələrinin" iclası


Vaşinqtonda strateji və beynəlxalq tədqiqatlar Mərkəzindən Entoni Kordsmen isə güman edir ki, Trampın tələbləri o qədər genişdir ki, ABŞ praktik olaraq müttəfiqlərinin əl-qolunu bağlayır.

"Hərçənd Britaniya, Fransa, Almaniya, Çin və Rusiya hələ İranı dəstəkləyirlər.  ABŞ və İran arasında seçimin perspektivi və İranla biznes əlaqələri olan xarici şirkətlərə qarşı ikinci sanksiya dalğasının gəlməsi qorxusu razılaşmanın saxlanılmasını imkansız edir", – məqalədə deyilir.

"Müttəfiqlər bununla barışacaqlar və onlar saizişi saxlamaqla bağlı cəhd etməyəcəklər”, - Silahlanmaya nəzarət və beynəlxalq təhlükəsizlik üzrə dövlət katibinin keçmiş  müavini səfir Robert Cozef  İranın Müqavimət Milli Şurasının təşkil etdiyi tədbirdə çıxış edək belə deyib.

Qeyd edək  ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp İranla nüvə müqaviləsinə xitam verib. ABŞ-ı yalnız İsrail və Səudiyyə Ərəbistanı dəstəkləyib. ABŞ-ın müttəfiqləri isə İranla müqaviləyə sadiq qalacaqlarını elan ediblər.

Elvin Məmmədov
Missiya.Az

20 Oktyabr 2018 Nizami rayonunda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib - FOTO
20 Oktyabr 2018 Sürüşmə zonasında - SON VƏZİYYƏT
19 Oktyabr 2018 Bu gün açılan zavod Azərbaycana milyonlar qazandıracaq - Millət vəkilindən AÇIQLAMA
19 Oktyabr 2018 Milli Məclisdə komitə iclası keçirilib
19 Oktyabr 2018 Ağsaqqallar Prezidentin 15 ilinə qiymət verdilər: "Gərgin əmək..." - FOTOLAR
19 Oktyabr 2018 Xəzərdə gəmiçilərin nədən zəhərləndiyi məlum olub - AÇIQLAMA
19 Oktyabr 2018 Ramil Usubovdan Bakı şəhər Baş Polis İdarəsinə YENİ TƏYİNAT
19 Oktyabr 2018 Bakıya gələn gəmidə kütləvi zəhərlənmə, ölənlər var
19 Oktyabr 2018 İntim münasibət üçün evə çağırdığı oğlanın başına oyun açan qadın: “Heys-beys” etdilər - VİDEO
19 Oktyabr 2018 Sərhədçilərimiz İran dənizçilərini xilas etdi
18 Oktyabr 2018 Azərbaycanda vəzifəli şəxs həbs edildi
18 Oktyabr 2018 İki sığorta şirkətinin lisenziyası ləğv edildi
18 Oktyabr 2018 Sürüşmə fərdi tikililərə doğru irəliləyir
17 Oktyabr 2018 Arif Qasımov sakinlərlə səyyar qəbul-görüş keçirib - FOTO
17 Oktyabr 2018 DİN-dən şəxsiyyət vəsiqələri ilə bağlı - AÇIQLAMA
17 Oktyabr 2018 İran Qarabağ əleyhinə qərar verdi – Deputatdan sərt reaksiya – AÇIQLAMA
16 Oktyabr 2018 Sinif yoldaşını güllələyib öldürən şəxslə bağlı RƏSMİ MƏLUMAT
16 Oktyabr 2018 Yoxa çıxan 4 uşaq anası görün hardan tapıldı - VİDEO
16 Oktyabr 2018 Mir Şahin Ağayev yenidən mühacirləri ifşa etdi - VİDEO
16 Oktyabr 2018 Azərbaycanda ömürlük məhkumlarla bağlı qanun dəyişir